Rusiya üçün 8 min ABŞ qoşunu Sibirdə
Bizi izləyin

Tarix

Rusiya üçün 8 min ABŞ qoşunu Sibirdə

Birinci Dünya Müharibəsi bölünmüş dünyanı yenidən parçaladı. 1917-ci ildə Rusiyada müvəqqəti höküməti əvəz edərək hakimiyyəti ələ alan bolşeviklər müharibənin davam etməsini istəmirdilər. Rusiyanın müharibədən çıxması İngiltərə və Fransanı çətin vəziyyətə salmasına baxmayaraq, ABŞ-dan alınan yardımları növbəti müharibəyə - qələbəyə ümidləndirirdi.

Rusiya tarixçiləri bildirir ki, ABŞ hakim dairələrində Rusiyaya hərbiçilərin yerləşdirilmə ideyası Böyük Oktyabr Sosialist inqilabının qələbəsinə qədər yaranmışdı. Yəni, 1917-ci il inqilab ərəfəsində Vaşinqtona teleqram çəkən ABŞ-ın Rusiyadakı səfiri Devid Roulend Frensis Dövlət Departamentinə Rusiyaya Vladivostok vasitəsilə Amerika qoşunlarının bir neçə diviziyasını göndərməyi təklif edir.

Amerika arxivlərinə əsasən isə, Sibirə Amerika quru qoşunlarının yerləşdirilməsi Dövlət Departamentinin daxili siyasətinə uyğun, köhnə müttəfiqlər arasında "dostluğ"un bərpası üçün reallaşdırılır. Sənədlərdə bildirilir ki, Sibirə göndərilən Amerikanın 27-ci və 31-ci piyada qoşunu Rusiyanın stabilləşməsi, ABŞ və Rusiya müttəfiqləri arasında "dostluğ"a nail olmaq və Amerika vətəndaşlarını qorumaq üçün nəzərdə tutulurdu.

1918-ci il, 15 avqustda 27-ci piyada qoşunu Vladivostokda "siyasətdən uzaq" olmaq əmrilə yerləşdirilir.

Sənədlərdə "Qütb ayıları" olaraq təqdim olunan ABŞ ordusu Rusiyanın Avropa hissəsinə - Sibirin şimalına gəlir.

Təqdim etdiyimiz fotolar Amerika arxivlərinə aiddir:

American intervention Siberia 1918

American intervention Siberia 1918

American intervention Siberia 1918

Rusiya tarixi sənədlərində bildirilir ki, ABŞ Dövlət Departamentinin planına əsasən, Vladivostok Amerikanın nəzarətinə, Murmansk və Arxangelsk isə Böyük Britaniya və Fransanın nəzarətinə verilməli idi. Martın 9-da ingilislər Murmanskda "Qlori" kreyserindən qoşunlarını göndərirlər. Ardınca, martın 18-i fransızlar, mayın 27-də isə Amerika piyada ordusunun dəstəsi gəlir.

Baxmayaraq ki, Amerika Hərbi Qüvvələrinin rəsmi tapşırığına yalnız hərbi əmlakın mühafizəsi daxil idi, lakin, Rusiya hərbiçiləri ilə Amerika əsgərləri arasında atışmalar başlayır.

Rusiyanın şimalında baş verən döyüşlərdə Amerika 110 hərbiçisini itirir. 70 nəfər isə soyuqdan və müxtəlif xəstəliklərə tab gətirməyərək ölür. İtkilər Amerikalıları Rusiyanın şimalından öz qoşunlarını təxliyyə etməyə məcbur qoyur və artıq, avqustun 5-də Murmanskda bir nəfər belə olsun amerikalı qalmır.

10 gün sonra isə ABŞ Dövlət Departamenti Rusiyayla diplomatik münasibətlərin tamamilə qırılmasını elan edir. Elə həmin gün Vladivostokda Amerika qoşunlarının yürüşü başlayır.

Rusiya arxivlərinə aid fotolar:

Sibirdəki Amerika ekspedisiya korpusuna general-mayor Beyker Cen Qreyvi rəhbərlik edirdi . Ordu 7min 950 əsgər və zabitdən ibarət idi.

American intervention Siberia

Lakin, Amerika qoşunları Sibirin sərt şəraitinə hazırlıqsız oldu. Ordu yanacağın, döyüş sursatlarının və ərzağın çatışmazlığından əziyyət çəkdi.

Ruslarla Amerkalılar arasındakı ən böyük döyüş Romanovka kəndində, 25 iyun 1919-cu ildə yaşanır.

Şiddətli döyüş Vladivostoka yaxın yerdə, Yakov Tryapiçina komandanlığının altında bolşevik hərbiçilərinin amerikalılara hücüm ilə başlayır. Amerika ordusu təcrübəli bir neçə zabit daxil olmaqla 24 hərbiçi itirir.

American intervention Siberia 1918

Amerika arxivlərinə əsasən, Artıq ABŞ qüvvələri 1920-ci ildən etibarən Rusiyadan zorla çıxarılmışdı. ABŞ hərbiçilərinin öz xoşməramlı missiyasını həyata keçirməsi qeyri-mümkün idi. Çünki, Leninin qüvvələri ( Bolşeviklər – Red.) Kolçakın kənarını təmizləmiş və ölkdə nüfuzlarını möhkəmləndirmişdi.

ABŞ tarixçiləri hesab edir ki, Sibirdəki hərbi uğursuzluğun toxumları qabaqcadan, hətta, hərbi əməliyyatın ilk günündə proqnozlaşdırılmışdı. Yəni, ABŞ hərbiçilərinin qabaqcadan Sibir şəraitinə uyğunlaşdırılmaması, xüsusi tədbirlərin keçirilməməsi və süni planlar əsasında ABŞ qoşunlarının qarşısına maneələrin çıxarılması qabaqcadan ölçüb-biçilmişdi.

Qreyvi ABŞ ekspedisiya korpusunun Sibirdəki komandanlığına təyin olunduğu zaman deyib: "Əgər, gələcəkdə kimisə Sibirə göndərərək lənətləmək istəyirsizsə, o yenə mən olacam".

American intervention Siberia

Tarix göstərir ki, o zaman Rusiyadakı daxili çəkişmələrə, embarqolara, siyasi oyunlara baxmayaraq öz ərazisini qoruyub saxlamaq üçün var gücünü sərgilməkdən çəkinməyən Rusiyanın intervensiyadan xilasının açarı "Qütb ayıları"ndan da ürəkli olması idi. (Eurasiadiary.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm