Məmurun SEKS KABİNETİ: iş masasında azyaşlı qızlarla intim oyunu və... - - FOTOLAR
Bizi izləyin

Tarix

Məmurun SEKS KABİNETİ: iş masasında azyaşlı qızlarla intim oyunu və... - - FOTOLAR

Kabinetə bakirə girib, qadın çıxanları uğurlu həyat gözləyirdi...

SSRİ-nin qapalı pərdələrinin arxasında nələrin gizləndiyini müasir tarixçilər, sonuncu şahidlər bu gün ortaya çıxararkən, insanı dəhşətə gətirən çox faktların üstü açılır. O faktlar ki, nəinki Sovetlərə nifrət edən, hətta keçmiş rejimin hələ də yasını tutan, onu tərənnüm edən insanları belə heyrətə gətirir. Xüsusilə də illərlə “SSRİ-də seks yoxdur” şüarının “at oynatdığı” rejim rəhbərlərinin intim həyatları ürək bulandırır. Bəlkə də bir gecədə padşah olan Misir dilənçisi kimi bir inqilabla böyük dövlətin rəhbəri postuna keçən kişilərin yolunu azması anlaşılan ola bilər. Amerika fantastı Rey Bredberi deyirdi ki, hər insanın içində çirkin xəyalları olur, amma bu gizlin ehtirası həyata keçirməyə ya vicdan, ya qorxu, ya da fürsət imkan vermir. Amma vicdan və qorxu hissini itirmiş insanın əlinə fürsət düşərsə...

Publika.az bu “tablo”ya uyğun olan köhnə diktaturanın rəhbərlərindən birinin - SSRİ Ali Soveti Prezidiumunun və Mərkəzi İcra Komitəsinin rəhbəri Mixail Kalininin qandonduran ehtirasından bəhs edəcək.

Təsəvvür edin, İosif Stalin kimi diktator belə bu adamın qadın marağından iyrənib onu kobud şəkildə qoca “kazyol” adlandırırdı. Amma “xalqlar atası” elə söyməklə də kifayətlənirdi, onun hərəkətlərinə barmaqarası baxırdı. Çünki Kalinin onun ən sadiq kölələrindən idi.

Kalinin əksər seksual manyaklar kimi hər yaşdan, kateqoriyadan - teatrdan, qonşulardan, öz evinin qulluqçularından, dostlarının arvadlarından, yeniyetmə qızlardan tam bir “buket” hazırlayırdı. Onun sevgi macəraları o qədər ard-arda düzülürdü ki, hətta dostları, silahdaşları qadınların kimliyini, sayını unudurdular. Ümumittifaq manyakının əməllərinə göz yuma bilməyənləri isə o, müxtəlif bəhanələrlə güllə qabağına düzdürürdü. Buna baxmayaraq, sadə insanlar və ziyalılar arasında anonim, bəzən açıq-aşkar etiraz edənlər azalmırdı. Hətta “Известия” qəzetində Kalininin eşq macəraları haqqında felyeton da çıxmışdı.

Qadınlar arasında fərq qoymasa da, əsasən balerinalara üstünlük verirdi. Amma o da var ki, balerinalara olan həvəsi sayəsində Böyük Teatrın nüfuzu artmağa başlamışdı. Ona qədər sadə insanlar balet nədir, bilməzdi. Elə teatr özü də baxımsız vəziyyətdə idi. Kalinin “Böyük teatr”ı təmir etdirib, yeni baletlərin nümayişi üçün ən yaxşı bəstəkarları cəlb etdi. Balerinaları isə şəxsən özü seçirdi. Şahidlər deyirdi ki, 14-15 yaşlı qızlar onun otağına sevinclə girib, ağlayaraq çıxırdılar. Çünki məhz Kalinin kimi nəhəng bir xadim bu qızcığazları şəxsən qəbul edəcəkdi deyə, onlar yerə-göyə sığmırdılar. Otaqdan çıxanda isə artıq bakirəliklərini itirmiş olurdular. Əvəzində isə qızların sonrakı taleyi parlaq olurdu. İkiqat artıq maaş alırdılar. Şöhrət, hədiyyələr də öz yerində. Təbii ki, etiraz edən qızlar da tapılırdı. Məsələn, 16 yaşlı Bella Uvarova dəfələrlə Kalininə etiraz etmişdi. Komitə rəhbəri əvvəlcə onu səbrlə dilə tutmuşdu, amma qız qətiyyətlə onu rədd edən gün evinə qayıtmamışdı. Səhərisi gün qızın valideynləri hay-küy qaldırıb milisə müraciət etmiş, axtarışların nəticəsi olaraq Bellanın eybəcər hala salınmış meyiti meşədən tapılmışdı. Camaat arasında yaranan pıçhapıç Kalininə yönələndə isə Stalin özü işə qarışmalı olmuş və qızın atasını xaricə işləyən casus elan edərək güllələtmişdi. Kalinin isə məcburi məzuniyyətə göndərilmişdi. Amma dedi-qodu səngiyən kimi azğın Kalinin yenidən öz əməllərinə geri dönmüşdü. Qadınların cəsarəti kişilərdən həmişə bir addım öndə olub: yeniyetmə balerinanın müəlliməsi Yekaterina Qeltser Kalinini görər-görməz hirsindən heykəli kişinin başına çırpıbmış. Amma ikisinin də bəxti gətirib. Kişinin başı salamat qalıb, qadının da canı. Çünki təzəlikcə qulaqburması almış Kalinin bu dəfə əlini qadın qanına batıra bilməzdi...

Belə bir fikir var ki, seksual manyaklar əslində heç də ehtiraslı məşuq ola bilmirlər. Bəlkə də bu üzdən qadınlardan sanki qisas alırlar. Kalinin 50 yaşına çatanda onda cinsi zəiflik yaranır. Müalicə alsa da çarəsi olmur. Sonra xalq təbabətinə üz tutur. Rəssam dostu Meşkov ona məsləhət görür ki, arı dəstəsinin ortasında lüt otursun. Arılar onun cinsi orqanını dişləyəndə, impotensiya aradan qalxacaqmış. Amma Kalininə qalan arı sancısının zülmü olmuşdu - əlbəttə ki, nəticə onun xeyrinə olmamışdı.

Kalininin arvadı Yekaterina onun əməllərinə göz yumurdu. Hətta günün birində ərinin evin qulluqçusu ilə eşqbazlığını görəndə də susmuşdu. Amma qulluqçu kişinin üzərində nüfuzundan istifadə edib evin xanımını alçaltmağa başlayınca, qadın buna dözməyib, beş uşağını da ataraq çıxıb getmişdi. İllər sonra qayıtmışdı ki, bəlkə əri düzələ. Amma hara düzəlir? Artıq ərinin siyahısında zorlanmış yeniyetmələrin sayı bir az da artmışdı. Ta ki özü də bilmədən yüksək rütbəli hərbçinin qohumunu zorlayana qədər. Bu dəfə də qorxusundan gizlənməyə yer axtaran Kalininə Stalin kömək etmişdi. Bütün günahları da Kalininin arvadının üstünə atmışdı ki, əgər sən kişini atıb getməsəydin, zavallı ağlını itirməz, başqa qadınlarda nicat axtarmazdı. Odur ki, Yekaterina casusluqda şübhəli bilinərək 15 illik sürgünə göndərildi. Yeddi ildən sonra isə bəraət aldı. Qadın ərinin deyil, artıq evli olan qızının yanında yaşamağa başlamışdı. Hətta bir ildən sonra (1946) ölən ərinin yasına da getməmişdi.

Kalininin ölümündən sonra onun kabineti memorial otaq kimi qorunurdu (Təkcə otağı deyil, adı da. Bu manyakın adına hazırda Kalininqrad şəhəri və prospekt var). Otaq Sovet İttifaqı dağılandan sonra 15 il bağlı qalsa da, sonra yenə də ziyarətçilərin üzünə açılıb. Otaqda hər şey bir yana, təkcə böyük yazı masası Kalinin haqqında yeni nəsil üçün ümumi rəy formalaşdırmağa qadirdir. Açıq-aşkar muzey işçisi təqdim edir: görkəmli SSRİ xadimi bu masanın üstündə onlarla qadın və qızla cinsi əlaqədə olub. Həm də çox vaxt tək yox, köməkçisi Avel Enukidze ilə birlikdə! Sonralar həmin balerinalar ahıl yaşlarında etiraf edirdilər ki, bu iki manyakın təkidi ilə əvvəlcə masanın üstündə çılpaq rəqs edirmişlər.

Bu masa daha nələrə şahid olmayıb - günahsız adamların güllələnməsinə dair əmrlər, sahibinin sözündən çıxan adamların işgəncələri... Bir sözlə, stol da öz sahibi qədər günahkar sayılırdı. Susmasını anlamaq olardı – cansız əşyadır. Amma Ömər Xəyyam demiş, bütün cansız əşyalar bir vaxtın mövcud olmuş canlılarından yaranır. Ən azından qırılıb etiraz edərdi. Bəlkə də dözümünün səbəbi sonralar “dilə gəlməsiydi”. Bu gün yüzlərlə turistə, yeni nəslə, tarixçilərə sahibi haqqında nələr “danışır”?..

Yeri gəlmişkən, fələyin ironiya hissi həmişə “Damokl qılıncı” kimi belələrinin başının üstündə gəzir. Kalininin nəvəsi babasının əksinə, qadınlardan uzaq qaçırmış, çünki öz cinsinə meyilliymiş. Hətta qonşularından çəkinmədən qadın paltarı geyinib boyanırmış, özü də Sovetlər dövründə!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm