Tarix
Şabranda 5000 illik TAPINTI
Azərbaycanda 5000 illik tarixə malik qazma tipli evlər aşkarlanıb.
Kür-Araz mədəniyyətinə aid abidə Şabran rayonu, Aygün kəndi ərazisində Çaqqaltəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurovun verdiyi məlumata görə, ərazidə 3 təpə var və onların hər biri eramızdan əvvəl (e.ə) IV minilliyin sonu III minilliyin əvvəlinə aiddir.
S.Aşurovun sözlərinə görə, hazırda tədqiqatlar aparılan abidə şimal bölgəsində ən qədim abidədir: "Ərazidə 5 ədəd qazma tipli ev tapılıb. Bu tipli evlər Azərbaycanda öyrənilməyib. Qazıntı işləri zamanı abidənin ərazisində küplər və saxsı qablar aşkarlanıb. Ekspedisiya rəhbərinin sözlərinə görə, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən amillərdəndir. Abidənin digər xüsusiyyəti çaxmaq daşından olan alətlər əksəriyyət təşkil etməsidir. Bu alətlərin çoxu da ox uclarından ibarətdir. Bu hal sübut edir ki, e.ə IV minilliyin sonu III minilliyin əvvəli yerli əhali ovçuluqla da məşğul olub".
Ərazidə aşkar edilən 3 təpədən 2-Si dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb. 3-cü təpənin də bu siyahıya salınması üçün işlər aparılır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...