• USD 1,7012 0,00% EUR 1,9783 0,00%
    • GBP 2,2065 0,00% RUB 0,0289 0,00%

Minlərlə ABŞ əsgərinin düşdüyü DƏHŞƏTLİ TƏLƏ: amerikalıların ölüm TUNELİ

  • Tarix
  • 19 May 2017 18:39
  • 1 469 Baxış
Minlərlə ABŞ əsgərinin düşdüyü DƏHŞƏTLİ TƏLƏ: amerikalıların ölüm TUNELİ

Dünyanın ən amansız müharibələrindən olan ABŞ-Vyetnam müharibəsinin (1965-1973) qızğın çağında yeraltı yollar haqqında qandonduran əfsanələr dolaşırdı. Özlərini dünyanın ağası, üst millət hesab edən amerikalıları çaş-baş qoyan, yuxusuz gecələrə düçar edən bu əfsanələrin qaynağı əslində gerçək idi. Sözün həqiqi mənasında “üst millətin” ayağının altında böyük bir xalq vardı.

Publika.az əfsanələşmiş gerçəyin təfərrüatlarını təqdim edir:

Elə müharibənin ilk ili – 1965-ci ildə ABŞ-ın 25-ci piyada diviziyası Ku Çi adlı kiçik kəndin yaxınlığında yerləşmişdi. Çünki məhz bu həndəvərdə Vyetnamın partizan dəstələri çoxluq təşkil edirdi. Amerikalılar bura yerləşməklə elə bəri başdan kimin bu torpaqlarda ağalıq etməsini göstərmək istəyirdilər. Lakin heç də düşündükləri kimi olmadı. İlk günlərdən qəribə hadisələr baş verməyə başladı. Gecənin bir aləmi atəş açılırdı, ancaq qarşı tərəfdə ins-cins gözə dəymirdi. Səhər açılanda onlarla amerikan əsgərinin öldürüldüyü bəlli olurdu. Diviziya nə qədər cəhd etsə də düşmənin izinə düşə bilmirdi. Bütün meşəni ələk-vələk eləmişdilər. Amma kimsə gözə dəymirdi, sanki yer yarılmışdı, Vyetnam əsgərləri içinə girmişdi... Burada “sanki” sözü artıq qalır. Çünki həqiqətən də Vyetnam partizanları yerin altından fəaliyyət göstərirdilər. Bir neçə aydan sonra bəlli olur ki, 25-ci diviziya düz 250 km-lik nəhəng yeraltı tunelin üstündə qərarlaşıb. Bu tunel hələ XX əsrin əvvəllərində fransız istilasına qarşı qazılmışdı.

Amerikalılar öz tapıntılarına çox tez sevinirdilər. Çünki tuneldə onları nəyin gözlədiyini bilmirdilər. Tez cılız əsgərlərdən “tunel siçovulları” düzəltməyə başladılar. Əsgərlər tunelə girib vəziyyəti öyrənməyə çalışırdılar, ancaq onlardan heç biri də geri qayıtmırdı. Tunel gözlənildiyi kimi adi yeraltı yol deyildi. Hər döngəsində tələ qurulmuş, nəhəng yeraltı şəhər idi. Burada həyat öz axarında qaynayırdı – insanlar çalışır, xəstəxanalar, kitabxanalar, hətta kinoklublar fəaliyyət göstərirdi. İnsanlar üçün hər şərait yaradılmışdı.

Amerika əsgərləri müharibənin sonunadək bu yeraltı tunelin heç ortasına da çata bilmədilər. Amma ən azından 60-cı illərin sonlarına yaxın Ku Çi kəndini darmadağın edə bilmişdilər. Çünki məxsusi yaradılmış B-52 qırıcı təyyarələrinin mərmiləri yerin 20 metr dərinliyinə qədər dağıdıcılıq qabiliyyətinə malik idi. Tunel isə yerin 5 metr dərinliyində salınmışdı. Tuneldə olan 16 min insandan cəmi 6 mini sağ qalmışdı.

70-ci illərin əvvəllərində həm öz içində pərən-pərən olmuş, həm də dünyanın qınağına tuş gəlmiş ABŞ artıq qoşununu geri çəkməyə başladı. Amma Vyetnamda açdığı yaraları nə bu ölkə, nə də dünya unutdu. Elə Amerikanın özü də itkilərin əziyyətini ağır ödədi. 58 min əsgəri cəngəllikdə həlak oldu. Xüsusilə də Vyetnam sindromu (sıx ağaclığa düşən keçmiş əsgərlərin qəfil halı pisləşir və ətrafındakı insanlara hücum çəkirdilər) deyilən psixoloji xəstəlik daha neçə gənc əsgəri sonralar məhv etdi.

Hazırda Ku Çi tuneli atılmış, dağılmış vəziyyətdədir. Turistlər bu ölkəyə gedərkən mütləq cəngəlliyə açılan dəliklərdən yarıya qədər tuneli ziyarət edə bilirlər. Ən qəribəsi odur ki, bir vaxtlar qızğın döyüşlərin getdiyi tuneldə indi kənd uşaqları əllərinə ağac tüfəng alıb dava-dava oyunu oynayırlar.

Şəfiqə ŞƏFA

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR