Zamanın geriyə axdığı MƏKAN – FOTOLAR
Bizi izləyin

Tarix

Zamanın geriyə axdığı MƏKAN – FOTOLAR

1961-ci ilin bu günündə insan ilk dəfə kosmosa uçdu və orada 1 saat 48 dəqiqə qalaraq yeni eranın tarixini yazdı. Bəşər tarixində ilkə imza atmış insan bu addımla dönəmin ən məşhur şəxsinə çevrilmiş Yuri Qaqarin oldu. Nikita Xruşşov demiş: “Qaqarin kosmosda Allahı görmədi”.

Amma onun möcüzlərini görməmiş olmazdı. Vaxtilə bir anda dünya şöhrətini qazanmış bu insan bəzən özü də düşdüyü vəziyyətlərdən çaşırdı. Adi əyalət adamı birdən-birə prezidentlər, liderlər, məşhur aktyorların əhatəsində idi. Deyilənə görə, o, Amerikada olarkən mehmanxana nömrəsinə məşhur italyan aktrisası, gözəl Cina Lollobricida pəncərədən dırmaşmışdı. Çünki KQB agentləri əsas giriş-çıxışı bağlamışdılar. Təəssüf ki, Qaqarin bəşəriyyətin yaddaşında həmişəlik cavan qaldı. Necə deyərlər: “Qəhrəmanlar cavan ölürlər”.

Qaqarinin kosmosa uçuşundan sonra onun doğma şəhəri olan Qjatskda muzeyi yaradılır. Kosmonavtın ölümündən bir ay sonra isə şəhərə onun adı verilir. Qaqarin muzeyinə girəndə insan surrealist anlar yaşayır – zaman sanki geriyə axır.

Publika.az həmin muzeydən fotoları təqdim edir:

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm