Tarix
Rokfellerlər
Rokfellerlər haqqında yüzlərlə kitab yazılsa da,
müəllifi bu sülalənin nümayəndəsi olduğu kitab yalnız bir il bundan
əvvəl işıq üzü görınüşdür. Bu yaxınlarda 88 yaşlı Devid Rokfeller
kitabın rus dilinə tərcümə olunmuş variantını İTAR-TASS
agentliyinin mətbuat konfransında təqdim etmişdir. ABŞ-da bu
kitab, yəni «XX əsrdə bankir. Xatirələr» kitabı yüz min tirajla
satılmışdır. Rusiyada о, «Beynəlxalq münasibətlər» nəşriyyatı
tərəfindən 3000 nüsxədə dərc etdirilmişdir. Bu, bankçı və
filantrop, onun ailəsi və Nikita Xruşşov, Aleksey Kosıgin, Fidel
Kastro, Çjou Enlay, Den Syaopin kimi görkəmli siyasətçilər ilə
görüşündən bəhs edən hekayətdir.
Nyu-Yorkdan Keyptauna və San-Pauludan Moskvaya kimi uzanan
imperiyanın əsasını qoymuş şəxsiyyətin nəvəsi, pulun qüdrətini
təcəssüm etdirən soyadın daşıyıcısı Devid Rokfeller xatirələr
yazmağının səbəbini açıqlayır:
«Mən maraqlı həyat sürdüyümü qəflətən dərk etdim. Mən
övladlarım ilə ailəmə qeyri-adi miras qoymağı qərara aldım».
Lakin yekun nəticədə kitab daha geniş oxucu kütləsi üçün nəzərdə
tutuldu. Əks təqdirdə «Rendom haus» nəşriyyatı bankçı və filantrop,
siyasətçi və güclü müsahibin kitabını kütləvi tiraj ilə nəşr
etdirməyi öhdəsinə götürməzdi.
Devid Rokfellerin şəxsi etirafına görə, o, kitab üzərində 10 ildən
çox işləyərək, bu «layihəyə» onlarla tarixçi və tədqiqatçı cəlb
etdi. Bu cür tərkibi yalnız Rokfeller toplaya bilərdi.O, nə
kompüterdən, nə də çap maşınından istifadə etmir, hadisələri şifahi
şəkildə xatırlasa da, diktə etmir, məhz xatırladırdı. Hekayətləri
qeydə alır, çap edirdilər. О isə, əlyazmaların qaralama
variantlarını oxuyaraq, dəfələrlə düzəlişlər edirdi.
Müəllif bu barədə sussa da, lakin kitabın yaranma səbəblərindən
biri də onun vicdanlı, təmiz insan olduğunu, tutduğu mövqeyin
irsən keçmədiyini, uzun illər rəhbərlik etdiyi «Çeyz Manxetten»
bankında ən aşağı səviyyəli bank xidmətçisi işləməklə yüksək
mənsəbə çatdığını sübuta yetirmək istəyirdi. Bunu Rokfellerin dostu
və əməkdaşı, layihənin rəhbəri Piter Consonun da sözləri təsdiq
edir: «Rokfellersənsə, ixtiyar sahibisən» fikrinə ailədə mənfi
münasibət bəsləyirdilər».
Daha bir vacib sövqedici məqam — Rokfellerlər ailəsinin gəlir
mənbəyinin cinayət əməllərinə əsaslanması haqqında fərziyyəni inkar
etməkdən ibarət idi. ABŞ-da Devid Rokfellerin xatirələri 1902-ci
ildə «Makklürs» jurnalının İda Tarbelin Con Rokfellerin neft
monopoliyası haqqında məqalələr seriyasının dərc olunmasından 100
il sonra işıq üzü görmüşdür. Bunun təsadüf olub-olmadığını söyləyə
bilmərik. 2 il sonra, bu məlumatlar, «Standart-oylun tarixi»
kitabına daxil edilmiş, 7 ildən sonra isə ABŞ-ın Ali Məhkəməsi
Rokfeller kimi neft nəhənginin məcburi parçalanması haqqında tarixi
əksinhisarçı qərar qəbul etmişdi.
Devid Rokfellerin kitabı «Baba» fəsli ilə başlanır. Bu fəsil Con
Devison Rokfeller imperiyasının banisi və onun çiçəklənmə dövründə
milli neft sənayesinin 90 faizinə nəzarət edərək, qalan 10 faizini
almağa cəhd göstərən «Standart-oyl» şirkətindən bəhs edir.
«Şirkət babamı zəngin, Amerikanın ən varlı şəxsiyyəti etdi.
insanlar ona qibtə etməyə başladılar. Bulvar qəzetləri
«Standart-oyl» şirkətinin işgüzar görüşlərinə hücum edərək, onu
rəqibləri kənarlaşdırmaq və neft sənayesində monopoliyasını
möhkəmləndirmək məqsədilə qətl hadisələrini də daxil etməklə,
cinayət əməllərində günahlandırırdı». Viskonsin ştatının
nüfuzlu qubernatoru Robert La Follet babamı «Əsrinin dahi
cinayətkarı» adlandırırdı. ABŞ-ın prezidenti Teddi Ruzvelt onu
hədəfə çevirərək, sənaye monopoliyalarını qayda-qanuna riayət
etməyə cağırırdı. İda Tarbell babam haqqında xəsis və acgöz
«quldur-baron» təəssüratı yaratmaq məqsədilə əlindən gələni
əsirgəmir, məqalələr seriyası dərc etdirirdi. Babam və onun
tərəfdaşları sərt rəqib olsalar da, о dövrün adi işgüzar
təcrübəsinin çərçivələrindən kənara çıxmırdılar. Bu, bu günümüzdən
çox fərqli olan başqa aləm idi. «Standart oyl» şirkəti
iqtisadiyyatın ön cərgələrində fəaliyyət göstərirdi: bu yeni, kəşf
olunmamış ərazi olub, bəzi meyarlar baxımından sözsüz ki, vəhşi
Qərbi xatırladırdı».
Sülalənin banisinin əsasını qoyduğu digər ənənə isə, dərin kök
salmağa müyəssər oldu. «Babam dini prinsipə riayət edərək,
gəlirinin 1/10 hissəsini kilsəyə və digər xeyirxah əməllərə sərf
edirdi. О, ianə verməyi müdrikliklə vicdan borcu hesab edirdi.
«Pulları sərf edərkən ziyan vurmaq asandır» — deyə о yazırdı.
«Yekun nəticədə böyük-Con Rokfeller baptist-rahibə bütün
filantropçu layihələri idarə etməyi həvalə edərək, bu layihələrə
«sərvətinin yarısından çoxunu sərf etdi: sərvətin qalan hissəsi
atama çatdı. О da öz növbəsində bütün həyatı boyu ömrünü və
sərvətini babamın xeyriyyəçi idarələrinin təminatına, yəni babamın
fəaliyyətinin davam etdirilməsinə və genişləndirilməsinə sərf
etdi».
Con Rokfelleri Endrü Karnegi ilə yanaşı müasir filantropiyanın
banisi hesab edirlər. Endrü Karnegiyə görə sərvəti paylamaq üçün
yığmaq lazımdır. Bu, onun sözləridir «dünyadan zəngin köçən insan
rüsvay olmuş şəkildə son mənzilə qədəm qoyur». Rokfellerlər,
Karnegidən fərqli olaraq, bütün sərvətlərini paylamasalar da,
sərvətlərinin 1/10 hissəsi ilə də kifayətlənmirdilər. «Babam
ilə atamın xidmətlərinə sosial əlamətlərin müalicə olunması ilə
onları aşkar edən səbəblərin aradan qaldırılmasına yönəlmiş
xeyriyyəçilik fəaliyyəti şamil olunur. Babamın ilk iri miqyaslı
fılantropik layihəsi 1890-cı ildə Çikaqo universitetinin
yaradılmasıdır».
«Babamın xeyriyyəçilik fəaliyyəti ilə əlaqədar olaraq ittihamlar
meydana çıxmağa başladı. Babamın xeyriyyəçilik fəaliyyətini uzun
illər cinayət yolu ilə topladığı pullara görə zəifləmiş nüfuzunun
yenidən möhkəmləndirilməsinə yönəlmiş ciddi-cəhd kimi
qiymətləndirirdilər. Babam bu cür ittihama qarşı maraq göstərməsə
də, tibb sahəsində sərbəst elmi tədqiqatlar üçün Paster və Kox kimi
Avropa institutlarının nümunələrinə əsasən yaradılmış «Rokfeller
universitetinin» adı ilə Çikaqo universitetinin hallanmasına yol
vermədi.
1913-cü ildə yaradılmış Rokfeller fondu ailəvi soyadını itirmədi.
Onun vəzifələrinə san qızdırma, malyariya, vərəm və digər infeksiya
xəstəlikləri ilə mübarizə daxil idi. Fond sonralar qarğıdalının,
arpa və düyünün hibridli çeşidlərinin yaradılmasında lider olaraq
«yaşıl inqilabın» əsasını qoydu. Devid Rokfeller «yaşıl inqilab»
haqqında bu cür yazırdı: «О dünya ictimai tərəqqisinə böyük
töhfə verdi». Kiçik Con Rokfeller böyük Con Rokfeller kimi
xeyriyyəçilik fəaliyyətinə milyard dollar məbləğində vəsait qoydu.
Bu müasir pullarla 15 milyard təşkil edir.
«İda Tarbel və onun ideya davamçıları babamı xəsisliyin və xudbin
fərdiyyətçiliyin təcəssümü kimi təsvir edirdilər. Babam parlaq
fərdiyyətçi olsa da, bu anlayışı başqa cür dəyərləndirməklə,
fərdiyyətçilik ideyasını inkar edir, onu, istədiyinə sərbəst
şəkildə nail olmaq, cəmiyyətə onu qidalandıran və dəstəkləyən
dəyərli bir şeyi qaytarmaq kimi müəyyən edirdi. Mən bunun filantrop
fəaliyyətin həm mənbəyi, həm də məqsədi olmasına inanıram» — deyə
müəllif xatirələrində qeyd edirdi.
О, babasının sevimlisi olduğunu böyük sevinclə xatırlayır. O, Con
D.Rokfellerin işgüzarlığına və xeyriyyəçilik fəaliyyətinə varis
olmuş yeganə nəvəsi oldu.
Devid ailədə ən kiçik uşaq idi (ondan əvvəl bacısı və 4 qardaşı
dünyaya gəlmişdi). «Mən 1915-ci il iyun ayının 12-si
valideynlərimin 54-cü Vest-strit ünvanında yerləşən evində dünyaya
gəlmişəm. Bu Vanderbilt və Beşinci avenyu kimi ən məşhur küçələr
boyu inşa olunan qülləli, naxışlı divarlara, geniş otaqlara malik
qəsr olmasa da, doqquz mərtəbəli, damında oyun üçün nəzərdə
tutulmuş meydançaya malik olan Nyu-Yorkun ən böyük yaşayış binası
idi. «Onu adi yaşayış binasından müasir incəsənət muzeyinin əsasını
təşkil edən, Nyu-Yorkda «Kloysters» orta əsrlərin incəsənət
muzeyini, Rod-Aylend ştatının dizayn məktəbini bəzəmiş
valideynlərinin dəyərli kolleksiyaları fərqləndirirdi. «XV əsrin
əvvəllərinə məxsus və təkbuynuz atın təsvirləri ilə bəzədilmiş
fransız qobelenləri mənim çox xoşuma gəlirdi. Men çox zaman
qonaqlan onların asıldığı otağa apararaq, rəsm əsərlərində həkk
olunmuş təsvirlərin tarixindən bəhs edirdim».
Bu qobelenlər hal-hazırda «Kloysters» muzeyini bəzəyirlər.
Rokfellerin bu sənət əsərləri ilə vidalaşmalarına heyrət etməmək
qeyri-mümkündür. Doğrudur, onların fərdi kolleksiyasına bir çox
muzeylər qibtə edə bilərlər. Hətta bir dəfə xatirələr kitabının
işıq üzü görməsi ilə əlaqədar olaraq Devid Rokfellerin şəxsən
iştirak etdiyi mətbuat konfranslarının birində müəllifdən:
«Sizin daha çox xoşladığınız sənət əsəri hansıdır?»
soruşduqda o, belə cavab vermişdir: «Mənim kolleksiyamda, yoxsa
siz, ümumiyyətlə nəzərdə tutursunuz?». Bu cavab heç də
təsadüfi deyildir.
Devidin əsasını qoyduğu Linkoln məktəblərinin birində zəngin
biznesmenlər ilə orta təbəqənin nümayəndələrinin uşaqlan təhsil
alırdüar. Məktəb Harlemin yaxınlığında yerləşirdi. Uşaqların
tərbiyəsində dollar da az rol oynamırdı. Buna bir misal: «Atam
spirtli içkilər ilə tütünün qəbulunu tənqid edərək, bizim hər
birimizə 21 yaşına kimi bu çirkin vərdişlərdən imtina etməyimizə
görə 2500 dollar verəcəyini vəd etdi. Biz 25 yaşına kimi bu
xoşagəlməz vərdişə aludə olmadığımız təqdirdə əlavə olaraq 2500
dollar da alacaqdıq. Bu böyük məbləğ idi». Bu məbləğ hər bir
qardaşın illik büdcəsindən çox idi.
Xeyriyyəçilik ənənəsi də, dolların köməyi ilə, uşaqlıq yaşlarından
tərbiyə vasitəsi kimi aşılanırdı: «Babam ilə atam onların ənənəsinə
sadiq çıxacağımıza ümid edərək, cib xərcliyimizin 10 faizini
kilsəyə və digər xeyriyyəçilik məqsədlərinə sərf etməyə
çağırırdılar». Uşaqlardan ən böyüyü Ebbi bacı əldə etdiyi pullardan
ayrılmaq istəmirdi. «Yekun nəticədə o, maliyyə baxımından
ziyana uğradı. Belə ki, atam beş oğlundan fərqli olaraq ona daha az
cib xərcliyi verməyə başladı».
Devid 17 yaşında Harvard universitetinə daxil oldu. 4 illik
təhsili ərzində cəmi bir dəfə entomologiya kursundan «əla» qiymət
aldığını etiraf etmişdi: böcəkləri kolleksiya etmək marağı onda
uşaqlıq yaşlarından mövcud idi. O, həyatı haqqında səmimiyyətlə
söhbət açaraq keçmişini heç bir zaman bəzəmirdi. Lakin bu zaman о
digər insanları və onların ləyaqətinə ziyan vura bilən hadisələri
xatırlamaqdan imtina edirdi. Məsələn, о Nyu-York ştatının keçmiş
qubernatoru və ABŞ-ın keçmiş vitse-prezidenti — qardaşı Nelsonun
qalmaqal doğuran vəfatını xatırlayaraq, bunun qəzetlər tərəfindən
canlandırıldığı «qəmli əhvalat» olduğunu yazırdı.
Bu, 1979-cu ilin ən böyük qalmaqallarından biri idi. «Monika
Levinskinin işi»nə baxdması zamanı da onu yenidən xatırlamışdılar.
Nelson Rokfelleri məşuqəsi üçün ailəsindən gizlin şəkildə aldığı
evdə cinsi əlaqədə olduğu zaman ürəyindən infarkt vurmuşdu. Onun
məşuqəsi Meqan Marşak «təcili yardıma» zəng etməkdən qorxduğu üçün
rəfiqəsini çağırıb müəyyən hərəkəti icra etməzdən əvvəl uzun-uzadı
məsləhətləşmişdilər. Qiymətli vaxtın itirilməsi nəticəsində sabiq
vitse-prezident hospitala çatmayaraq, yolda keçinmişdi. Təcili
yardımın vaxtında yetişməsi onun həyatını xilas etməyə kömək
edərdi.
Devid Rokfeller xoşagəlməz təəssüratlar yaradan bu qisim hadisələr
haqqında bir çox maraqlı məqamları açıqlaya bilməsinə baxmayaraq,
onlara müraciət etmək istəmir. İngilis dilində belə bir ifadə
vardn: «Xalqın gözü qarşısında çirkli camaşırı
təmizləmək». Amerika qəzetlərindən biri, xatirələr kitabının
dərc olunması ilə əlaqədar, bu kitabın müəllifinin «təmizlənmiş
dəyişəyi nümayiş etdirdiyini» vurğulamışdır.
Gəlin Rokfellerin xatirələrinə yenidən müraciət edək. O, 19 yaşında
«təqribən 60 milyonluq mirasa» sahib oldu: o, mirasa qoyulmuş
vergidən yayınmaq üçün həyat yoldaşı və övladlarının hər biri üçün
etibarlı fondlar təsis etdi. Bu fondlar «ataya sərvətinin böyük bir
hissəsini üç nəslə ötürməyə icazə verirdi. Bu fondlarda hal-hazırda
ailəmizin sərvətinin böyük bir hissəsi qorunub saxlanılır».
Lakin Devid bu milyonlardan istifadə edə bilmədi. İlk əvvəl fonda
köçürülmüş vəsait il ərzində 2400 dollar təşkil edirdi. «Bəzən mən
nağd vəsaitin kifayət etmədiyini aşkar etdiyim üçün atamdan avans
istəməyə məcbur idim. O, mənim xahişimi müdriklik ilə təcrübənin
mübadiləsinin bəhanəsi kimi nəzərdən keçirirdi». Yəni o, göndərdiyi
pulları nəsihətlər ilə müşayiət edirdi.
Devid Harvard universitetindən sonra London iqtisadi məktəbinin
aspiranturasında da təhsil aldı. Onun təhsilinin ilk ilində bu
məktəbdə belə bir maraqlı hadisə baş verdi: «Bir dəfə Rendolf
Çörçill, yəni о zamanlar «İvninq standart» qəzeti üçün məqalələr
yazan prezident Uinston Çörçillin oğlu İngiltərədə təhsil almağa
gəlmiş Rokfellerdən müsahibə almağa gəldi. Növbəti gün qəzetdə dərc
olunmuş məqalədə Rokfellerin Londona ingilis gözəli tapmaq üçün
gəldiyi barədə həqiqətdən uzaq fikir əksini tapdı. Bu məqalə
Britaniya imperiyasının bütün kütləvi informasiya vasitələrində
dərc olundu. «Mən bir neçə həftə ərzində evlənmək təklifləri almağa
başladım. Məktublar fotoşəkillər ilə birlikdə mənim ünvanıma daxil
olurdu. Bu fotoşəkillərin arasında hətta Nigeriyadan göndərilmiş
şəkillər də var idi».
Rokfeller aspiranturanı Çikaqo universitetində bitirdi. Arzumu
reallaşdırmaqda babamın köməyi seçimimdə ikinci dərəcəli rol
oynadı. O, yəni Çikaqo universiteti «İqtisadiyyat sahəsində dünyada
ən sanballı professor-müəllim heyətinə malik idi». Devid doktorluq
dissertasiyasını müdafiə etmiş yeganə qardaş oldu. Bu müdafiə
1940-cı ildə baş verdi. «İstifadə olunmamış resurslar və iqtisadi
itkilər mövzusunda müdafiə olunan dissertasiyada, o, biznesin
yalnız «gəlir ilə şəxsi özünüifadəni» deyil, «ümumilikdə cəmiyyətin
ehtiyacları ilə ümdə tapşırıqlarının» məqsəd kimi qarşıya qoyulduğu
hallarda «məna və dəyər» kəsb etməsi mülahizəsini müdafiə
edirdi.
О, 1940-cı ildə Nyu-Yorkun meri Fiorello La Qardianın katibi
olmaqla, əmək fəaliyyətinə başladı. Onun illik gəliri 1 dollar…
təşkil edirdi. Rokfeller Fiorello La Qardianı «Rudi Culianiyə
qədər Nyu-Yorkun ən vicdanlı və mötəbər meri» hesab edirdi. Hər iki
mer ABŞ-ın on iri şəhərlərindən birində korrupsiya və cinayətkarlıq
ilə mübarizədə böyük müvəffəqiyyətlər əldə etmişdilər.
Maqnatın ən məqbul qərarı
Rokfeller 1940-cı ildə Peqqi MakQrata ilə evləndi. Onun atası
Uoll-stritdə yerləşən məşhur hüquq şirkətinin tərəfdaşı idi. «Mən
nişan üzüyü almaq üçün bütün əmanətimi hesabdan çıxarmalı oldum.
Bu, təxminən 400000 dollar təşkil edirdi -deyə Devid xatırlayır —
Peqqiyə evlənmək təklifi mənim bütün həyatım boyu qəbul etdiyim
qərarlardan ən yaxşısı idi. Biz birlikdə 55 il ömür sürdük». Həyat
yoldaşına və Devid Rokfellerin anasının xatirəsinə memuarlar ithaf
edilmişdir.
Müharibə başlandıqdan sonra «mənim orduya təcili surətdə yazılmaq
zərurətinə dair şübhələrim var idi». Peqqi ilk övladımız olan
kiçik-Devidi dünyaya gətirmişdi. Mən özümü hərbi istehsalat ilə
məşğul olduğuma görə, bunun məni orduya həqiqi xidmətdən azad
etdiyinə inandırmağa çalışırdım». Bu «anam ilə həyəcanlı söhbətə
kimi belə idi. Lakin bir gün axşam anam müharibədən söhbət açdı. O,
pasifist, yəni sülhsevər olduğundan, Perl-Harbor vuruşuna kimi
Birləşmiş Ştatların mütləq neytral qalmağa borclu olduğunu
düşünürdü. O, 1930-cu illərin sonunda Hitler və onun
müttəfıqlərinin Birləşmiş Ştatlar ilə hətta Qərb sivilizasiyasının
əsas dəyərləri üçün ciddi təhlükə yaratdığını güman etsə də,
sülhsevər mövqeyindən geri çəkilmirdi».
«Bizim söhbətimizin anama pis təsir etdiyi şübhəsizdir. O, sakit,
lakin sərt şəkildə Birləşmiş Ştatların həyat tərzimizi müdafiə
etmək üçün vuruşacağına və hərbi xidmət üçün yararlı olan bütün
kişilərin orduya könüllü surətdə yazılmağa vətəndaşlıq borclarını
yerinə yetirəcəklərinə dair nöqteyi-nəzərini ifadə etdi. Kişilər
çağırış gözləməməlidirlər. Bu, onların borcudur. Anamın müharibəyə
dair fikrini qəflətən dəyişməsi və mənə «vuruşmaq, lazım gəldikdə
isə döyüşdə qəhrəmanlıqla ölmək vaxtıdır» deməsi məni həqiqətən də
sarsıtdı. Anamın haqlı olduğunu və xülyalar ilə yaşadığımı anladım.
Bu məsələni Peqqi ilə müzakirə etdim və о razılaşdı. Mən 1942-ci
ilin mart ayında orduya sıravi əsgər kimi yazıldım. Atam mənə zabit
rütbəsinin verilməsi üçün nüfuzundan bütünlüklə istifadə edə bilsə
də, mən ona hərbi xidmətimə müdaxilə etməyə imkan vermədim».
Bir il sonra, о, əsaslı hazırlıq kursu keçib, zabitliyə namizəd
məktəbini bitirdi: mühəndis qoşunlarının leytenantı olmaqla,
nəhayət ki, zabit rütbəsini aldı. Lakin o, mühəndis deyil, məhz
hərbi kəşfiyyatçı olub, müharibənin sonuna qədər Afrikada, daha
sonra isə Fransada xidmət edərək, hərbi əməliyyatlarda bilavasitə
iştirak etmədi. «Mən müharibə illərinə dəyərli təlim və hazırlıq
dövrü kimi baxıram. Bu dövr mənim həyatım boyu məşğul olduğum
fəaliyyət sahəsi üçün sınaq meydanı olmuşdu».
Rokfeller müharibədən sonra Nyu-Yorka qayıtdı. Burada kiçik qardaşı
Uintrop Oldric onu 1930-cu ildən etibarən prezidenti olduğu «Çeyz
benk» şirkətində işləməyə razı saldı.
Mən uzun illər məvacib aldığım «Çeyz Manhetten» bankının Rokfellerə
deyil, «Sitibank»a məxsus olduğunu yalnız xatirələrdən öyrəndim.
Bankda açılmış hesabım, ilk əvvəl Nyu-Yorkda olub, daha sonra isə
Vaşinqtona köçürülmüşdür. Xatirələrdə deyilir: «Çeyz»i Rokfellerlər
ailəsinin şəxsi bankı adlandıraraq, ailəmizin bu bankın sahibi
olduğunu və ona nəzarət etdiyini güman edirdilər. Bu fərziyyələrdən
heç biri həqiqətə uyğun deyildi. Ailəmiz uzun illər ərzində «Çeyz»
bankı ilə six əlaqədə olsa da, bu cür düşünməyə heç bir əsas yox
idi. Əslində isə «Neşnl siti benk» (hal-hazırda — «Sitiqrup»)
Rokfellerlərin bankı hesab oluna bilərdi. Mənim «Çeyz»in prezidenti
olduğum 1960-cı ildə Stillman Rokfeller «Ferst neşnl siti benk»in
idarə heyətinin sədri idi (о, Rokfellerlərin digər qolunun
nümayəndəsi idi). Bizim ürəkdən dost olmağımıza baxmayaraq, sərt və
fəal rəqiblər idik.
«1957-ci ildə vitse-sədr vəzifəsinə təyin olunduğum günə kimi
«Çeyz» bankında işlədiyim ilk 20 il ərzində işə yeraltı qatar ilə
yollanırdım. Mən digər sərnişinlər kimi ayaq üstə duraraq uzun yol
boyu qəzet oxuyaraq, bir əlim ilə qatarın dəmirindən yapışıb,
çantanı ayaqlarım arasında sıxaraq yol gedirdim»- deyə Rokfeller
xatırlayır. Maraqlıdır, banklarda fəaliyyət göstərən iri
məmurlardan və dövlət məmurlarından çoxları ictimai nəqliyyatdan
istifadə edirlərmi?
Xruşşov ilə söhbət
Rokfellerin bank işində qazandığı şəxsi qələbələrdən biri də, onun
hesab etdiyi kimi, Moskvada «Çeyz Manhetten»in şöbələrindən birinin
açılışı idi. «Mənim 1964-cü ildə Xruşşov ilə söhbətim, Birləşmiş
Ştatların Sovet İttifaqı ilə kommersiya və maliyyə əlaqələrini
genişləndirməsi kimi arzumu həyata keçirməyə inandırdı. Mən bu
prosesin reallaşmasında və «Çeyz»in bu prosesdə rol oynamasında
maraqlı idim. 1971-ci ildə milyardlarla pul məbləğinə olan
Amerikanın aparıcı maliyyəçi-bankları kimi çıxış etdiyimiz zaman
böyük irəliləyiş baş verdi. Növbəti ildə Moskvada Amerika
nümayəndəliyinin açılması haqqında sovet hakimiyyət dairələri ilə
danışıqlar aparmağa başladıq. «Çeyz» 1972-ci ilin noyabr ayında
lisenziya almış ilk Amerika bankı oldu».
«Ofis Karl Marks meydanında 1 №-li binada yerləşirdi. «Biznesin»
rəsmi açılışı 1973-cü ilin mayında baş verdi. Bizim fəaliyyətimiz
Moskvada kəskin şəkildə müəyyən qayda-qanuna tabe edildiyindən, mən
bu sözü mötərizəyə aldım. Men ilk növbədə sefır Anatoli Dobrıninə
Ceyms Billinqtonun şöbənin rəisi təyin olunmasını təklif etdim.
Ceyms Rusiya üzrə mütəxəssis olub, rus dilində sərbəst damşırdı.
Dobrınin nəzakətlə mənə rus dilində danışan mütəxəssisə ehtiyac
olmadığını, rasların gözəl tərcüməçiləri olduğunu söylədi. Bir
qədər sonra Dobrınin zarafatla mənə tərcüməçilərə qarşı az tələbkar
olmağımız barədə eyham vurdu. Ən nəhayət, о gün ərzində nəinki
«Çeyz» üçün işləməyin vacib olduğunu, eləcə də gecələr də işləyərək
Daxili İşlər Nazirliyində rəhbərlik üçün hesabatın tərtib olunması
ilə məşğul olmağın zəruri olduğunu da vurğuladı». Moskvada növbəti
nümayəndəliyi «Sitibenk» açdı.
«Mən 70 il ərzində Moskvaya, demək olar ki, hər il gedirdim: bu ya
Dartmut görüşləri, ya da bank işləri ilə əlaqədar idi. О zamanlar
mənim hakimiyyət ilə əlaqələrimi həyata keçirən şəxs Aleksey
Kosıgin idi. O, dövlət çevrilişində iştirak etmiş və bunun
nəticəsində 1964-cü ildə Nikita Xruşşov tutduğu vəzifədən
kənarlaşdırılmışdı. Bizim görüşümüzün ərəfəsində, Xruşşov Kremldə
Leonid Brejnevin hakimiyyət uğrunda mübarizəsi zamanı məğlubiyyətə
uğrayaraq baş nazirin tabeliyində olan vəzifəyə — sovet
iqtisadiyyatının baş əməliyyat müdiri vəzifəsinə təyin olunmuşdu. О
zamanlar mənim Xruşşov ilə söhbətim bizim ideologiyanın nisbi
məziyyətləri barədə olduğu halda, Kosıgin ilə söhbətlər praqmatik
xarakter daşıyıb, işgüzar məsələlərə yönəlmişdi».
Rokfeller Mixail Qorbaçov ilə də görüşmüşdü. «Qorbaçovun
amerikalılar tərəfindən təriflənməsi zamanı onun mərkəzləşdirilmiş
kommunist iqtisadiyyatının ayrılmaz xassələri ilə əlaqədar olması
faktı dəryada qərq oldu. О hələ də Sovetlərin qarşılaşdığı daxili
ziddiyyətlərin həqiqi həllini tapmadı. Nəhayət ki, vacib siyasi
islahatların keçirilməsinə baxmayaraq, Qorbaçov iqtisadi
qayda-qanunu canlandırmaq ümidi ilə uğursuzluğa uğradı. О dördillik
dövr ərzində hakimiyyəti itirdi. Onunla birlikdə XX əsrin böyük bir
hissəsi ərzində ölkənin totalitar sistemini qoruyub saxlayan
marksist ideologiyasının son qayda-qanunları da süquta uğradı».
İTAR-TASS agentliyinin mətbuat konfransında Devid Rokfeller ABŞ ilə
Rusiyanın «ikitərəfli münasibətlərinin» möhkəmlənməsinə dair inammı
ifadə etdi. Həm siyasət, həm də iqtisadiyyat sahəsində sıx
əməkdaşlıq üçün hər cür əsas vardır. Maraqlı layihələr meydana
çıxdıqda, mən onların həyata keçirilməsində iştirak etməyə
hazıram.
«Nadir müəllif özü haqqında açıq və qərəzsiz ola bilər. Devid
Rokfeller buna çox asanlıqla müvəffəq olmuşdur». Bu sözlər Henri
Kissincerə məxsusdur. O, bu ibarələri xatirələr kitabı haqqında
söyləmişdir. Nelson Mandella bu kitabı «Gözəl xatirələr»
adlandırmışdır. BMT-nin Baş katibi Koffı Annanın fikrincə, Devid
Rokfeller «Dövrümüz haqqında unikal və dəyərli hekayə ilə çıxış
edir». Xatirələrin tərcümə olunmuş variantımn yaxşı təəssürat
bağışlaması şübhəsizdir. (kayzen.az)
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq