• USD 1,7023 0,00% EUR 1,9152 +0,55%
    • GBP 2,2116 -0,05% RUB 0,0301 +0,33%

Nərimanovun Leninə ittiham dolu məktubu: ““Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdımı?”

  • Tarix
  • 14 Aprel 2017 09:36
  • 4 128 Baxış
Nərimanovun Leninə ittiham dolu məktubu: ““Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdımı?”

Nəriman Nərimanovun Leninə bir çox məktubları var. Hər biri mühüm tarixi əhəmiyyət daşıyır. Xüsusən də sovetlər dağıldıqdan sonra bu məktublar ortaya çıxmağa başladı. Demək olar ki, müəyyən kəsim insanlar bu mətublardan xəbərdardır.

Lakin bu gün təqdim edəcəyimiz məktub N.Nərimanovun kommunist partiyasının başında duranlar tərəfindən aldadıldığını hiss etməsidir. O, Leninə verdiyi sözün üstündə durmamasını xatırladır və Azərbaycanın ərazisindən kəsib ermənilərə verilməsinə də öz etirazını bildirir...

Beləkilə, Enter.News Nəriman Nərimanovun Leninə yazdığı təəssüf və ittiham dolu məktubu təqdim edir.

"Əziz Vladimir İliç!

Mənim teleqramlarımdan birində verilmiş məlumatı demək olar ki, təkrar etmək lazım gəlir.

Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın instiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari ümumiyyə ilə birtəhər mübarizə aparmaq olardı, lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Bu bardədə bizim nümayəndəmiz ətraflı danışacaqdır.

Bizi dəhşətli vəziyyətdə qoyan Mərkəzin başqa bir münasibəti: Mərkəzdən hər gün nümayəndələr gəlib əllərində olan mandatlara əsasən bu və ya digər səbəbə görə tanınmış xalq komissarına tabe olmaq haqqında bizi göstəriş verirlər.

Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq, biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik.

İndi vəziyyət belə bir şəkil alır: həmişə, Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir.

Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?

Mən qəti surətdə bildirirəm: əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağrılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq. Onda qoy tarixən dolaşıq milli məsələləri belə asanlıqla həll edənlər bura gəlsinlər. O zaman bilərik ki, bizim mənasız – Şərqə doğru – çığırtımız nə deməkdir. Belə olan halda Şərqə necə gedəcəyik?

Yeganə ümidimiz – inqilabımız Şərqdə siyasətlə müdafiə etmək ümidi də alt-üst oldu. Və bütün bunların müqəssiri kimdir. Birinci, Mərkəzin xəbərsizliyi və ikinci, Mərkəzdə oturmuş erməni daşnak-kommunistlərinin iyrənc işi.

Mən Sizin diqqətinizi buna cəlb edirəm.

Əgər qısa bir müddətdə Mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcəkdir. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm və əgər Şərq məzlumlarının mənafeyi həqiqətən bizə əzizdirsə, Sizin də bu məsələyə ciddi yanaşmağınızı xahişl edirəm.

N.Nərimanov”

Təqdim etdi: Rəşad Sahil

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR