Namaz qılmayan adam oruc tuta bilərmi?
Bizi izləyin

İnanc

Namaz qılmayan adam oruc tuta bilərmi?

Namaz qılmaq da, oruc tutmaq da Allahın əmridir. Bir müsəlman bunların hər ikisinə görə məsuldur. Əgər inkar etmir və lağa qoymursa, bunların birini yerinə yetirməməyi digərini tərk etməyini vacib qılmır. Allah insanın tərk etdiyi ibadətinin cəzasını, yerinə gətirdiyi ibadətinin isə mükafatını verir. Namaz qılmayan böyük bir günah edir. Lakin bu, onun Ramazan ayında oruc tutmağına maneə təşkil etmir. Orucunu tutmalıdır, ona vacibdir.

Publika.az xəbər verir ki, dünyada olduqları vaxt əməlləri puç olanlar kafirlərdir, müsəlmanlar deyil. Bu məsələ ilə əlaqədar ayələr aşağıdakı kimidir:

"De ki, sizə işləri baxımından Axirətdə ən böyük ziyana məruz qalanların kimlər olduğunu bildirimmi?

Onlar o kəslərdir ki, dünya həyatında gördükləri işlərin əvəzi puç olacaq. Halbuki, onlar elə hesab edirlər ki, gözəl işlər görürlər.

Onlar Rəblərinin ayələrini və Ona qovuşmağı inkar etmiş, buna görə də gördükləri yaxşı işlər puç olmuşdur. Çəkilməli bir şeyləri qalmadığına görə Qiyamət günü onlar üçün çəki aləti qoymayacağıq.

Kafirlikləri, ayələrim və peyğəmbərlərimə lağ etməklərinə görə bu Cəhənnəm onların cəzası olaraq hazırlanıb". (Kəhf, 18/103-106) (muselmanlar.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm