CANLI ŞAHİD: "Ermənilər hamilə qadının uşağını çıxarıb, yerinə pişik qoymuşdular" - - VİDEO
Bizi izləyin

Tarix

CANLI ŞAHİD: "Ermənilər hamilə qadının uşağını çıxarıb, yerinə pişik qoymuşdular" - - VİDEO

Onun ailəsi 7 şəhid verib, atası və qaynı ermənilər tətəfindən girov götürülüb.

- Ermənilər Xocalıda insanlara divan tutdular. Mənim qaynım Vəliyyəddin nağara çalan idi. Ermənilər onu girov götürəndə əlini sındırıb, peçə yapışdırmışdılar. Ona deyirlərmiş ki, niyə toylarda Qarabağ havasını çalır... Bəs Qarabağ ermənilərindir.

“Qarabağ ermənilərindir” sözünü demədiyi üçün ona dəhşətli işgəncələr veriblər. Ermənilər onun sinəsinə 38 güllə ilə xaç şəkli çəkiblərmiş. Bunu bizə onunla girovluqda olan və sonradan qaytarılan şahid danışdı....

Biz Ağdam xəstəxanasındaydıq. Birdən gördüm ki, həkimlər çığırıb, qaçdılar. Soruşanda nə olub. Dedilər ki, ermənilər hamilə qadının qarnınından uşağını çıxarıb, yerinə pişik qoyub, tikiblər...

Onun ailəsi erməni işğalı nəticəsində 7 şəhid verib, atası və qaynı ermənilər tətəfindən girov götürülüb. Bu günə qədər onlardan xəbəri yoxdur.

Xocalı sakini, erməni cinayətlərinin canlı şahidi olmuş Səlimova Sevda Seydi qızının başına gələnləri onun öz dilindən dinləyin:

(femida.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm