Qadınların ən zərif nöqtəsinin üzləşdiyi TARİXİ DƏHŞƏTLƏR: ilan, həşarat, məşəl və... - - FOTOLAR
Bizi izləyin

Tarix

Qadınların ən zərif nöqtəsinin üzləşdiyi TARİXİ DƏHŞƏTLƏR: ilan, həşarat, məşəl və... - - FOTOLAR

Qadının vaginasına zəhərli ilan yeridirdilər ki...

Qadın istər xarici görünüşü ilə, istərsə də daxili aləmi ilə bütün əsrlərdə əks cinsin diqqət mərkəzində olub. “Diqqət mərkəzi” deyəndə, bura sadəcə ona göstərilən qayğı, iltifatdan söhbət getmir. Bəzən qadın bu diqqətin fəlakətlərindən qaça bilməyib – qədim və orta dövrlərdə ən ağlasığmaz edamlarla “mükafat”lanıb. Əslində günümüzün müasirliyi belə qadın və onun geyimini, həyat tərzini sığortalaya bilmir. Bu gün də qadın nəinki sadə kişilərin, hətta qanun icraçılarının da əsas hədəfidir. Göründüyü kimi, qadın elə bir fenomendir ki, bütün dövrlərdə onun gözəlliyi, əxlaqı, bədəni, konkret desək, məhrəm əzaları təkcə ədəbiyyatın, nəğmələrin deyil, lap elə qanunların mövzusu olub. Obrazlı desək, zaman-zaman qadın bədəninin təsviri qələmlərdə gah açılıb, gah qapanıb. Qələm isə təkcə gözəlliyi vəsf eləmir, həm də onu cəzaya məhkum edən əmrə imza atır.

Kişilər arasında deyəsən, bircə Ziqmund Freyd qadınlara illərini sərf etsə də bu cinsdən baş açmadığını etiraf edəcək qədər cəsarət tapa bilmişdi. Qalanlar özlərini daim bilici kimi göstərərək, qadın və onun məhrəmiyyətini “dolanbac yollardan” keçirməli olublar. Məsələn, hələ eradan əvvəl qadın cinsi orqanı, xüsusən də klitor haqqında müxtəlif fərziyyələr ortaya atılıb. Klitor böyük tarixi yol keçib desək, daha doğru olar.

Publika.az zərif cinsin ən zərif nöqtəsinin keçdiyi tarixə nəzər salıb:

140 min il öncə

Afrikanın şərqindən tapılan qadın qalıqları məhz bugünkü qadınların əcdadı olduğunu təsdiqləyib. Ondan qabaqkı varlıqları alimlər insanabənzər adlandırdıqları üçün həmin məxluqların cinsi orqanının sırf indiki qadındakı kimi olması naməlumdur. Seksoloqlar klitorun formalaşmış dövrünü məhz həmin tarixdən götürürlər.

Eradan əvvəlki tarixdə ilk dəfə Hippokrat klitordan bəhs edərək onu “kiçik sütun” adlandırıb. Daha sonra hindlilər bu “kəşf”i edərək “Kamasutra” kimi seksual məzmunlu kitablarında bu barədə ətraflı danışıblar.

Eşq və günah oylağı olan Qədim Romada da bu kiçik sütunların nə demək olduğunu yaxşı bilirdilər. Amma onlar hindlilər və yunanlardan fərqli olaraq klitor haqqında dastan yazmayıblar. Romalılar yazmaqdan çox, anı yaşamağı üstün tuturdular.

Şərq dünyasında İbn Sina bununla bağlı qeydlərini aparsa da, şərqlilər bu barədə nə danışır, nə də qadın orqanının detalları ilə maraqlanırdılar. Odur ki, İbn Sina dövrünün adamları üçün deyil, gələcək nəsillər üçün izahlar yazmaqla məşğul idi.

X-XI əsr

Artıq kütləvi yasaqların, günahların bəlli olduğu, qaydalara salındığı dövr başlamışdı. Bakirlik rəmzi ilə cinsi istəyi günah hesab edən xristianlıq, yalnız törəmək üçün bundan istifadə edirdi. Həzz isə bağışlanmaz günah idi. Şokoladı belə həzz sayan xristian dünyası üçün klitor və onun yaşatdığı yüksək duyğular qəbul olunmazdı. Xristianlıq oral seks və masturbasiyanı qadağan etmişdi, buna əməl etməyənlər ələ keçsəydilər, cəzalanırdılar. Masturbasiya edən kişilər 10 gün, qadınlar isə 1 il yalnız çörək və su ilə qidalanmalı olurdular.

Orta əsrlər

1486-cı ildə yazılmış bir qeyddə qadın klitoru “ifritənin çəkici” adlandırılır. Obrazlı səslənsə də, onun yaratdığı şeytani hisslərə nəzərən anlaşılandır. Cinsi akt zamanı ölçüləri böyüdüyü üçün isə klitoru daha əcaib – “şeytan məməsi” adlandırırdılar. Hətta kişilərə tapşırılmışdı ki, hansı qadında “ifritənin çəkici” “şeytan məməsi”nə çevrilərsə, dərhal kilsəyə xəbər verilməliymiş. Çünki bu qadın üstündə “çəkic” daşıyan ifritənin özü hesab olunurdu. Və ardınca həmin qadına olmazın əzablar verilirdi.

İnkvizisiya dövrünü haqlı olaraq “əcinnə ovu” dövrü adlandırırlar. Amma “əcinnə” damğası altında saysız-hesabsız dinc qadın işgəncə ilə öldürülmüş, diri-diri odda yandırılmışdı. Bu qadınların yeganə günahı isə əslində gözəl olmaları idi. Odur ki, qonşuluqdakı gözəl qadın, xüsusilə də dul qalardısa, kişilərdən qabaq elə digər qadınlar onu müxtəlif böhtanlarla kilsəyə verirdilər. Bu zavallı qadınlar isə ən ağlasığmaz işgəncələrə məruz qalırdılar. Məsələn, qadının vaginasına zəhərli ilan yeridirdilər. Həm də vaginanı yağlayırdılar ki, ilan yaxşıca sürüşə bilsin. İlan qadını içəridən sancanda isə aqibət bəlli olurdu. Və ya qadının cinsi orqanına şirə töküb həşəratları üstünə buraxırdılar. Yaxud vaginaya məşəl soxurdular. Əli-qolu bağlanmış qadının isə zülm çəkə-şəkə ölməkdən başqa yolu qalmırdı. Əslinə baxanda, bunlar cəzadan çox, çirkin təxəyyülün bəhrəsidir. Yalnız uzun illərdir ömrünü qadınsız keçirən keşişlərin ağlına belə rəngarəng üsullar gələ bilərdi. Yeri gəlmişkən, bu cəza növləri XVII əsrə qədər Avropada (bu gün qadın hüquqlarından danışan, şərqi qadına zülm verməkdə təqsirləndirən Avropa!) tətbiq edilirdi.

Bütün bunlara baxmayaraq, qadın cinsi orqanı yenə də əsas mövzu idi. XVI əsrdə anotom Realdo Kolombo klitoru “zövq nöqtəsi” adlandırır və bununla bağlı əməllicə traktat yazır. Maarifləndirici məqsəd daşıyan bu traktat bir müddət sonra elə anatomun həmkarı Andreas Vezaliy tərəfindən yenidən qapadıldı. Vezaliy bunu orqanizmin patologiyası adlandırırdı və hesab edirdi ki, sağlam qadının bu “təpəciy”ə ehtiyacı yoxdur. Kəsilib atılmalıdır!

Ya Vezaliy səbəb oldu, ya bəzi ölkələrə “vəhy” gəldi, necə oldusa bəzi cənub və şərq ölkələri qadın klitorunu kəsib atmağa başladılar. Nəinki keçmiş dövrdə, hətta günümüzdə də Afrika və Asiya ölkələrində qızlar uşaqkən sünnət olunur. Məqsəd qadının cinsi həvəsinin azaldılmasıdır. Klitoru kəsik olan qadınlar cinsi akt zamanı ağrı yaşayırlar, beləcə bu proses onlara yalnız törəmə üçün lazım olur. Üstəlik qadın orqazmının ən başlıca təminatçısı da klitor olduğu üçün qadınlar bu “çəkic” olmadan həvəssiz olurlar.

XIX əsrqə qədər elə qərblilər də klitorun kəsilməsinə ikiəlli razılıq verirdilər. 1858-ci ildə nüfuzlu cərrah Ayzek Braun mövzunu kökündən həll etmək üçün elə klitoru da kökündən kəsib götürməyi tovsiyə edirdi. London Tibb Cəmiyyəti bu təklifi dəstəklədi. Beləcə masturbasiya və aşırı ehtiraslılığın qarşısının alınması üçün bir müddət qızlar klitorsuz gəzməli oldular.

XX əsrin əvvəlində isə Ziqmund Freyd yenidən qadınları bu zülmdən qurtardı. Qadın orqazmını klitoral və vaginal növlərə ayıran Freyd izah edirdi ki, klitoral orqazm infantivdir. Yəni qızlar ərə gedənə qədər klitoral orqazm yaşayaraq baş qaldıran hisslərini yatıra bilərlər. Bu, heç də qorxunc deyil, əksinə qızlar bu üsulla özlərini təmin edə və ilk kişinin qucağına atılmaqdan qurtula bilərlər. Sonra Freydin tələbəsi Mari Bonapart (Napaleon Bonapartın nəticəsi) öz frigidliyini dəf etmək məqsədilə 200 qadın üzərində araşdırma aparmışdı. Belə nəticəyə gəlmişdi ki, əgər klitor vaginadan 2 sm-dan artıq məsafədə yerləşirsə, o zaman həmin qadınların orqazm yaşaması çətin olur. Müəllimindən fərqli olaraq Mariyə görə isə, qadın ümumiyyətlə, vaginal orqazm yaşaya bilməz, yüksək zövq üçün yalnız klitor lazımdır.

XX əsr gəldi, radio, televizor, təyyarə kəşf olundu, amma kişilər hələ də çaş-baş qalmaqda davam edirdilər ki, neyləyək, bu klitor olsun-olmasın? 1948-ci ildə yenidən anotomiya kitablarından klitor mövzusu yığışdırıldı. 1953-cü ildə isə belə bir iddia ortaya qoyuldu ki, klitoral orqazm yaşayan qadın psixi xəstədir, ona müalicə lazımdır. 1966-cı ildə Virciniya Conson və Uilyam Masters klitor mövzusunu gündəmə gətirdi. Onlar da isbat eləməyə çalışdılar ki, Ziqmund qarışıq hamı yalan deyir, klitor ayrıca orqandır. 1970-ci ildə isə radikal feminist Anna Koedt qətiyyətlə bildirdi ki, ümumiyyətlə vaginal orqazm yoxdur. Klitoral orqazm üçün isə kişi lazım deyil. Bunu qadın özü də edə bilər, eynicinsli sevgilisi də. “Rədd olsun kişilər” kateqoriyasından olan bu bəyanata o qədər də əhəmiyyət verilmədi. Adı üstündə feministdən bundan artıq nə gözləmək olar... Onun məqsədi kişidən imtinadır.

1998-ci il – insan artıq aya uçub, geri qayıdıb, Marsa hazırlaşır, internet yaradıb, mobil telefonu kəmərinə taxıb... bircə bu klitor mövzusunu həll edə bilmir. Anatomlar sözü bir yerə qoyub dedilər ki, klitor yeganə orqandır ki, onun işi ancaq həzzdir. Digər orqanlar həm həzz, həm törəmə və s. işi birgə həll edəndə, klitor əlini qoyub belinə bekar gəzir. Yalnız lazım olandan-olana istifadə olunur. Onda niyə artıq yer tutsun ki! Gəlin kəsək ataq... Üstəlik klitor akt zamanı hətta 8 sm-dən 20 sm-ə qədər uzana bilər! Belə olanda nə bilək ki, kişi kimdir, qadın kim?! Həm də quruluşu mürəkkəbdir, onu kəsib atmaqla qadın orqanı daha anlaşılan olar.

2009-cu il – Foldye və Byussin adlı iki anatom öz cibləri hesabına 3D variantında klitoru tənzimləməyə başladılar ki, görsünlər bu necə işləyir. Yəni kişilər 3D texnologiyasını anladı, bunu anlamadı. Amma belə bir nəticəyə gəldilər ki, qadın orqanının mürəkkəb quruluşu məhz klitorun qorunması və cinsi akt zamanı böyüməsi işinə yarayırmış.

2015-ci il – sensor telefonlar, işıqlar, qapılarla yanaşı klitor mövzusu da möcüzəvi mövzular sırasında yer aldı. Amma dünya artıq onun funksiyasından az-çox baş çıxardığı üçün belə qərara gəldi ki, klitor fetişləşsin, yəni onun formasında aksessuarlar, bəzək əşyaları düzəldilsin. Bir növ abidə xarakterli!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm