Həyatı boyu heç vaxt sekslə məşğul olmadan ölən dahi şəxsiyyətlər - - FOTOLAR
Bizi izləyin

Tarix

Həyatı boyu heç vaxt sekslə məşğul olmadan ölən dahi şəxsiyyətlər - - FOTOLAR

Onların həyatı həmişə qəribəlikləri ilə seçilib.

Dahi şəxsiyyətlər öz kəşfləri ilə bəşəriyyətə böyük töhfələr verib. Bununla belə onların həyatı həmişə qəribəlikləri ilə seçilib.

Publika.az həyatı boyu heç vaxt intim münasibət yaşamadan ölən dahi şəxsiyyətlərin siyahısını təqdim edir.

Andi Varhol

Haber görseli

"Pop Art" hərəkatının əsas yardıcısı Varhol ölümündən 7 il öncə verdiyi müsahibəsində homoseksual olduğunu, ancaq həyatında heç vaxt cinsi münasibət yaşamadığını açıq şəkildə etiraf edib. Son 7 ildə isə nə olduğunu bilən yoxdur. Belə güman edilir ki, məşhur sənətkar həyata intim münasibət yaşamadan vida edib.

Kraliça 1-ci Yelizaveta

Haber görseli

Ləqəbi də "Bakirə Kraliça" olan Yelizaveta həyatı boyu bütün evlilik təkliflərini rədd edib və bakirə olaraq vəfat edib.

İmmanuel Kant

Haber görseli

Müasir fəlsəfənin əsas banilərindən olan İmmanuel Kant həyatının böyük bir hissəsini tarix, siyasət və dini fələfəyə həsr edib. Bir sözlə, işdən sevişməyə fürsət tapa bilməyən filosof 79 yaşında bakir olaraq vəfat edib.

Cozef Merrik

Haber görseli

Adından çox ləqəbi ilə tanınan "Fil adam" dəhşətli xəstəlikdən əziyyət çəkib. Qorxulu görüntüsünə görə, ona heç bir qız yaxın durmayıb. 27 yaşında vəfat edən fil adam heç kiminlə intim münasibətdə olmayıb.

Giakomo Leopordi

Haber görseli

Məşhur İtalyan şairi Leopardi qumarbaz və yoxsul ailədə böyüyüb. Səfalət içində böyüyən şair həyatının qalan hissəsini tamamilə elmə həsr edib. Ömrünün sonuna qədər heç kəslə cinsəl əlaqə yaşamayan şairin əsərlərində bu vəziyyətin yaratdığı narazılıq açıq şəkildə əks olunub.

Henri Ceyms

Haber görseli

Məşhur yazıçının bir neçə dəfə homoseksual əlaqə yaşadığını, lakin cinsi zəiflikdən əziyyət çəkdiyi üçün həyatı boyu sekslə məşğul ola bilmədiyi iddia olunur.

Herbert Spenser

Haber görseli

19-ci əsrin məşhur alimi Herbert Spenser skolioz xəstəliyindən əziyyət çəkib və həyatı boyu heç vaxt cinsəl əlaqədə ola bilməyib.

Con Edqar Hoover

Haber görseli

FBI-nın ilk rəhbəri, adı bir çox gizli və təhlükəli vəzifələrdə çəkilən Hoover işindən dolayı daim təqib edildiyi üçün qadınlarla görüşməkdən imtina edib. O da ömründə heç vaxt heç kiminlə cinsi əlaqə yaşamayıb.

Cozef Kornell

Haber görseli

Amerikanın məşhur sənətçisi Cozef Kornell həyatının böyük bir qismini balaca, taxta bir evdə tək başına keçirib. Karyerasının sonrakı dövrlərində böyük pərəstişkar ordusu toplaya bilsə də, Korneli həyata 69 yaşında bakir olaraq vida edib.

Hans Kristian Andersen

Haber görseli

Danimarkalı məşhur yazıçı Andersenin həyatının son dövründə yazdığı məktublar təhlil olunduğu zaman onun heç kiminlə cinsi əlaqə yaşamadığı məlum olub.

Henri Kavendiş

Haber görseli

Elmə bir çox töhfələr verən Henri Kavendiş həyatı boyu çox utancaq insan olduğu deyilir. Həyatının böyük bir hissəsini yalnız yaşayan alim heçkimlə dostluq münasibətləri də qurmayıb. O, tarixdə təkcə elmi işləri deyil, həm də bakir kimi düşüb.

Nikola Tesla

Haber görseli

Çox maraqlı şəxsiyyət olduğu deyilən və çoxlu qadın pərəstişkarları olmasına baxmayaraq, o da heç kəslə cinsəl əlaqə yaşamadan vəfat edib.

Luis Karroll

Haber görseli

Dünya şöhrətli yazıçı Luis Karroll olduqca mühafizəkar insan olub. Amma ölümündən sonra ortaya çıxan sənədlərdə Karrollın yetkin qadınları xoşlamadığı, kiçik qız uşaqlarına düşkün olduğu ortaya çıxıb. Və bu səbəbdən də o, bakir olaraq ölüb.

İsaak Nyuton

Haber görseli

İngilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimi - Nyuton da cinsi əlaqə yaşamadan həyata əlvida deyib. Alimin heç bir qadınla münasibət qurmaq istəmədiyini yaşadığı dövrdə bütün xalq bilirdi.

Rahibə Tereza

Haber görseli

Rahibə Tereza həyatının böyük qismini xəstə və kasıb insanlara yardım etməklə məşğul olduğu üçün sekslə məşğul olmağa fürsət tapa bilməyən və həyata gözlərini bakirə olaraq yuman məşhurlardan biridir.

Tabloid bölməsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm