Qorbaçov barədə MARAQLI FAKT: sonuncu rus çarı ilə SİRLİ ƏLAQƏ
Bizi izləyin

Tarix

Qorbaçov barədə MARAQLI FAKT: sonuncu rus çarı ilə SİRLİ ƏLAQƏ

Xüsusi əhəmiyyət kəsb edir.

Dünən - 2 mart tarixi sıradan təqvim günü olsa da, Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə yox ki, bu tarixdə Rusiya dövləti hansısa böyük inkişafa nail olub. Əksinə 2 mart günü Rusiya tarixində böyük dönüş kimi yadda qalıb.

Publika.az
“gazeta.ru”-ya istinadən xəbər verir ki, 1917-ci ilin 2 mart tarixində son rus çarı II Nikolay taxtdan imtina etdi və bundan 14 il sonra, 1931-ci ilin 2 martında SSRİ-nin sonuncu başı katibi Mixail Qorbaçov doğuldu.

Sonuncu rus çarı Nikolay imperiyanı dağıtdı, SSRİ-nin ilk və sonuncu prezidenti olan Qorbaçov da “qırmızı ittifaqı” arxivə göndərdi.

Bu ilk baxışdan təbii görünür. Çünki hər ikisinin hakimiyyətə gəlişi vaxtı dövlət strukturu çökmüş və köhnəlmişdi. Hər iki şəxs hakimiyyəti öz varislərinə ötürə bilmədilər.

Lakin hər iki şəxsin müəyyən oxşarlıqları ortadakı mistikaya da diqqət çəkir.

II Nikolay köhnə idarəçilik sistemindən imtina etdi və yenilənməyə getdi. Nə təsadüf ki, Qorbaçov da “yenidənqurma”nın banisi idi. Hər iki yenilənmə prosesi süqutla başa çatdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm