Tarixdə bu gün
Bizi izləyin

Tarix

Tarixdə bu gün

Üç önəmli hadisə...
1946-cı il. BMT-nin Uşaq Fondu – UNICEF-in əsası qoyulub. BMT Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardandır. Azərbaycan 1995-1997-ci və 1998-2000-ci illərdə UNICEF-in icra heyətinin üzvü olub.
1997-ci il. Atmosferə buraxılan zərərli qazların miqdarının azaldılmasına dair Yaponiyada Kyoto protokolu imzalanıb. Protokol beynəlxalq istiləşmə və iqlim dəyişikliyinə qarşı mübarizə aparmağa yönəlmiş beynəlxalq sənəddir. Sənədi imzalayan ölkələrdən Avropa İttifaqı dövlətləri atmosferə atılan zərərli qazların həcmini 8 faiz, ABŞ 7 faiz, Yaponiya 6 faiz, Avstraliya 8 faiz, İslandiya 10 faiz və s. azaltmalı idi.

1913-cü il. Məşhur fransız aktyoru Jan Mare anadan olub (1913-1998). Kinoda ilk böyük işi 1941-ci ildə rejissor J.Baronsellinin çəkdiyi "Yandırılmış ev" filmi olub. 1940-1950-ci illərdə isə o, romantik rolları oynamaqla məşhurlaşıb. "Əbədi qayıdış", "Karmen", "Praf Monte-Kristo", "Gözəlçə və əjdaha", "Kapitan Frakass", "Bəyaz gecələr", "Parisin sirləri", "Dəmir maska" filmlərində və Fantomas haqqında seriallarda yaddaqalan rollar yaradıb.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm