• USD 1,7022 0,00% EUR 1,8484 +1,31%
    • GBP 2,1791 +0,05% RUB 0,0304 +0,33%

Yerin altında 6 mərtəbəsi olan SARAY: İnşası üçün 22 kilsə, 6 sinaqoq, 30 min ev sökülüb - FOTOLAR

  • Tarix
  • 20 Aprel 2017 11:08
  • 2 335 Baxış
Yerin altında 6 mərtəbəsi olan SARAY: İnşası üçün  22 kilsə, 6 sinaqoq, 30 min ev sökülüb

Sarayın əhatə etdiyi ərazidə 22 kilsə, 6 sinaqoq və 18-19-cu əsrdə tikilmiş 30 minə yaxın bina dağıdılmışdı. Halbuki o binalar Buxarestin mirvarisi hesab olunurdu.

"Çauşesko Sarayı" adı ilə tanınan Rumınyanın Parlament binası. Turistlərin heyran olduğu bu nəhəng bina Avropanın ən böyük binası hesab olunur. Dünyada isə Pentaqondan sonra ikinci yeri tutur.

Hamı deyir ki, Ruminyanın sonuncu kommunist lideri olan Nikolay Çauşesko öz sarayının qurulması naminə Buxarestin demək olar ki, yarısını dağıdıb.

Publika.az sizə dünyada manumental arxitekturanın şedevri sayılan bina haqqında maraqlı faktları təqdim edir:

İkinci Dünya Müharibəsindən sonra kommunizmin ən sərt tətbiq olunduğu ölkələrdən biri Ruminya olub. Nikolay Çavuşeskunun dövründə isə rejim daha da sərtləşib. 1989-cu ildə Lazlo Tokeş adlı bir rahibin başqa şəhərə sürgünü ilə razılaşmayan əhali küçəyə tökülür. Rahibi dəstəkləmək üçün başlayan etirazlar, qısa müddətdə ölkəni əla alaraq rejim əleyhinə qiyama çevrilir. Qarşıdurmalarda 2 minə yaxın insan həyatını itirir.

Rumıniya tarixinin bütün dövrlərində əhəmiyyətli mərkəz olan bu meydan ölkə müstəqillik qazandıqdan sonra "Kraliyət Meydanı", kommunistlərin dövründə "Respublika Meydanı", Çavuşeskodan sonra isə "İnqilab Meydanı" adlandırılırdı. Meydanda inqilab şəhidləri üçün abidə tikilib. Abidənin üzərində inqilabda həyatını itirən insanların adları qeyd olunub.

Binanın ölçüsü 240 x 270 metr təşkil edir. Hündürlüyü 86 metr olan bina 12 mərtəbədən (yer altında daha 6 mərtəbə var) ibarətdir. Ümumilikdə binada 1100 otaq var. Bundan əlavə tikinti vaxtı çılçıraqlar üçün 3500 ton büllur, 700 min ton polad, 900 min kubmetr ağac, 200 min kvadrat metr xalça örtüyündən istifadə edilib. Yoxsulluq içində yaşayan Rumıniya xalqı öz sevimli rəhbəri üçün bu sarayı tikib. Hansı ki, 1989-cu ilin dekabrında hərbi tribunalından sonra gözlərini qırpmadan güllələdilər.

Təsadüfi deyil ki, bu şəhər vaxtı ilə " Şərqi Avropanın Parisi" adlandırılıb. Ərazidə yerləşən 18-19-cu əsrə aid 30 minə yaxın binanın dağıdılması şəhərin tarixi nüfuzuna ciddi ziyan vurub.

Gördüyünüz bu kompleksin inşasına 1983-cü ildə başlanılıb. Tikili Rumıniya Sosialist Respublikasının Parlament binası olaraq layihələşdirilmişdi. Lakin sonradan Çauşesko ilkin layihəyə əsaslı düzəlişlər edərək parlament binasını xanımı ilə özünün şəxsi iqamətgahına çevirdi. 1989-cu ilin dekabrında başlanan xalq üsyanı ərəfəsində binanın 90%-i tikilib qurtarmışdı. Lakin bu nəhəng əzəmətli binada yaşamaq onlara nəsib olmur. Binanın təhvil verilməsinə 1 ay qalmış Çauşesko və arvadı hakimiyyətdən devrilib, edam olundular.

Hazırda binada bir neçə nazirlik və idarə fəaliyyət göstərir: Parlament, Milli Senat və başqa bir sıra maraqlı muzeylər.

Saray hələ də parlament binası sayıldığı üçün nəzarətsiz qalmır. Bina ciddi rejimdə mühafizə olunur. Turistlər xüsusi mühafizə sistemindən keçərək bina daxilində təyin olunmuş bir neçə guşəni gəzə bilərlər. Bina üzrə təşkil olunmuş ekskursiyalarda iştirak etmək üçün turistlər metallodetektordan keçərək yarım saatdan çox gözləməli olurlar. Turistlərə xüsusi kitabçalar paylanılır. Müəyyən olunmuş iştirakçı sayı toplandıqdan sonra turistlər bələdçinin köməyi ilə 45 dəqiqə ərzində binanın daxili palatalarını gəzə bilirlər.

Biletlər çox ucuzdur: giriş 10 avro, şəkil çəkdirmək 10 avro.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR