Hitler rus kəşfiyyatını necə aldatdı? – Stalini özündən çıxaran OYUN
Bizi izləyin

Tarix

Hitler rus kəşfiyyatını necə aldatdı? – Stalini özündən çıxaran OYUN

Stalin uzun müddət II Dünya müharibəsinin başlanması haqda kəşfiyyatçıların məlumatlarına inanmırdı.

Publika.az xəbər verir ki, SSRİ liderinin kəşfiyyat məlumatlarına inanmamasının maraqlı səbəbləri olub.

Belə ki, Hitler hücum haqda əmr verir və bir gün sonra həmin əmri ləğv edirdi. Tarixçilər yazır ki, Hitler Qərb cəbhəsində hücum haqda 27 dəfə əmr verdi və bu əmrlərin 26-sını ləğv etmişdi. Beləliklə, o, SSRİ-yə yalan məlumatların ötürülməsini təmin edirdi.

Almaniyanı təbliğat naziri Yozef Göbbels 1941-ci il mayın 25-də öz gündəliyində yazırdı: “Rusiyaya gəlincə, biz yalan məlumatların möhtəşəm axınını təmin etməyi bacardıq. Onlar harada yalan, harada həqiqət olduğunu müəyyən edə bilmirlər. Bu, bizə lazım olan atmosferdir”.

1941-ci ilin 14 iyununda Göbbels gündəliyində yazırdı ki, “ingilis radiosunun bizim Rusiyaya hücumumuz haqda məlumatı yalan çıxdı”.
İyunun 15-də isə o qeyd edirdi ki, “Bizim oyunumuz tamamilə uğur qazandı”.

SSRİ kəşfiyyatçıları yalan məlumatları ciddi qəbul edirdi, lakin göstərilən tarixdən günlər, aylar keçir, heç nə baş vermirdi. Buna görə də Stalində kəşfiyyat məlumatlarına etibarsızlıq yaranmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm