ABŞ kəşfiyyatı Heydər Əliyev və Qarabağ haqqında MƏXFİ SƏNƏDLƏRİ YAYDI
Bizi izləyin

Tarix

ABŞ kəşfiyyatı Heydər Əliyev və Qarabağ haqqında MƏXFİ SƏNƏDLƏRİ YAYDI

Ermənilərin iç üzünü açan daha bir fakt.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) məxfilikdən çıxarılmış bir milyona yaxın sənədi yayıb.

Publika.az xəbər verir ki, sənədlərdən birində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur.


1988-ci ildə CİA-nın direktoru Uilyam Uebsterin ABŞ-ın vitse-prezidentinə ünvanlandığı məktubda münaqişə haqqında məlumat verilir. Bu məktub 25 il məxfi qrifi altında qalıb.

U.Uebster Azərbaycan xalqı və ermənilər arasında qarşıdurmanın yaranmasında Rusiya imperiyasının rolundan bəhs edir. Ermənilərin Qafqaza gəlişi, rusların türklər və ermənilər arasında ziddiyətlərdən öz maraqları üçün istifadə etməsi qeyd olunur.

CİA direktoru 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrdən bəhs edir, həmçinin ermənilərin türklərə və azərbaycanlılara nifrətinin səbəblərini izah edir.

“Ermənilər SSRİ zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasından narazı idilər. Sonrada onlar bu ərazilərə iddia etməyə başladı”, - deyə məktubda qeyd olunur.

CİA direktoru dağlıq Qarabağ münaqişəsinin yaranmasında erməni ziyalılarının, xüsusilə Qorbaçovun məsləhətçisi Aqanbekyanın rolunun olduğunu qeyd edir.

Bu sənəd 2012-ci ildə məxfilikdən çxıarılsa da, indi yayılıb.

Azərbaycanla bağlı daha bir sənəddə isə Heydər Əliyevdən bəhs olunur.

CİA RDP84T00926R000100100006-7 nömrəli məxfi sənəd 1983-cü ilin oktyabrında qeydə alınıb.


“Heydər Əliyev: SSRİ Nazirlər Sovetində onun yeni rolu” adlı 20 səhifəlik məruzədə Heydər Əliyevin Azərbaycan SSR-i Dövlət Təhlükəsizlik Komitəsinə və respublikaya rəhbərlik etdiyi dövrdən bəhs olunur. Həmçinin əlavə olunur ki, Andropov SSRİ-nin rəhbərliyinə gələndən sonra Heydər Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə başlayır.

Sənəddə Heydər Əliyevin Azərbaycanda apardığı islahatlara yer ayrılıb. Qeyd olunur ki, onun bu fəaliyyəti Andropov tərəfindən SSRİ Nazirlər Sovetinə vəzifəyə dəvət olunması ilə nəticələnib.

Bu sənəd məxfilikdən 2011-ci ildə çıxarılıb. Lakin ictimaiyyətə indi açıqlanır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm