Sədəqə vermək bəlanın qarşısını alır?
Bizi izləyin

İnanc

Sədəqə vermək bəlanın qarşısını alır?

Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub.

Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub.

Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Gününüzü sədəqə verməklə başlayın (yəni səhər sədəqə verin). Hər kim gününü sədəqə verməklə başlasa, (həmin gün) ona bəla toxunmaz” (Biharül-ənvar, 96-cı cild, səh. 177). Yenə o həzrətin belə buyurduğunu rəvayət etmişlər: “Səhər açılanda sədəqə ver; bu sədəqə ilə həmin günün bədliyi səndən uzaqlaşar. Axşam düşəndə sədəqə ver; bu sədəqə ilə həmin gecənin bədliyi səndən uzaqlaşar” (Biharül-ənvar, 96-cı cild, səh. 176). Atalarımız da “hər ağızda bir dua var” demişlər. Sədəqə verdiyimiz fəqir şəxs bizim üçün xeyir-dua edəndə o duanın təsiri ilə bəladan qurtulmağımız mümkündür. (islam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm