İnsanların vəhşicəsinə öldürülüb qurban edilməsilə bağlı DƏHŞƏTLİ 10 AYİN
Bizi izləyin

İnanc

İnsanların vəhşicəsinə öldürülüb qurban edilməsilə bağlı DƏHŞƏTLİ 10 AYİN

İmperator Tlekzelelyanın hakimiyyəti dövründə Unsilopoçtli əsas allah olaraq elan edilir. O, həm də günəş və müharibə allahı hesab olunurdu. O zaman geniş yayılmış dini ayinlər yüz minlərlə insannın həyatına son qoyub. Çünki bu qanlı ayinlər əsasən insan qurbanlarından ibarət idi.

Publika.az bildirir ki, arxeoloji qazıntlar nəticəsində müasir alimlərə bu dəhşətli mərasimlərin bir neçəsi məlum olub. Bu baxımdan, aşağıdakı icmalda qədim Astek sivilizasiyasında insan qurban kəsilmələri ilə bağlı amansız ritualları oxucularımıza təqdim edirik.

1. Asteklərin əsirləri ələ keçirmək üçün müharibələri

Жуткий ритуал ацтеков: войны для захвата пленников. / Фото: listverse.com

Acgöz tanrılara yeni-yeni qurbanlar tələb olunurdu və artıq qurban vermək üçün əsirlər çatışmırdı. Bu zaman asteklər qonşu Tlaskala şəhər-dövlətinin hökmdarları ilə razılığa gəldilər ki, onlar öz aralarında müharibəni yalnız əsirlər ələ keçirmək məqsədi ilə aparsınlar. Məğlub olan ordunun əsgərləri gözəl başa düşürdülər ki, onları hansı aqibət gözləyir, lakin bununla belə, dinməz-söyləməz tabe olurdular.

2. Könüllü özünüqurban ayini

Жуткий ритуал ацтеков: добровольное принесение себя в жертву. / Фото: listverse.com

Tanrılara qurban edilmək asteklərdə şərəf məsələsi hesab olunurdu. Bu qurbanlıq mehraba cinayətkarlar, əsirlər və borclular könüllü olaraq gəlirdilər. İspanlar əsirləri azad etməyə cəhd edəndə, asteklər bundan çox hiddətlənirlər, çünki bu zaman onlar, ləyaqətlə ölmək imkanlarından məhrum edilirdilər. Fahişələr də özlərini Məhəbbət İlahəsinin şərəfinə qurban edirdilər. Asteklər uzun sürən quraqlıq dövrlərində öz uşaqlarını köləliyə satmaq məcburiyyətində qalaraq, bunun üçün 400 qarğıdalı qıçaları alırdılar. Öz nəvbəsində kölə sahibləri də pis işləyən uşaqları alıb-satmaq hüququna malik idi. İki dəfə alınıb-satılmış kölə isə artıq qurbanlıq mehrabına göndərilə bilərdi.

3. Toşkatl bayramı

Жуткий ритуал ацтеков: праздник Тошкатль. / Фото: listverse.com

Toşkatl bayramı (toxcahuia sözündən - quraqlıq) Teskatlipoki adlı allahın şərəfinə astek təqviminin 5-ci ayı qeyd olunurdu. Adətən il ərzində əsir döyüşçülərin arasından gənc və yaraşıqlı bir oğlan seçilirdi. O, demək olar ki, bütün il boyu sarayda yaşayır, nəğmə dərsləri öyrənir, fleytada ifa öyrənir, natiqliyin sirlərinə yiyələnirdi. Çünki gələcək ilin quraqlıq yox, məhsuldar keçməsi üçün qurban ali insan olmalı idi. Bayram günü isə piramidanın zirvəsində mərasim ayini həyata keçirirdilər - kahinlər zavallı gəncin döş qəfəsini açıb döyünən ürəyini çıxarırdılar. Bədəni isə aşağıdakı insan kütləsinə tərəf atırdılar ki, onlar başını kəssin. Və şənlik, qurbanın ətini yeməklə, eyni zamanda rəqslərlə davam edirdi.

4. Daşın üstündə qurban

Жуткий ритуал ацтеков: человеческое жертвоприношение. / Фото: atlasobscura.com

Adətən bu mərasim piramidanın zirvəsində uzun daş üzərində həyata keçirilirdi. Qurbanı bu daşın üzərinə uzadırdılar, kahin döş qəfəsini açaraq onun hələ döyünməkdə olan ürəyini çıxarırdı. Sonra ürəyi tikələrə parçalayaraq “qurban daşı”nın üstünə qoyurdular, mərasim başa çatmış hesab olunanda kahinlər tikələri yeyirdilər. Qurbanın bədəni isə, yuxarıda qeyd etdiyimiz kimi, aşağı salınaraq kütləyə nəsib olurdu.

5. İnsanları yemək mərasimi

Жуткий ритуал ацтеков: людоедство. / Фото: theinfong.com

Bəzi qurbanların əti kahinlərə və əyanlarına müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurdu. Adətən əti qızardılmış qarğıdalı ilə bigə hazırlayırdılar. Sümüklər müxtəlif alətlərin, ev əşyalarının, silahların hazırlanması üçün ayrılırdı. Xörəklərdən biri – qurbanın budundan pozole şorbası idi ki, sırf imperatorun özü üçün hazırlanırdı. Sonradan xristianlar asteklər üçün insan ətini donuz əti ilə əvəz edilməsinə nail oldular.

6. Tenoçtitlan şəhərində kütləvi insan qurban etmə ayini

Жуткий ритуал ацтеков: массовое жертвоприношение в Теночтитлане./фото: kino-zadrot.net

Meksikada asteklərin hakimiyyəti dövründə hər il təxminən 250 min nəfər qurban edilirdi. Amma ən kütləvi qurbanlıq mərasim Tenoçtitlan şəhərində Böyük Piramidanın tikintisinin başa çatması münasibətilə keçirilən tədbir oldu. Bu müqəddəs məbəd uzun illər tikilirdi və o, 1487-ci ildə başa çatdırılır. 4 gün davam edən bayram müddətində inanılmaz dərəcədə çox adam qurban edilir - 84 min nəfər öldürülür.

7. İnsanlardan dərinin soyulması bayramı

Жуткий ритуал ацтеков: праздник Сдирания кожи с людей./фото: listverse.com

Tlakaşipeulalistli bayramı – asteklərin "dərisi olmayan cənab” ləqəbli Şipe-Totek adlı allahın şərəfinə keçirilən ən dəhşətli bayramıdır. Bayrama 40 gün qalmış əsir əsgərlərindən və qullardan ibarət bir neçə adam seçirdilər. Onlara bahalı geyim geyindirirlər: bundan sonra kef içində yaşayırdılar, amma sadəcə 40 gün. Sonra mərasim başlayırdı. 20 gün davam edən bayramın ilk günü kütləvi qurban tədbiri keçirilirdi - onların dərisini diri-diri soyurdular. Birinci gün dərinin tam soyulması, ikincisi gün isə cəsədlərin parçalanması üçün nəzərdə tutulmuşdu. Dərini 20 gün ərzində kahinlər öz üzərlərində gəzdirirdilər. Qurbanın bədənini isə yeyirdillər.

8. Qladiator döyüşləri

Жуткий ритуал ацтеков: гладиаторские бои./фото: listverse.com

Dəri Soyulması bayramı ərəfəsində bəzi insanlara xilas olmaq şansı verilirdi. Bunun üçün yaxşı silahlanmış astek döyüşçülərindən birinə qalib gəlmək lazım idi. Əlində yalnız taxta qılınc tutan bu zavallı qurbanlıqların əlbəttə, qələbəyə heç bir şansı yox idi. Amma bir əfsanəyə görə, əsirlərdən birinə müyəssər olur ki, 8 döyüşçünü qətlə yetirərək qələbə qazansın. Hadisədən xeyli təəccüblənən və köləyə heyran olan asteklər qalibə mükafat qismində orduya komandanlıq etməyi təklif edirlər. Lakin o, bunu özünə təhqir sayır və təklifi qəbul etmir. Əksinə, tanrılara qurban olaraq ləyaqətlə ölməyi üstün tutur.

9. Asteklərin əkizlərə münasibəti

Жуткий ритуал ацтеков: отношение ацтеков к близнецам./фото: listverse.com

Asteklər əkizlərə qarşı birmənalı münasibət göstərmirdilər. Bütün olanları bizə diqtə edən bəzi arxeoloji tapıntılarda onlar qəhrəmanlar, hətta allah kimi təmsil olunurlarsa, digərlərində qorxunc qatillər kimi təsvir olunurlar. Ümumi isə, real həyatda əkizlərə qarşı münasibət birmənalı olaraq nifrətlə müşayiət olunaraq, onları çirkin məxluq adlandırırdılar. Hesab edilirdi ki, əkizlərin doğulması valideynlər üçün həyatı təhlükə daşıyır və ona görə də, çox vaxt əkizlərin yalnız birini sağ saxlayaraq, ikincini tanrılara qurban verirdilər.

10. Uşaqların qurban edilməsi

Жуткий ритуал ацтеков: жертвоприношения детей./фото: listverse.com

Asteklərin öz dinlərinə, əqidələrinə inancı o qədər güclü idi ki, onlar hətta uşaqlara belə rəhm etmirdilər. Quraqlıq zamanı məbədlərin birində göy gurultusu, ildırım və yağış tanrısı Tlalokunun şərəfinə tarixin ən dəhşətli mərasimi keçirilib. Tanrıdan yalvararaq yağış əldə etmək üçün məbədə uşaq qurbanları gətirirdilər və onları orada öldürürdülər. Uşaqların çoxu getmək istəmirdi, bərkdən ağlayır - arxeoloji təsvirlərə görə - pilləkənlə məbədin zirvəsinə qalxarkən bərk-bərk tutacaqlardan yapışıb ağlayırdılar. Piramidanın zirvəsində uşaqların başlarını kəsir, cəsədlərini isə şəhərdən kənara çıxardaraq xüsusi quyuda, açıq səma altında saxlayırdılar. Bunu ona görə edirdilər ki, tanrı qurbanları qəbul edib yağış yağdırarsa bu müqəddəs su onların da üstünə tökülsün.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm