Bu şəxsiyyətlər əslində belə olublar - - FOTOLAR
Bizi izləyin

Tarix

Bu şəxsiyyətlər əslində belə olublar - - FOTOLAR

Əslində tarixi şəxsiyyətlər necə görürnürdülər

Biz uşaqlıqdan bu adları eşidirik və onları necə göründüklərini xəyalımızda təsvir edirik. Alimlər tarixi şəxslərin qalıqlarını tədqiq edərək, keçmişin əfsanə insanların üzlərini yenidən yaradıblar.

Publika.az canlı kimi görünən 10 tarixi şəxsiyyətin fotolarını təqdim edir. Bu üzlərə baxarkən başa düşürsən ki, firon deyildiyi kimi nəhəng deyil, Nefertiti isə Anjelina Coliye heç bənzəmir.

Tutanhamon

E.ə 1332-1323-ci illərdə Misiri idarə edən firon. Alimlər fərz edirlər ki, Tutanhamon genetik xəstəlikdən və həmçinin malyariya xəstəliyindən əziyyət çəkirdi. Bu isə onun erkən ölümün səbəbi ola bilərdi. O, 19 yaşında vəfat edib.

Nefertiti

2003-ci ildə mumiya KV35YL XVIII sülaləsinin qədim Misir frionu Ehnatonun “əsas arvadı” Nefertitiye aid olduğu aşkarlanır. Onun üzü yenidən bərpa olunub.

Dante Aliqeri

XIII-XIV əsrin məşhur italyan şairi Dante Aliqerinin üzü 2007-ci ildə italyan alimləri tərəfindən restavrasiya olunub.

Uilyam Şekspir

İngilis şairi və dramaturqu Uilyam Şekspirin üzü ölümündən sonraki maskasına əsas restavrasiya olunub.

Apostol Pavel

Müqəddəs Pavel e.ə 5-67-ci illərdə yaşayıb. İlk dəfə 2009-cu ildə Roma kilsəsi San-Paolo-fuori-de-Mura-da yerləşən daş tabutu alimlər tərəfindən araşdırılıb. Orada tapılmış qalıqlar Pavelə aid olduğu təxmin edilir.

Müqəddəs Nikolay

Xristian dinində Nikolay Mirlikiyski möcüzə göstərən və dənizçilərin, tacirlərin və uşaqların himayəçisi hesab olunur.

Henrix IV

1610-cu ildə fanatik-katoliklər tərəfindən öldürülən Fransa kralı Henrix IV görünüşünün belə olduğu təxmin edilir. 2010-cu ildə Filip Şarlenin başçılığı ilə bir qrup alim tərəfindən restavrasiya olunub.

Kral Riçard III

2012-ci ilin payızında Lester dayanacağında tapılmış qalıqlar əsasında kralın üz görünüşü yenidən bərpa olunub.

İoqann Sebastian Bah

XVIII yaşamış dahi alman bəstəkarı üzü 2008-ci ildə şotland antropoloqu Kerolayn Uilkinson tərəfindən bərpa edilib.

Nikolay Kopernik

Orta əsrlərin dünya heliosentrizm rəsmlərinin yaradıcısı Nikolay Kopernikin qalıqları Fromborka kilsəsində 2005-ci ildə tapılıb. Kompüter vasitəsilə üzün bərpası Varşava Mərkəzi kriminal laboratoriyasında edilib.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm