Tarix
Azərbaycan və Türkiyənin “erməni ssenarisi”nə qarşı planı - 3300 nömrəli MƏXFİ TELEQRAM
Azərbaycan və Türkiyəyə qarşı müxtəlif güc mərkəzlərinin xain planları hələ 100 il öncə - XX əsrin əvvəllərindən mövcud idi. Bu planın arxasında dayananlardan biri də Vudro Vilsonun rəhbəlik etdiyi Amerika və ingilislər idi. I Dünya Müharibəsinin nəticəsi olaraq, Osmanlı İmperiyası dağılmalı, torpaqları bölüşdürülməli idi. “Böyük Ermənistan” xülyasının bir hissəsi də məhz Türkiyədən qoparılan ərazilərdə və Azərbaycan torpaqlarında yaradılmalı idi.
Vilsonun 1918-ci ilin 28 mayında Əlimərdan bəy Topçubaşovun
Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
tanınması təklifini rədd etməsinin səbəbi də bu idi. Onun “yeni
dünya xəritəsində” Azərbaycana yer verilməmişdi. Türkiyənin
Ərzurum, Trapezund, Van və Bitlis bölgələri Ermənistana verilirdi.
Bu plan baş tutmadı və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması bu planların təxirə düşməsi ilə yanaşı, ermənilərin də
bölgədə soyqırımı siyasətinin qarşısını müəyyən qədər aldı. Lakin
AXC Naxçıvanı qoruya bilmədiyi üçün ermənilərin hədəfi bura oldu.
Həmçinin, İrəvanda və Qarsda türk-müsəlman əhaliyə divan tutulmağa
başlandı.
Zaqafqaziya Federativ Demokrat Respublikasının dağılmasından sonra
yaradılan Ermənistan Demokratik Respublikasının fərqli adlarla
tanınması da diqqət çəkirdi: “İrəvan respublikası” və “Ararat
respublikası”. Birinci adda onlar Azərbaycan torpaqlarına iddia
edir, ikincidə isə qədim olduqları iddiasını irəli sürürdülər.
100 il öncə bu bölgədə gedən qanlı savaşların əsas hədəfini belə
xarakterizə etmək olar: Türkiyə və Azərbaycan torpaqlarında “Böyük
Ermənistan” yaratmaq.
Lakin bu ssenarilərə qarşı AXC və Türkiyə iki plan işə saldı:
1. Araz-Türk Cümhuriyyəti
2. Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz
Cümhuriyyəti).
Araz-Türk Cümhuriyyəti: Vilsonun xəritəsindəki
“dəfinəni” tapmaq ümidi ilə türk-müsəlman əhaliyə qarşı əsil
soyqırımı törədən ermənilər AXC-nin Naxçıvana dəstək verə
bilməməsindən istifadə edərək, bura hücuma keçdilər. Onlar bu qədim
Azərbaycan torpaqlarına da iddia edirdilər. Və bu iddialar hələ I
Nikolayın dövründən başlanmışdı. Belə ki, 1828-ci ilin 21 martında
Naxçıvan xanlığı çar Nikolayın əmri ilə ləğv olunur. Sonra da
İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti
yaradılır. Türkmənçay müqaviləsi əsas gətirilərək, İrandan bura 10
min 652 nəfər erməni köçürülür. 1849-cu ildə erməni vilayəti ləğv
olunur və bu ərazilərdə İrəvan quberniyasına yaradılır. Naxçıvan
ərazisi isə qəzalara bölünür.
Nəhayət, Çar İmperiyasının dağılmasından sonra I Dünya
Müharibəsinin yaratdığı xaosdan istifadə edən ermənilər yenidən
Naxçıvan iddialarını qaldırırlar. 1918-ci ilin 4 iyununda erməni
terrorçu Andranik Ozanyan Osmanlı ilə AXC arasında bağlanan
müqaviləni tanımayaraq, Naxçıvanı işğal etməyə cəhd edir. Zəngəzur
işğal olunur və əhali soyqırıma məruz qalır. İyulun 19-da isə türk
ordusu bölgəni ermənilərdən təmizləyir. Avqustun 30-da Mudros
müqaviləsindən sonra türklər bölgəni tərk etmək məcburiyyətində
qalırlar. Bu, ermənilərin fəallaşmasına səbəb olur. Məhz bu
planların qarşısını almaq məqsədilə bölgədə Araz-Türk Cümhuriyyəti
qurulur. Cəfərqulu xan Naxçıvaniski yeni dövlətin ilk
general-qubernatoru olur. Araz-Türk Cümhuriyyətinin 1918-ci ilin
hansı ayında elan edildiyi dəqiq deyil. Tarixçilərin ümumi
razılaşdığı təqvim 1918-ci ilin noyabr ayıdır. Lakin bəzi
tarixçilər bunun noyabrın 3-də, bəziləri isə 18-də qeyd
edirlər.
Misal üçün AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi
işçisi Nazim Mustafa yazır: “30 oktyabr 1918-ci ildə
imzalanan Mudros sazişinə əsasən, türk ordusu 1914-cü il
sərhədlərinə çəkilmək məcburiyyətində qaldığından və bununla da,
ermənilərin həmin əraziləri işğal etmək təhlükəsi yarandığından
Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də
Qəmərli qəsəbəsinə toplanaraq Araz-Türk Hökuməti qurmaq haqqında
qərar çıxarırlar”.
Araz-Türk Cümhuriyyətinin mərkəzinin İğdır olduğu haqda məlumatlar
var. Digər versiyalara görə, Naxçıvan, Qars və Qəmərli də mərkəz
olub. Lakin bütün proseslərin Naxçıvandan idarə olunduğu əksər
tarixçilərin razılaşdığı fikirdir.
Həmin hadisələrin canlı şahidi olmuş ədəbiyyatşünas Lətif
Hüseynzadə “Araz şahiddir” kitabında yazır: “Oktyabr ayının
son günləri idi. Kazım Qarabəkir paşanın son iqamətgahı olan Rəhim
xanın evinin qarşısında çoxlu adam toplaşmışdı... Burada Naxçıvanın
gələcək taleyi – dövlətçilik statusu haqqında məsələ müzakirə
edilirdi. Bu iclasda Kazım Qarabəkir paşa dedi: “Naxçıvanın gələcək
müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib
və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində
tarixə şanlı səhifələr yazmısınız. Dövlətçilik hüququna və
ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında
düşmənə qələbə çalaraq qazanmısınız. Şərqin qapısında, Naxçıvanda
bir cümhuriyyət qurulmalıdır”.
Şərqin qapısında cümhuriyyət qurulur. Bu cümhuriyyətin tərkibinə
Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzaları, Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və sair ərazilər daxil
olur.
Araz-Türk Cümhuriyyətinin ilk general-qubernatoru Cəfərqulu xan
Naxçıvanski idi. Sonradan cümhuriyyətin sədr və 6 üzvdən ibarət
hökuməti yaradıldı. Hökumətin sədri Əmir bəy Əkbərzadə idi. İbrahim
bəy Cahangiroğlu hərbi nazir, Qənbər Əlibəy Bənəniyarlı maliyyə
naziri, Bağır bəy Rzazadə inzibati nazir, Məmməd Bəyzadə ədliyyə
naziri, Həsənağa Şəfizadə xarici işlər naziri və Mirzəhüseyn Mirzə
Həsənzadə və Lütfi Xoca Ekid Əfəndi şeyxülislam, general Əli
Əşrəfbəy fəxri üzv və aşirət rəisi idi.
Cümhuriyyət cəmi bir il fəaliyyət göstərə bildi. Ermənilər
Naxçıvanı işğal edəndən sonra bu dövlət dağıdıldı. Bölgə bir də
1920-ci ildə Qarabəkir Paşa tərəfindən azad olundu. AXC-nin
süqutundan sonra bolşeviklər bu əraziləri də işğal etdi.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz
Cümhuriyyəti): Mudros müqaviləsi nəticəsində Osmanlı
bölgədən geri çəkilmək məcburiyyətində qaldı. Lakin bölgəyə verilən
dəstək kəsilmədi. Əvvəlcə, oktyabrın 29-da Ömər Faiq Nemanzadənin
rəhbərliyi ilə Axıska hökuməti yaradıldı. Noyabrın 5-də “Qars İslam
Şurası” elan olundu. Noyabrın 14-də I Qars konfransı çağırıldı.
Noyabrın 30-da “Qars İslam Şurası”nın dəvəti ilə Naxçıvan, Ordubad,
Qəmərli, Sürməli (İğdır), Şərdi Şörəyəl, Axıska, Axalkələk və Batum
bölgələrindən gələn 60 nəfərlik nümayəndənin iştirakı ilə II Qars
konqresi keçirilir. Bu konqresdə Qars İslam Şurası yaradılır.
Araz-Türk Cümhuriyyəti də bu Şuranın tərkibinə qatılır. 12 nəfərlik
hökumətə də Araz-Türk Cümhuriyyətinin hərbi naziri olmuş İbrahim
bəy Cahangirzadə rəhbərlik edirdi. Əsas hədəf daşnakların
türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımın qarşısını almaq
idi. 1919-cu ilin 13 yanvarında isə ingilis generalı Bisç Qarsa
gələrək, erməni Stepan Korqanovu Qarsın valisi təyin etdiyini elan
edir. Lakin Şura ona qarşı çıxaraq, bölgə əhalisinin 85 faizinin
türklərdən ibarət olduğu əsasını gətirirlər. Son nəticədə general
Bisç Qars İslam Şurası hökumətini tanıyır.
1919-cu ilin 27 yanvar tarixində isə Qars İslam Şurası Qars
Demokratik Cümhuriyyətinin (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti)
yarandığını elan edir. Dövlətin paytaxtı Batumi olur. Əraziləri isə
Batumidən Ordubada qədər uzanır. Ərazisi 40 min kvadratkilometr,
əhalisinin sayı 1 milyon 800 min nəfər idi. Əhali arasında türklər
üstünlük təşkil etsə də, rus, yunan, malakan kimi milli azlıqların
da hüquqları qorunur, onların nümayəndələri hökumətdə təmsil
olunurdu. Yeni dövlətin 18 maddədən ibarət konstitusiyası qəbul
olundu. Dövlət dili türk dili idi. Bayrağı ağ, yaşıl və qara
olmaqla üç rəngdən və ay-ulduzdan ibarət idi. Hökumətin rəsmi
orqanı Batumidə həftədə üç dəfə çıxan “Sədayi millət” qəzeti idi.
Lakin heç bir siyasi partiya yox idi. Buna görə də 65 bitərəf
deputatın təmsil olunduğu parlament yaradıldı. Spiker Doktor Əsəd
bəy Oktay oldu.
Parlament dövlətin daxili və xarici siyasət kursunu
müəyyənləşdirmişdi:
- Bütün qonşularla, xüsusilə yeni yaranmış Qafqaz
dövlətləri ilə mehriban münasibətlər qurmaq.
- Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti)
neytral dövlətdir.
- Dövlətin vətəndaşları milliyyətindən, dinindən, sosial
mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara
malikdirlər.
Lakin yeni dövlətin bir çox çətinlikləri var idi və onlar əsas
ümidlərini Azərbaycan Xalq Cümhuriyyətinə bağlamışdılar. AXC-nin
Batumidəki konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək
bildirdi: “Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti
əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım
edəcəyinə böyük ümidlər bəsləyir”.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti)
1919-cu il yanvarın 25-də AXC-yə müraciət edərək, hərbi və maddi
yardım istədi. Buna cavab olaraq, Azərbaycan hökuməti onlara hərbi
təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) iki
tərəfdən – Ermənistan və Gürcüstandan təzyiqlərə məruz qalırdı.
Gürcüstan Batumi iddiasına görə bu siyasəti yürüdürdü. Cəmi 15,5
min hərbi qüvvəyə malik olan yeni dövlət bu təzyiqlərə çətinliklə
qarşı çıxırdı. Artıq Qafqaza diktə etməyə başlayan ingilislər də
Ermənistanı və Gürcüstanı dəstəkləyir, Qars dövlətinin ərazisini bu
iki ölkə arasında bölüşdürməyi planlaşdırırdı. Buna baxmayaraq,
ingilislər AXC hökumətini Qars Demokratik Cümhuriyyəti ilə bağlı
status-kvonu saxlayacaqlarına inandırırdılar. Qars Demokratik
Cümhuriyyəti müvəqqəti hökumətinin sədri 1919-cu ilin 26 yanvar
tarixində AXC-yə nota göndərir.
“Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal
etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa
qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər.
Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min
davar aparılmışdı”, - deyə notanın mətnində
bildirilir.
Nəhayət, 1919-cu ili 12 aprel tarixində ermənilər ingilislərin
köməyi ilə Qarsa hücuma keçdilər. AXC hökuməti ermənilərin Qarsda
törətdiyi soyqırımı ilə bağlı Böyük Britaniya komandanlığına etiraz
etdi. Lakin ingilislər Qars Demokratik Cümhuriyyəti hökumətinin 35
üzvünü həbs edərək, zirehli qatarla Gümrüyə, oradan da Batumi yolu
ilə Malta adasına sürgün etdilər. Bununla da Qars Demokratik
Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) süqut etdi.
(Qars Demokratik Cümhuriyyətinin Hökumət üzvləri yalnız
1921-ci il mayın 23-də Azərbaycan Xalq Komissarları Sovetinin sədri
Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə
qayıtdılar).
Aprelin 14-də ingilis generalı Devinin məsləhəti ilə 6 türk, 1 rus,
1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da
S.Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bundan sonra
erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk
əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma
Milli Şura ləğv edildi. 1920-ci ilin payızınadək Qars Demokratik
Cümhuriyyətinin ərazisi ermənilərin və gürcülərin işğalı altında
qaldı. Bu işğal 1920-ci ilin okrtyabrında bölgənin türk ordusu
tərəfindən azad olunmasına qədər davam etdi.
Tarixçi Nazim Mustafa “Türkiyədə Qətliam” məruzəsində bildirir ki,
ermənilər yaş və cins fərqi qoymadan silahsız əhalini məhv
edirdilər: “Ərzurumda və Qarsda ermənilər əsil soyqırımı
etdilər. Erməni quldur dəstələri Ərzincandan Qarsa qədər böyük
ərazidə müsəlman kəndlərini tamamilə dağıtdılar. Qars ərazisində
ermənilərin müsəlman əhaliyə qarşı kütləvi qətlləri 1920-ci ilin
oktyabrında türk ordusunun regionu azad etməsinə qədər davam
etdi”.
1920-ci ilin 25 dekabrında Amerika kəşfiyyatının admiral Mark
Bristoluya göndərdiyi “Qars 3300 epizod” adlı 14 səhifədən ibarət
məxfi teleqramda belə yazılıb: “Türklər Qarsa girdilər və
erməni əsgərlər heç bir atəş açmadan qaçmağa başladılar. Erməni
əsgərlərin bir çoxu silahını atıb, formalarını çıxardır və evlərdə,
xəstəxanalarda və uşaq evlərində gizlənirdilər. Hətta erməni
əsgərləri uşaq çarpayılarının altında qorxa-qorxa gizlənirdilər.
Bəzi əsgərlər türklərə təslim olur və öz orduları haqqında bütün
sirləri açırdılar, əsgər yoldaşlarının yerini
deyirdilər”.
Bu sənəd hazırda ABŞ Konqresinin Kitabxanasının əlyazmalar
bölməsində saxlanılır.
Qars Milli Müsəlman Şurasının məlumatına görə, 1919-cu ilin
avqustuna qədər Qars ətafında 70 kənd, Kaqızmanan ətrafında 50
kənd, Kela bölgəsində 30 kənd ermənilər tərəfndən tamamilə
dağıdıldı, on minlərlə insan öldürüldü və yaralandı. Bu bölgələrdə
erməni vandalizminin izləri – müsəlmanların kütləvi qəbiristanlığı
indiyə qədər qalır.
... Ermənilərin və Qərb güclərinin bölgəyə dair planları indiyə
qədər davam edir. Məlumatlara görə, erməni diasporunun bölgə ilə
bağlı planlarına Soros Fondu da yaxından dəstək verir. Xüsusilə,
bölgəyə xristian missionerlər göndərilərək, yerli müsəlmanlar
arasında xristianlığın yayılmasına çalışırlar.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qarsdakı Harakan məscidinin imamı Yavuz Selim qələmə aldığı
məqaləsində yazır: “Ermənistan Azərbaycan torpaqlarını
işğal edərək, yüz minlərlə insanı evindən-yurdundan qovdu. Türkiyə
buna görə 1993-cü ildə Ermənistanla sərhədlərini bağladı. Erməni
diasporu bundan sonra Türkiyədəki fəaliyyətini gücləndirərək,
Cənub-Şərqi və Qərbi Anadoluda, həmçinin, Qafqazda təşkilatlanmaya
başladı. 1993-cü ildən indiyə kimi onlar sərhədlərin açılması üçün
çalışırlar və bu işdə Qarsı mərkəz olaraq seçiblər. Xristian
missionerləri müxtəlif adlar altında bölgəyə göndərilir. Xüsusilə,
Fransa, Belçika, Hollandiya, Almaniya və Amerikada olan erməni
lobbisinin yüksək səviyyəli şəxsləri Qarsla bağlı bir sıra planlar
qurublar. Onlar “Qarsı Qafqazın çox mədəni və müxtəlif etnik
qrupların yaşadığı mərkəzi edəcəyik” deyə bildirirlər. Bu işdə
onların Qarsdakı tərəfdarları da iştirak edir. Erməni diasporunun
bu fəaliyyətinə ən böyük dəstəyi Lissabonda yerləşən Gülbenkyan
Vəqfi verir. Xarici ölkələrin də dəstəyi ilə Qarsda fəaliyyət
göstərən erməni diasporu şəhərin türk memarlıq tikililərinin
dəyişdirilməsi istiqamətində də çalışır. Bütün bunlar isə “Qarsda
Osmanlı mirasının qorunması” adı altında aparılır. Erməni
diasporunun bu fəaliyyəti 2013-cü ildən başlayaraq güclənib. Qarsın
memarlıq quruluşunun yenilənməsi adı altında tarixi müsəlman
abidələri məhv edilir”.
Böyük oyun davam edir. Bu oyunun daha da genişlənməməsi üçün
diqqətli olmalı və lazımı anda qabaqlayıcı addımlar atılmalıdır. Ən
azından tarixin təkərrür etməməsi üçün...
Asif
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR