Tarixdə BU GÜN
Bizi izləyin

Tarix

Tarixdə BU GÜN

Bunları bilirdinizmi?

2010-cu il. Azərbaycan əhalisinin sayı 9 milyona çatıb. Respublikamızın doqquz milyonuncu sakini Əhmədli İlham İlkin oğlu olub. Prezident İlham Əliyev bu münasibətlə “Azərbaycan Respublikasının doqquz milyonuncu vətəndaşının sosial müdafiəsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Əhmədli İlham İlkin oğlunun valideynləri evlə təmin edilib, onun adına 20 min manat vəsait ayrılıb və müvafiq bank hesabı açılıb.
1902-ci il. Türk şairi, yazıçı, rəssam, ssenarist və dramaturq Nazim Hikmət anadan olub (1902-1963). Onun yaradıcılığı kəskin publisistika ilə yanaşı, dərin lirizm poeziyasına xasdır. Türk poeziyasına sərbəst şeir vəznini də Nazim Hikmət gətirib. Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmişdi, azərbaycanlı şair və yazıçıların bir çoxu ilə şəxsən dostluq edirdi. Onun Azərbaycana həsr olunmuş şeirləri, məqalə və xatirələri var. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələyib.
2001-ci il. İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan Vikipediya ensiklopediyası fəaliyyətə başlayıb.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm