Tarix
“QRU” Moskvadakı Amerika casusunu diri-diri yandırdı – “BUMERANQ” ƏMƏLİYYATI - – FOTO
Kəşfiyyat müharibələri bütün dövrlər üçün aktualdır.
Bütün zamanlarda bu müharibə gizli və amansız olub. Hazırda
kəşfiyyat müharibəsinin əsas tərəfləri ABŞ və Rusiyadır. Bu iki
gücün gizli müharibəsinin tarixi 100 ildən də artıqdır. Bu müharibə
SSRİ dövründə də aparılırdı, indi də davam edir.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) SSRİ-dəki ən məşhur casusu Pyotr Popov olub.
Popov 1923-cü ildə Volqa sahillərində yerləşən Kostrama vilayətinin
yaxınlığındakı kiçik kənddə doğulub. 18 yaşı olanda II Dünya
müharibəsinə yollanıb. Özünü intizamlı əsgər kimi tanıdıb, çoxsaylı
mükafatlar alıb. Onu tanıyanlar kifayət qədər əsəbi olduğunu
deyirlər.
“Verbovka”
Müharibədə böyük qələbədən sonra Popov Leninqradda
Hərbi-Diplomatiya Akademiyasında oxuyur. Daha sonra o, Vyanaya ezam
olunur. Avstriyada Popov “QRU”-nun (Hərbi Kəşfiyyat İdarəsi) agenti
kimi adi vətəndaşları əməkdaşlığa cəlb edirdi. Məqsəd
Yuqoslaviyadan məlumatlar əldə etmək idi. Çünki 50-ci illərdə SSRİ
Yuqoslaviya ilə münaqişədə idi. ABŞ kəşfiyyatı Popovu elə Vyanada
“verbovka” edərək, öz casusuna çevririr.
MKİ-nin Popovu əməkdaşlığa cəlb etməsi ilə bağlı 2 versiya
mövcuddur.
Birinci: Amerika tərəfi iddia edir ki, Popov
özü ABŞ-ın Vyanadakı səfirinin avtomobilinə əyləşərək, əməkdaşlıq
etmək istədiyini deyib.
İkinci: ABŞ kəşfiyyatı onu oğurlayaraq, təhdid
edib.
Popov özü məhkəmədə bildirib ki, amerikalı kəşfiyyatçılar onu
oğurlayaraq, maşına mindiriblər və əməkdaşlıq etməsi üçün təhdid
ediblər. Əgər rədd etsəydi, onu ABŞ-a göndərəcəkdilər və SSRİ
casusu kimi mühakimə ediləcəkdi.
Məxfi “SR-9” bölməsi və ikiqat casus
1954-cü ildə Popov “Qreyspeys” adı altında Amerika kəşfiyyatı ilə
əməkdaşlıq etməyə başlayır.
Popov MKİ-də xüsusi agent kimi böyük imtiyazlara malik idi. Onunla
iş üçün xüsusi bölmə yaradılmışdı. Bu bölmə “Soviet Russia”, qısaca
olaraq “SR-9” adlanırdı. Bu əfsanəvi bölmə anti-sovet kəşfiyyat
əməliyyatlarını hazırlayırdı. Bölməyə Corc Kayzvalter rəhbərlik
edirdi.
Popov Corcun rəhbərliyi altında Avstriyada sovet xüsusi xidmət
orqanlarından məlumatlar əldə etməyə başladı. Amerika bu iş üçün
külli miqdarda pul xərcləməkdən də çəkinmirdi. Nəticədə, sovet tank
diviziyalarının yerləri, hərbi nizamnamələrin sürətləri, nüvə
sınaqlarının keçirilməsi ilə bağlı hesabatlar MKİ-nin əlinə
keçdi.
Popov o qədər əhmiyyətli adam idi ki, onunla birbaşa Corc
Kayzvalterin özü görüşürdü. Sovet qoşunları Avstriyadan
çıxarılandan sonra o, Moskvaya qayıtdı, lakin tezliklə təyinatı
Almaniya Demokratik Resublikasına çıxdı. 1956-cı ilin yanvarında
Popov amerikalı bosları ilə yenidən əlaqəyə girdi. O, bir növ
ikiqat agent idi: həm başqa ölkələrə göndərmək üçün sovet
casuslarını hazırlayır, həm də SSRİ-nin sirlərini ABŞ-a
satırdı.
İfşa: “Bumeranq” əməliyyatı
Popov avstriyalı xanım Emiliey Koxaneklə sevgili idi. O, Almaniyaya
təyin olunandan sonra da məşuqəsi ilə əlaqəni kəsmədi. Bu isə
“QRU”-da maraq oyatmışdı. Satqının ifşası ilə bağlı əməliyyat
1958-ci ildə başlandı. Bu əməliyyatın adı “Bumeranq” idi.
Sovet rəhbərliyi Popovun Almaniyada olduğu vaxt əməliyyata
başlamağı təhlükəli hesab edirdi. Buna görə də onu Moskvaya
çağırdılar. Bir neçə ay ərzində diqqətli müşahidələr aparıldı.
Popovun amerikalı agentlərlə əlaqələri aşkarlandı. 1959-cu ildə
Popov danılmaz faktlarla ifşa olundu. Onu həbs etdilər.
Popovun SSRİ-nin xeyrinə sonuncu əməliyyatı amerikalı Rassela
Lenjellinin casus kimi hazırlanması idi. Lakin bu “uğurlu
əməliyyat” hökmü yumşaltmadı: 1960-cı ildə Popova güllələnmə hökmü
çıxarıldı. Lakin Qərb mediasında tezliklə məlumat yayıldı ki,
Amerika casusu güllələnməyib. “QRU” keçmiş əməkdaşını diri-diri
yandırmışdı. Belə qəddar divan digər əməkdaşlara dərs vermək üçün
həyata keçirilir.
Asif
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI