Tanıdığımız naməlum Türkiyə
Bizi izləyin

Tarix

Tanıdığımız naməlum Türkiyə

Türkiyə 2017-ci ildə Rusiyadan 5 milyon turist qəbul etməyi planlaşdırır.

Türkiyə 2017-ci ildə Rusiyadan 5 milyon turist qəbul etməyi planlaşdırır.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, turistlərin böyük əksəriyyəti İstanbul şəhərinə və Aralıq dənizi sahillərində yerləşən kurort şəhərlərə üz tutur. Halbuki ölkədə gəzməli-görməli maraqlı bölgələr də az deyil. Odur ki, Türkiyə müxtəlif mənzərəli təsvirlərlə ən çox gəlir götürdüyü rus turistlərin diqqətini çəkmək istəyir.

Beş min il əvvəl salınmış Kayseri şəhəri – onu Osmanlı San-Fransiskosu adlandırırlar. Burda müxtılif sivilizasiyalardan tarixi abidələr görməklə yanaşı, gözəl təbiətindən də zövq almaq olar. Şəhər Erciyas vulkanının ətəyində yerləşir.

Bursa - əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhəri (İstanbul, Ankara və İzmirdən sonra). Şəhərin ən çox turist axışdığı məkanı Uludağ qış istirahət mərkəzidir. Bundan başqa, tarixi Yaşıl Məscid, Yaşıl Mavzoley və Ulu-Cami də diqqət çəkən yerlərdəndir. Bursadan 12 km aralıda Cumalıkızık qəsəbəsi yerləşir. Burda “konak” adlanan ənənəvi Osmanlı malikanələri yerləşir. Ümumilikdə, 270 ədəd belə tikili mövcuddur. 2014-cü ildən bu unikal qəsəbə bütövlükdə YUNESKO-nun irsi mühafizəsindədir.

Dərinquyu – Türkiyənin yeraltı şəhəri demək olar. Kapadokiyanın yanında yerləşən mağaralardan ibarət şəhər turistlərin üzünə 1965-ci ildə açılıb. Elə türklərin özü də bu mağaralara 1963-cü ildən ayaq açıblar. Buranı yalnız yerli sakinlər bilirmiş və qədim zamanlarda təbii fəlakətlərdən, düşmənlərdən gizlənmək üçün istifadə edirmişlər.

Nevşehir – Anadolu yaylasının tam mərkəzində yerləşən qayalı şəhər. Bir vaxtlar bu şəhər assuriyalılar, firikiyalılar və farslar tərəfindən zəbt olunub. Şəhər əslində Bizans imperiyasının olub. 1071-ci ildə isə türklərin ərazilərinə qatılıb.

Trabzon – Qara dənizin sahilində yerləşən gözəl şəhərlərdən biri. Liman şəhəri olan Trabzon eradan əvvəl VIII əsrdə salınıb. Bu şəhər də Bizans imperiyasının ərazisi olduğundan indiyədək qədim arxitekturasını qoruyub saxlayır.

Mardin – Türkiyənin Qüds şəhəri. Demək olar ki, açıq səma altında muzeydir. Qədim abidələrlə zəngindir, fərqli təbiəti var.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm