Peyğəmbərlə bağlı alimlərdən SENSASİYALI ARAŞDIRMA: DƏHŞƏTDİR - FOTO
Bizi izləyin

İnanc

Peyğəmbərlə bağlı alimlərdən SENSASİYALI ARAŞDIRMA: DƏHŞƏTDİR - FOTO

İsa Məsihin örtüyünə elektron mikroskopla baxaraq, alimlər inandırırlar ki, parçanın liflərində vəhşicəsinə işgəncə edilərək öldürülmüş insan qanı var.

Publika.az olaraq “PlosOne” jurnalında dünən dərc olunan maraqlı arayış diqqətimizi çəkdi. Bildirək ki, İtaliya alimləri – Bari Kristalloqrafiya İnstitutunun (Institute of Crystallography in Bari, Italy) professorları Giannini Cinzia, Elvio Carlino, Liberato de Caro, eyni zamanda Paduya Universitetinin (University of Padua) professoru Giulio Fanti ilə birgə ən müasir avadanlıq tətbiq edərək “Turin Kəfəni”nin liflərinin ən xırda detallarına (nano) baxa biliblər.

Sızan elektron mikroskop (Transmission Electron Microscopy) və kürəbucaqlı rentgen mikroskop (Wide Angle X-ray Scanning Microscopy) əvvəllər diqqətdən qaçan mühüm xırda detalları görməyə imkan verib. İtalyanlar hesab edirlər ki, parça üzərində qan hissəcikləri - əsl insan qanı aşkar ediblər. Onların əsasında ferritin və digər bir neçə bioloji maddə aşkar edilib. Bu maddələr elə şəkildə aşkarlanıb ki, aşağıdakı nəticəni çıxarmağa imkan verir: qan elə bir insana məxsusdur ki, ona əzab, işgəncə verilib və sudan da məhrum edilib. Bu barədə bir qədər sonra...

QISA ARAYIŞ

“Turin Kəfəni” xristianlıq dinində müqəddəs sayılır. Kəfən deyiləndə uzun parça nəzərdə tutulur. Bu kəfən İtaliyanın Turin şəhərinin Müqəddəs İoan kilsəsində saxlanılır. Ümumi olaraq kəfənin özü yox, dəqiq surəti insanlara nümayiş olunur. Qədim artefakt özü xüsusi məkanda, lazım olan mikroiqlim şəraitində saxlanılır. Yalnız uzun illərdə 1 dəfə nümayiş olunan kəfənə zəvvarlar 40 gün ərzində tamaşa edirlər. Sonra isə orijinal kəfəni yenə xüsusi otağa aparırlar və yerinə surətini qoyurlar.

Bu müqəddəs artefakt İsa Peyğəmbərin çarmıxa çəkilməsi ilə əlaqəlidir. Pilatın tapşırığı ilə İsa Peyğəmbəri çarmıxdan düşürürlər. Peyğəmbərin gizli tələbəsi və davamçısı İosif Arimafeyski onu kəfənə bürüyərək sərdabəyə aparır.

İsa dirildikdən sonra sərdabəni tərk edir, bütün atributlar isə mağarada qalır. Kəfəni İosif Arimafeyskiy özü ilə götürür. İosif ağıllı və uzaqgörən adam idi və başa düşürdü ki, zaman keçdikcə kəfən müqəddəs artefakta çevriləcək və milyonlarla insan ona ibadət edəcək.

YENİ TAPILAN QAN HİSSƏCİKLƏRİNDƏ İŞGƏNCƏ İZİ

İtalyanlar yeni elmi nəticələri “PlosOne” jurnalında “Atomic resolution studies detect new biologic evidences on the Turin Shroud” başlığı ilə dərc ediblər. Yazı şəkillərlə müşayiət edilib - onlardan birində - liflərin sapına yapışmış qırmızı kürəciklər təsvir olunub. Alimlər iddia edirlər ki, bu kürəciklər məhz qan hissəcikləridir.

Digər şəkillərdə isə hissəciklərin daxilində nələrin yerləşməsi təsvir olunub. Orada daha kiçik bioloji obyektlər - kreatin və ferritinin hissəcikləri əks olunub. Bu maddələr qan tərkibinə daxildir, onların konsentrasiyası həm ağır fiziki yüklənmə zamanı, həm də çoxsaylı zədə almış insanlarda artır.

Nəticə: kəfəndə şiddətli işğəncəyə məruz qalmış insan izi var. Bu insan çox güman ki, İsa Məsihdir. Niyə də yox? Axı çox insan zatən sübutsuz buna inanır. Çünki müqəddəs hesab olunan kitablarda da bu haqda söhbət açılır: ona olmazın işgəncələr verirlər, xaçın üstündə əzabla edama aparılır və s. Bir sözlə, kitabdakılarla yeni tapıntılar arasında çox şey üst-üstə düşür.

PARÇA HƏMİN DÖVRƏ AİDDİR

Termiki ölçmələr və mexanika sahəsində tanınmış ekspert hesab olunan professor Giulio Fanti ilk dəfə deyil ki, kəfən haqda dəlillər gətirir. Onun bu parça haqda böyük bir kitabı da var. Məsələn, alim şübhə etmir ki, parça İsa Məsihin dövründə hazırlanıb. Yaxud daha əvvəllərə aiddir. Professor parçanın liflərinin o dövrlərə aid digər qədim nümunələrlə müqayisə edərək və infraqırmızı spektroskopiya nəticəsində ortaya çıxan dəlilləri rəhbər tutaraq belə qənaətə gəlib.

BƏS QAN HƏQİQƏTƏN İSA MƏSİHƏ MƏXSUSDUR, YA BAŞQA BİRİNƏ?

Əvvəllər bilmədiyimiz bir sıra mətləblərin üzə çıxması onu göstərir ki, bu sualın da cavabı bir müddət sonra tapılacaq. Hələlik isə bu haqda əlimizdə olan yalnız Quran ayələridir. Belə ki, “Ali-İmran” surəsinin 54-55-ci ayələrində Allah Həzrət İsaya qarşı hazırlanmış hiylədən xəbərdar olduğundan onu xilas etdiyini bildirir:

“Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)”.

“O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!”

Göründüyü kimi, İslam əqidəsinə əsasən Allah münafiqlərdən birini Həzrət İsanın surətində, peyğəmbərin yerinə öldürtdürür.

ELM FANTASTİK DƏRƏCƏDƏ İNKİŞAF EDİR

Bu tapıntıdan əvvəl məşhur amerikalı kimyaçı Alan Adler yazırdı ki, “Turin Kəfəni”ndə qan ilə yanaşı, travmatik yara izlərindən ifraz edilən maye də aşkar edilib. Yalnız XX əsrdə həkimlərə məlum oldu ki, belə bir maye mövcuddur. Yəni hətta ən mahir kələkbaz belə, bu izləri parça üzərinə vura bilməzdi. Maye parçanın üç gündən artıq real bədənlə əlaqə yaratması nəticəsində yarana bilərdi.

Hələ “nanoskopik” araşdırmadan bir qədər əvvəl bəzi alimlər iddia edirdilər ki, parça üzərindəki ləkələr qandır və onun tərkibində böyük məzmunda bilirubin var. Bu isə onu göstərir ki, adam stress vəziyyətində ölüb - ağır işgəncə altında.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm