İsgəndərin dövrünə aid sərdabə tapıldı: İçində tanınmış insan gizlədilib
Bizi izləyin

Tarix

İsgəndərin dövrünə aid sərdabə tapıldı: İçində tanınmış insan gizlədilib

Krımda Makedoniyalı İsgəndərin dövrünə aid sərdabə tapılıb.

Krımda Makedoniyalı İsgəndərin dövrünə aid sərdabə tapılıb.

Rusiyanın Arxeoloji Araşdırmalar İnstitutundan verilən məlumata görə, Krımda aparılan qazıntılar zamanı kurqanlardan, Makedoniyalı İsgəndərin dövründə tikilmiş qədim sərdabə tapılıb.

Publika.az xəbər verir ki, institutun elmi işçilərindən biri olan İrina Rukavişnikovanın sözlərinə görə, kurqanlar Kerçen yarımadasında b.e.ə 4-cü əsrin ikinci rübündə inşa edilib:

"Tarixdə Qara dənizin şimal hissəsi bütün Yunan dünyasının taxıl anbarı hesab olunurdu".

Tədqiqatçıların fikrincə, 10 metr uzunluğunda sərdabadə hansısa "tanınmış insan gizlədilmiş" ola bilər. Sərdabədə tunc və dəmir mismarlar, müxtəlif qab-qacaqlar da tapılıb.

Qeyd edilir ki, sərdabənin Kerçen muzey-qoruğunun ərazisinə daşımaq planlaşdırılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm