Namaz möhürlə qılınır, ya möhürsüz?
Bizi izləyin

İnanc

Namaz möhürlə qılınır, ya möhürsüz?

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) və onun əhli-beytinin yolu ilə getmək hər bir müsəlmana vacibdir.

Quran və səhih hədislərdə olmayan şeyi dinə salmaq (bidət) isə böyük günahdır. Namazda əsas şərt paltarın, bədənin və namaz qılınan yerin təmiz olmasıdır. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli-beyti, səhabələri, o cümlədən Hz. Əli (Allah onlardan razı olsun) də möhürsüz namaz qılıblar və namaz qılmaq üçün yanlarında torpaq gəzdirməyiblər. Uca Allah buyurur: "... Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl Həşr, 7).
"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: "Hər bir bidət (dində yenilik) zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır" (İmam Əhməd, 1/ 435). Həmçinin, demişdir: "Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın (ətəyi­ni) və saçı yığmadan yeddi əza - alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi". (Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - alın deyəndə) burnuna da işarə etdi". (əl-Buxari, 812). Bu da dəlalət edir ki, səcdə etdikdə alınla bərabər burun da yerə dəyməlidir. Möhürlə namaz qılanda isə burun yerə dəymir.

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) torpağa səcdə etməsi fikrinə gəlincə, yuxarıda deyildiyi kimi səcdə zamanı tək alın yox, əllər, dizlər və. ayaq barmaqları də yerə dəyir. O zaman biz yalnız torpaq üstündə namaz qılmalı olardıq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) isə belə bir əmr verməmişdir. Üstəlik Peyğəmbərimiz təkcə torpağın üstündə yox, digər şeylərin də, məsələn, həsirin də üstündə namaz qılmışdır.

Namazda möhür qoyma kiçik kütlə insanlar şəklində İmam Hüseynin (Allah ondan razı olsun) şəhid olunmasından sonra onun qanı bulaşdığı torpaqları qəsd edərək torpaqdan düzəldilib namaza salınıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, namaz qılmaq üçün dəstəmaz almaq şərt olduğu kimi, namazda torpaq və ya daşın üzərinə səcdə etmək də bu şərtlərdən biridir. Həzrət Peyğəmbər (s) bu işi etdiyi üçün, səhabələr və tabeinlər (səhabə görmüş şəxslər) də namazda torpaq və daşın üzərinə səcdə etmişdilər. Gəlin bu barədə olan hədislərə əhli-sünnənin alimlərinin nəql etdiyi hədislərə nəzər salaq. Buxari özünün "Səhih"inin 328-ci hədisində nəql edir: "Həzrət Rəsulullah (s) buyurub: "Yer mənə məscid (səcdəgah) və pakedici qərar verildi"". Bu hədisdə "əl-zəmin" - yer, torpaq mənasındadır. Məsələn, Qurani-Kərimə nəzər salaq. "Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər". ("Yasin" 33)

Yenə Buxari 1931-ci hədisdə nəql edir: "Əbu Səid əl-Xudri buyurur: "Peyğəmbər (s) palçıqda səcdə etdi. Hətta mən palçığın izini o Həzrətin (s) burnunda və alnında gördüm".

Əl-Hakim ən-Nisəburi "əl-Mustədrək alə əs-Səhiheyn" kitabı, hədis 1740-da nəql edir: "İbn Abbas buyurur: "Peyğəmbər (s) daşın üzərinə səcdə etdi"". Hədisddən sonra əl-Hakim və əz-Zəhəbi hədisin səhihliyini təsdiqləyiblər.

İbn Hibban özünün "Səhih"ində 2276-cı hədisdə nəql edir: "Cabir ibn Abdullah deyir: "Biz Peyğəmbər (s) ilə birgə şiddətli isti havada namaz qılırdıq. Hər birimiz çınqıl daşlarından götürür və onu bir əlin içinə, sonra isə digər əlin içinə qoyar, soyuduqda isə onun (çınqıl daşın) üzərinə səcdə edərdik". Bu hədisdən göründüyü kimi, səhabələr isti torpağın üzərinə səcdə edə bilmədikləri üçün çınqıl daşları əllərinin içində soyudub, onun üzərinə səcdə edirdilər. Bu əziyyətdənsə ,öz əbalarının və ya əmmamələrinin üzərinə səcdə edə bilərdilər. Lakin etmirlər. Bu, o deməkdir ki, Peyğəmbər (s) onlara belə şeylərin üzərinə səcdə etməyə icazə verməyib.

İndi isə gəlin tabeinlərin nəyin üzərinə səcdə etdiklərinə nəzər salaq. Əbdur-Rəzzaq özünün "Müsənnəf"ində, hədis 4559-da səhih sənəd ilə nəql edir: "Məsruq gəmidə üzərinə səcdə etmək üçün özü ilə birgə kərpic gəzdirirdi".

Əl-Əzrəqi mötəbər sənəd ilə "Əxəbəru Məkkə" kitabı, cild 2, səh 151-də nəql edir: "İbn Abbasın köləsi Rəzinə deyir: "Əli ibn Abdullah ibn Abbas mənə yazdı ki, mənim üçün Mərvə dağının daşlarından hamar bir daş göndər ki, (namazda) onun üzərinə səcdə edim". (zikr.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm