İsa peyğəmbərin SİRRİNİ bilən, Azərbaycanı canı kimi sevən “DƏRİN DÖVLƏT”İN ADAMI - - FOTOLAR
Bizi izləyin

Tarix

İsa peyğəmbərin SİRRİNİ bilən, Azərbaycanı canı kimi sevən “DƏRİN DÖVLƏT”İN ADAMI - - FOTOLAR

Onun ölümündə FETÖ terror təşkilatının əli olduğu haqda informasiyalar var.

Bu gün Türkiyə Böyük Birlik Partiyasının qurucusu, keçmiş millət vəkili Muhsin Yazıcıoğlunun ölümündən 8 il ötür.

Publika.az
xəbər verir ki, M.Yazıcıoğlu 2009-cu ilin 25 mart tarixində helikopter qəzasında dünyasını dəyişib.

Türkiyə dərin dövlətinə bağlı olduğu deyilən Yazıcıoğlunun ölümündə FETÖ terror təşkilatının əli olduğu haqda informasiyalar var.

Türkiyə dərin dövlətinin adamı, məşhur mafiya lideri Abdulla Çatlı ilə yaxın münasibəti olan Yazıcıoğlunun öldürülməsinin əsas səbəbi isə Vatikanın iki min il ərzində gizli saxladığı “Barbanas İncili” ilə bağlı olduğu iddia olunur.

Məlumata görə, qəza zamanı həlak olan M.Yazıçıoğlunun “Blackberry” markalı telefonunda “Barnabas İncili”nin fotoları olub. Yazıcıoğlu bu İncillə bağlı film çəkdirmək istəyirmiş. FETÖ mənsubları həmin telefonun yaddaş kartını oğurlayıblar.

“Barnabas İncili” İsa peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də Türkiyədədir.

Bu İncildə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində, İsa peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir. Çünki bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür. Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər hücumlarla qarşılaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyəli aktyor və rejissor Ahmet Yenilmez isə öldürülməsindən 15 gün öncə Yazıcıoğlunun ona telefonunda “Barnabas İncili”nin fotolarını göstərdiyini açıqlayıb.

“Gecə saat 03:30-da mənə zəng etdi. Evinin yanındakı kafedə görüşdük. Dörd nəfər də var idi. Məndən bir film çəkməyimi istədi. Qarşıma Aydoğan Vatandaşın (FETÖ-nün əsas adamlarından biri – red.) kitabını qoydu və “buna ssenari yaz” dedi. Cib telefonunda mənə “Barnabas İncili”nin fotolarını göstərib dedi ki, “bunu görən hər kəs ölür, bilirsənmi?”. Yanındakı bir nəfər də “başqanım, siz görmüsünüzmü?” deyə soruşdu. Yazıcıoğlu da “hazırda görürük” cavabını verdi. 15 gün sonra onun ölüm xəbəri gəldi”, - deyə o bildirib.

Onun sözlərinə görə, Abdullah Çatlı, professor Mahmud Esad Coşan və Muhsin Yazıcıoğlu eyni səbəbə görə öldürülüb: “Abdullah Çatlı da “Barnabas İncili”ni tapmaq istəyirdi. Onun öldüyü qəzadan 20 dəqiqə öncə Yazıcıoğluna zəng edərək, “təcili görüşməyimiz lazımdır” deyib. 20 dəqiqə sonra qəzada öldü, çantası da yoxa çıxdı”.

A.Yenilmez qeyd edib ki, “Barnabas İncili”ndə Məhəmməd Peyğəmbərin gələcəyi haqda danışılır: “Orada həmçinin, Qurban kəsmək və İsmayıl Peyğəmbər haqqında da sözlər var. Vatikan bu İncilin ortaya çıxmasını istəmir. Çünki bu İncil müsəlmanlarla xristianları yaxınlaşdırır”.

Qeyd edək ki, M.Yazıcıoğlunun Azərbaycana xüsusi sevgisi olub. O, Türkiyədə bütün siyasi fəaliyyəti boyu Azərbaycanın maraqlarını müdafiə edib. Hətta Hrant Dinkin ölümündən sonra “hamımız erməniyik” deyənlərə tarixə keçən cavabı da məşhurdur: “Hamınız ermənisinizsə, o zaman, Azərbaycandakı soyqırımın hesabını verin”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm