Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti AÇIQLANDI
Bizi izləyin

İnanc

Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti AÇIQLANDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub.

QMİ-dən verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək.

Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq.

İndiyədək müxtəlif qurumlar vasitəsi ilə avtobusla həyata keçirilən Məşhəd səfərlərinin qiyməti 200-300 manat, Kərbəla səfərlərinin qiyməti isə 600-800 manat arasında olub.

Qeyd edək ki, QMİ Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. Ziyarətlər peşəkar dini bələdçilərin müşayiətində həyata keçirilir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm