Stalinin hələ də gizli saxlanılan donuz damındakı YERALTI SIĞINACAĞI - - FOTOLAR
Bizi izləyin

Tarix

Stalinin hələ də gizli saxlanılan donuz damındakı YERALTI SIĞINACAĞI - - FOTOLAR

Məxfi obyektin inşasında Volqadakı islah-əmək düşərgəsinin dustaqları işləyib.

II Dünya müharibəsindən öncə inşa olunmuş Stalinin yeraltı sığınacağı tapılıb.

Publika.az
xəbər verir ki, Volqa sahillərindəki Mixaylov (indiki Nekrasov) qəsəbəsinin yaxınlığında Yaroslav ərazisində kiçik bir donuz damı yerləşir. Uzun illər fermerlər bu damdakı şaxtanı zibil tökmək üçün istifadə ediblər. Onlar hətta bu “çuxura” görə sevinirdilər də, çünki zibili çölə çıxarmağa, yaxud daşımağa ehtiyac yox idi.

Sirli zirzəmi

Tezliklə bu damın yaxınlığında dərin mədən dəhlizi tapıldı. Yerli geoloq Valeri Muraşov bu tapıntı ilə maraqlandı və könüllü köməkçilərlə dəhlizi yoxmaq qərarına gəldi. Dəhlizə baxış zamanı məlum oldu ki, aşağıda beton löhvə irəliyə getməyə imkan vermir.

Yerli sakinlərdən qocalar danışırdılar ki, 1930-cu illərdə bura qadağan olunmuş zona idi və ətrafı tikanlı məftillərlə örtülmüşdü. Daha sonra məlum olub ki, məxfi obyektin inşasında Volqadakı islah-əmək düşərgəsinin dustaqları işləyib. Dustaqlar qazıntı işinin böyük hissəsini yerinə yetirəndən sonra işi Moskva metrosunun təcrübəli və ixtisaslaşdırılmış inşaatçıları təhvil alıb.

Bu bölgədə yerləşən “Qırmızı təpə” sanatoriyasının işçisi Zinaida Qriqori də deyir ki, bu dəhliz məxfi obyektə gedib çıxır. Onun qayınanası Mariya Arseniya əri Aleksandr Aleksandrla birgə müharibə vaxtı məxfi obyektdə işləyirmiş. Qadın paltaryuyan, kişi isə çilingər imiş. Buna görə də onların oğulları Leonid Aleksandrı bu obyektə buraxırmışlar.

Leonid Aleksandr danışır ki, o, yeraltı məxfi obyektdə dəhliz boyu sərilmiş qırmızı xalçalar, yaxşı işıqlandırılmış böyül zal və bahalı mebellər görüb.

Hətta şahidlər yeraltı obyektdə kiçik aerodromun da olduğu haqda danışırlar.

Nekrasov qəsəbəsinin başçısı Leonid Boris deyir ki, obyektin yanında xüsusi rabitə postu var idi və burada Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları növbə çəkirdilər.

SSRİ dağılandan sonra məxfilikdən çıxarılmış 1941-ci ilin noyabrında Ali Baş Komandan Stalinin imzaladığı №94522 sənədi də bu bölgədə məxfi yeraltı sığınacağın yerləşdiyini təsdiq edir.

Məlumatlara görə, indi də həmin məxfi obyektə giriş məhduddur. Yalnız donuz damından görünən “çuxur” və qarşısı beton llövhə ilə örtülmüş dəhliz var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm