Stalin ürəklərdə və divarda - - FOTOLAR
Bizi izləyin

Tarix

Stalin ürəklərdə və divarda - - FOTOLAR

Gürcü siyasətçilər söyüş kimi Stalinin adından istifadə edirlər.

Sovet lideri İosif Stalinə vətəni Gürcüstanda münasibət həmişə ziddiyyətli olub.

Hətta Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayından sonra Stalin gürcülər tərəfindən şəxsiyyətə pərəstişdə ittiham edilmişdi. Tiflisdə kütləvi ixtişaşlar yaşanmışdı. Hətta Sovet höküməti Gürcüstanın paytaxtındakı münaqişəni dağıtmaq üçün əraziyə qoşun yeritməyə məcbur olmuşdu.

Respublikanın müstəqilliyindən sonra da bu ölkədə “Xalqlar atasına” qarşı soyuq hisslər qalıb. Gürcü siyasətçilər söyüş kimi Stalinin adından istifadə edirlər.

Bu yaxınlarda ölkənin tarix dərsliklərində Stalinin fotosu yer almışdı. Əlbəttə, mərhəmətli rəhbər kimi deyil, sadəcə ağ, qara rəngdə.

Lakin hələ də, Gürcüstanda yaşlı insanlar arasında rəhbərə sədaqət göstərənlər var. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hətta Stalinin portretlərini divarlara asanlar da var.

Məsələn, 70 yaşlı keçmiş inşaatçı Vasiliy Sidamonidze Qoridə öz evində Stalinin portretini asıb.

"Təəssüf ki, Stalin bizim zamanımızda məşhur deyil. Bizdə insanlar ona hörmət etmirlər", keçmiş inşaatçı deyir.

V.Sidamonidze bildirir ki, hətta Stalinin ad gününün şərəfinə keçirilən bütün tədbirləri izləyir. Lakin o çox az adamın Kommunist Partiyasının birinci katibinin pərəstişkarları sırasına qoşulmasından şikayətlənir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm