Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı?
Bizi izləyin

İnanc

Ayaqyolunda öz-özü ilə və ya başqaları ilə danışmaq, dua etmək olarmı?

Ayaqyolundan çıxarkən bəzi duaları söyləmək müstəhəbdir.

Ayaqyolunda zəruri ehtiyac olmadan danışmaq məkruhdur, amma zikr söyləmək məkruh deyil. Çünki Allahın zikrini hər zaman və hər yerdə söyləməyin savabı var. Təharət ehkamında deyilir ki, ayaqyoluna girəndə əvvəlcə sol ayağı içəri qoymaq və şeytandan Allaha sığınmaq mənasını ifadə edən bir zikri söyləmək müstəhəbdir.

Publika.az islam.az-a istinadən xəbər verir ki, ayaqyolunda Allahın adlarını zikr etmək, təsbihat demək, hətta Qurandan ayət əl-kürsini oxumaq da məkruh deyil (ayət əl-kürsidən başqa Qurandan hansısa ayə oxumaq məkruhdur). Ayaqyolundan çıxarkən də bəzi duaları söyləmək müstəhəbdir.

Ayaqyolunda söylənməsi müstəhəb olan zikr və duaların haqqında hədis toplularında və fiqh kitablarında ətraflı məlumat verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm