Osmanlı dövrünə aid TÜKÜRPƏDƏN FAKTLAR - ÇOX DƏHŞƏTLİDİR
Bizi izləyin

İnanc

Osmanlı dövrünə aid TÜKÜRPƏDƏN FAKTLAR - ÇOX DƏHŞƏTLİDİR

Osmanlı dövründə olan ifritə, vampir, tilsimçi və sehrbazların varlığı məsələsi ortaya çıxıb.

Publika.az bildirir ki, Osmanlı dönəminin ən nüfuzlu şəxslərindən olan, o dövrün Şeyxülislamı, farsca, ərəbcə və türkcə 20-dən artıq əsərin müəllifi, Ədirnə qazisi Şeyxülislam Ebussuud Əfəndinin o zaman məlum olan 2 ifritə hadisəsi ilə bağlı fətvası tapılıb.

Ədirnədə baş verən 2 ayrı ifritə hadisəsinin birincisində ifritə olduğu iddia edilən şəxsin müsəlman bir kişi olduğu qeyd edilmiş və xalq arasında qorxu başlamışdı.

Bu zaman Ədirnə qazisi Şeyxülislam Ebussuud Əfəndinin bu məsələdə fətvası belə idi:

“İfritə olduğu dəqiqləşən bir adamın qarnına şiş saplanmasına, bu olmasa, başının kəsilib ayaqlarının altına yerləşdirilməsinə, nəhayət, bu da olmasa yandırılıb məhv edilməsinə icazə verilir”.

Orta çağ dövlətlərində məhkəmə sistemi “qazı” adlanan dini hakimlərin əlində idi. “Qazı” artıq ölmüş olan şəxsdən şübhələndikləri təqdirdə bu fətvanın hökmünün nə olacağını mərkəzdən soruşanda isə, verilən cavab xüsusi maraq doğurur: “Bir ekspert yanında məzarı açın və dəfndə həqiqətən ifritəlik əlaməti görülərsə, bunu mərkəzə bildirin”.

Bu zaman ifritəliyin necə başa düşüləcəyi sualına isə: “Meyitin rəngi qırmızıya çevrilibsə, o ifritədir” cavabı gəlib…

Yaşanmış ikinci ifritə hadisəsi də məhz ölmüş tilsimçi ilə bağlıdır. İfritə olduğu iddia edilən şəxs hələ üç ay əvvəl ölmüş bir qadındır. Bu səbəbdən, cənazənin açılmasında kişi iştirak edə bilməzdi. Ona görə də, mərkəzdən təyin edilən 4 qadın gətirilir və bu qadınların şahidliyi ilə cəsədin çürüməmiş, rənginin qırmızıya çevrilmiş olduğu mərkəzə bildirilir.

Mərkəzdən gələn cavabda, xalqı qorxudan xilas etmək üçün görülməsi lazım olan hər şeyə icazə verilir, cəsəd yandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm