Tarix
Qacarlar sülaləsi yeni varisdən imtina etdi - - FOTO - VİDEO
Ağa Məhəmməd Şah Qacarın nəsli yeni varisini təyin
etməmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə Qacar Assosiasiyasının rəhbəri
Əmir Əli Fərman deyib.
Onun sözlərinə görə, 2011-ci ildə ailənin başçısı Sultan
Əli Mirzə Qacar vəfat etdi:
“Bizim ailə ümumi razılığa gəldi ki, yeni varis təyin etməyək.
Gələcəkdə varis Əhməd şah Qacarın nəsli arasından seçilə bilər.
Lakin indi gündəlikdə belə məsələ yoxdur. Yeri gəlmişkən, Şah Əhməd
Təbrizdə doğulub və Azərbaycan dilini mükəmməl bilirdi”.
Assosiasiyasının rəhbəri Qacarların varisliyinə iddia edən
şəxslərin zaman-zaman peyda olmasına da münasibət
bildirib:
“Biz bunu anlamırıq ki, bəzi insanlar niyə özlərini varis elan
edirlər. Onilliklər boyunca biz zaman-zaman belə hadisələrlə
qarşılaşdıq. Məsələn, Avstraliyadan bir nəfər bir neçə il öncə
ortaya çıxdı və iddia etdi ki, Fəth Əli Qacarın nəslindəndir və
bizim ailənin varisidir. Məhkəmə araşdırması nəticəsində onun yalan
danışdığı müəyyən olundu və o, öz sözlərini geri götürdü. Fəth Əli
Qacarın hazırda 12000 nəfərdən ibarət nəsli var və hər biri
bir-biri ilə eyni hüquqa malikdir. Əhməd şah Qacarın isə cəmi 30
qanuni varisi var”.
Qacar şahın nəslinin davamçısı 2017-ci ildə Azərbaycanda
bəzi tədqiqat mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsini
planlaşdırdıqlarını bildirib:
“2017-ci ildə İranda və Azərbaycanda Qacarların saraylarının bərpasını həyata keçirəcəyik. Həmçinin, hər iki ölkədə Qacar tarixinin tədqiq olunmasına maliyyə ayıracağıq. Azərbaycanda da bəzi tədqiqat mərkəzlərini maliyyələşdirməyi planlaşdırırıq”.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA