Kilsəni bara çevirdilər - Müqəddəs su yerinə konyak
Bizi izləyin

İnanc

Kilsəni bara çevirdilər - Müqəddəs su yerinə konyak

Keşiş kilsədə qoyulan müqəddəs suyun dadına baxanda şoka düşüb.

Fransanın dini ayinləri ilə məşhur olan Şato-Şalon kəndində maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, kənd ərazisində yerləşən kilsələrdən birində müqəddəs suyu konyak ilə dəyişdiriblər. Kilsədə hər kəs sərxoş olub.

Kilsəyə daxil olan turistlər kəskin alkoqol qoxusu hiss etdikdən sonra müqəddəs suyun dadına baxıblar. Bəlli olub ki, bu, konyakdır. Daha sonra keşişdən bunun xüsusi bir ayin, ənənə olub-olmadığını soruşublar.

Keşiş kilsədə qoyulan müqəddəs suyun dadına baxanda şoka düşüb və gülməyə başlayıb:

"Bu yəqin ki, yumor hissi çox güclü olan biri tərəfindən edilən zarafatdır. Amma bu, hər kəs üçün xoş deyil. Onlar ənənələri yumor altında məhv etmək istəyən insanlardır. Kilsədə konyak paylanılması təbii ki, heç bir halda bilərək edilən bir iş ola bilməz".

Qablar təmizləndikdən sonra yenidən müqəddəs su ilə doldurulub. Suyu konyak ilə əvəz edən şəxsin kimliyi hələ də bəlli olmasa da, axtarışlar davam edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm