NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?
Bizi izləyin

İnanc

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

Bəzi şəxlər hesab edir ki, müqəddəs kitablar tamamilə uydurmadır, dövrün dahi ideoloqlarının beyninin təxəyyülüdür. Lakin çoxsaylı arxeoloji tapıntılar və elmi araşdırmaların nəticələri müqəddəs kitablardakı tarixi təsvirlərin mövcud olduğunu real əsaslarla sübut etməyə çalışır.

Publika.az müqəddəs kitablarda adı keçən müxtəlif tarixi məqamların real olub-olmaması ilə bağlı alimlərin gəldiyi nəticələri aşağıdakı icmalda oxuculara təqdim edir.

1. İsanın doğulduğu ev

 Дом, где вырос Иисус.

Bəzi insanlar indiyə qədər iddia edirlər ki, İsa heç vaxt mövcud olmayıb, digərləri isə inanırlar ki, İsa əslində e.ə. təxminən 4-cü ildə anadan olub və Nazaretdə yəhudi dini ilə tərbiyə alıb. Arxeoloq Ken Dark hesab edir ki, o, İsanın uşaqlıqda, I əsrdə yaşadığı evi tapıb. 1880-ci ildə ilk dəfə olaraq rahibələr tərəfindən təpənin yamacında tikilmiş qədim daş ev aşkar edirlər.

Evdə tapılan artefaktlar arxeoloqlara düşünməyə imkan verdi ki, orada yəhudi ailəsi yaşayıb. Məsələn, əhəng daşlı qablar əsasən yəhudilər tərəfindən istifadə olunurdu, çünki əhəng daşı xüsusilə təmizlik rəmzi sayılırdı. Həmçinin, VI əsrə aid şotland mətni də tapılanlar sırasında idi ki, burada Müqəddəs Torpaqlara ziyarət təsvir edilib, o cümlədən Nazaretdəki baş kilsə haqqında yazılıb. Mətndə qeyd olunur ki, kilsənin yerində körpəlikdə İsa Məsih yaşayıb. Dark iddia edir ki, həmin tikili bizans dövründə də peyğəmbərin evi sayılırdı və mozaykayla bəzədilmişdi. Bizanslılar əbəs yerə orada kilsə tikməmişdilər. Amma sonradan - 13-cü əsrdə tikili yandırılıb.

2. Nuhun gəmisi

Создание Ковчега.

2014-ci ildə Lester Universitetindən 4 tələbə-fizik Nuhun gəmisinin tikilişində kitabda verilmiş təlimatların həqiqətə uyğun olub-olmamasını yoxlamaq qərarına gəlirlər. Onlar bilmək istəyirdilər ki, kitabda yazılan ölçülərdə bir gəmi üzə bilərmi… Yazılanlara görə, gəminin 300 dirsək uzunu, 50 dirsək eni və 30 dirsək hündürlüyü var idi. “Dirsək” adlandırılan ölçü vahidi təxminən 48 santimetrdir. Bu da o deməkdir ki, gəminin uzunluğu 145 metr, eni 24 metr və hündürlüyü 14 metr idi. Bu cür ölçülər müasir orta ölçülü yük gəmilərinin ölçüsüdür.

Bibliya deyir ki, Nuhun gəmisi Qofer ağacından düzəldilib, amma heç kim bilmir ki, bu ağac hansı cinsə aiddir. Ehtimal olunur ki, bu bir növ hamişəyaşıl Sərv ağacıdır. Araşdırmaçı tələbələr də öz hesablamaları üçün məhz onu meyar kimi götürürlər. Sərv ağacından bu ölçülərdə düzəldilmiş gəmi təxminən 1.2 milyon kiloqram ağırlığında olur və hesablamalar göstərir ki, gəmi təxminən 51 milyon kiloqram yük daşıya billər.

Kitabda yazılanlara görə, o gəmiyə xilas üçün hər məxluqdan bir cüt götürüldüyünü rəhbər tutaraq, bu qənaətə gəlirlər ki, gəminin göyərtəsi təxminən 35 min fərqli heyvan cütlüyü götürə bilərdi ki, bu da qeyd olunan 51 milyon kiloqramdan çox deyil.

3. Yəhudi baş kahin Kaifa

Еврейский первосвященник Каиафа.

Bibliyada İoann, Matfey, Lukanın qələmə aldığı qeydlərə əsasən, Kaifa adlı şəxs yəhudilərin baş kahini idi. Məhz o, İsanın üzərində qurulan məhkəməyə sədrlik edib və onun edamı haqqında qərar qəbul edib. 1990-cı ildə Qüdsdə yolun genişləndirilməsi işləri aparılan zaman, işçilər qədim mağara aşkar edirlər. Orada ölü adam sümükləri olan 12 qutu basdırılmışdı. Qutuların birində “Kaifanın oğlu, İosif" yazılan artefakt yer alıb. Digər qutuda 60 yaşlı bir kişi sümüyü aşkar olunub ki, Kaifanın da ölüm zamanı məhz 60 yaşında olması faktı kitabda yazılanlar içərisindədir. Arxeoloqlar həmçinin qeyd edirlər ki, qutuların birində məhz I əsrə aid olan 43 bürünc sikkə də yer alıb.

4. Siloam hovuzunun suyu

Силоамская купель.

İohanın Bibliya qeydlərində bəhs olunur ki, İsa Məsih kor adamın gözünə palçıq sürtərək onun görmə qabiliyyətini bərpa edib və sonra isə gözlərini Siloam suyu ilə yuyub. Bu hovuz qədim Qüdsün əsas su anbarı idi. Ancaq İsanın doğulmasından bir neçə əsr əvvəl işğalçılar tərəfindən dağıdılmışdı. Hovuzu İsa dövründə bərpa etmişdilərmi, bu haqda heç bir sübut yoxdur və onun I əsrdə fəaliyyət göstərməsi dəqiq bilinmir. Bütün bunlara baxmayaraq, əsas meyar o götürülür ki, hovuz məhz Bibliyada yazıldığı yerdə aşkar edilib. 2004-ci ildə, zədəli kanalizasiya xəttini bərpa etməyə çalışan işçilər, hovuza aparan pilləkən aşkar edirlər. Arxeoloqlar uzunluğu təxminən 69 metr olan hovuz aşkara çıxarırlar. Hovuz, ola bilsin ki, şəhərin içməli su təminatını ödəyirdi, yaxud üzgüçülük və ya dini mərasimlərdə çimmək üçün istifadə olunurdu. Yəni hovuzun Bibliyada yazılan yerdə aşkar olunması dindarların lehinədir.

5. Padşah Süleymanın divarı

 Стена царя Соломона.

Müqəddəs kiitabda qeyd olunub ki, Süleyman (Solomon) peyğəmbər Qüds ətrafında sədd qurub. 2010-cu ilin əvvəllərində görkəmli arxeoloq Eylat Mazar cəsarətlə bütün dünyaya bəyan edir ki, sözügedən divar tapılıb və başqa tapıntılarla birlikdə məhz Süleyman dövrünə – daha dəqiq eramızdan əvvəl 10-cu əsrə aiddir. Uzunluğu 70, hündürlüyü 6 metr olan divar elə bir yerdə aşkar edildi ki, həmin ərazi Süleyman dövründə Qüds şəhərinin girişi idi. Mazarın komandası bu ərazidə başqa tapıntılar da qazıb çıxardılar ki, onların arasında kitabda adı keçən müdafiə xarakterli keşikçi qülləsi də var idi.

6. Mis mədənləri

Медные рудники.

Bibliyada çar Davidin əsasən idumeyanlarla vuruşduğu qeyd olunub. Bir çox alimlər hesab edirlər ki, kitab bu münaqişələri şişirdib, çünki İdumeya və qədim İsrail müharibə üçün böyük ordu toplamaq gücündə deyildilər və zənginliklə bağlı yazılanlar səhvdir - onlar kifayət qədər inkişaf etməmişdilər. Amma! 1997-ci ildə arxeoloqlar İdumeya ərazisini (müasir İordaniyanın cənubu) araşdırarkən kifayət qədər inkişaf etmiş cəmiyyətin mövcudluğunu aşkar edirlər. Onların əsas məşğuliyyəti mis hasilatı idi ki, bu da hərbi güclərinin artırılmasında istifadə olunurdu. Məlum oldu ki, bu regionda onlarla mis mədənləri olub. Bu mədənlərdə tapılan keramikaların yaşı onu deməyə əsas verir ki, onlar məhz çar David və Solomon dövründə intensiv istifadə edilib. Bu, həmçinin Kitabda yazılan digər maraqlı məqama da işıq salır: kitabda deyilir ki, İdumeya çarları İsraili idarə edirdilər.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm