Tarixin gizlinləri: "Nüvə silahının kodunu itirən prezident, Allahdan üzr gözləyən məhbus" - - FOTOLAR
Bizi izləyin

Tarix

Tarixin gizlinləri: "Nüvə silahının kodunu itirən prezident, Allahdan üzr gözləyən məhbus" - - FOTOLAR

Tarixi hər zaman xatırlamaq lazımdır. Sadəcə, yaşanıb bitdiyi üçün deyil, gələcəkdə həmin hadisələrdən nəticələr çıxartmaq, daha doğru qərarlar qəbul etmək üçün. Bəzən insanlar bu incə məqamları anlamır və tarixi hadisələrə önəm vermirlər. Tarixdə baş verən ən primitiv hadisə, ən neqativ hal belə gələcək üçün olduqca əhəmiyyətlidir.

Bəzən tarixi hadisələri unikal fotolardan da öyrənmək mümkündür. Tarixdə elə fotolar çəkilib ki, onlara baxdıqda bəlkə də baş vermiş hadisələr haqqında fikirləriniz tamamilə alt-üst olacaq.

Publika.az sizə bu günə qədər bildiyiniz tarixi hadisələrin əhəmiyyətini dəyişdirəcək ən maraqlı şəkilləri təqdim edir:

1. Adolf və Rudolf Dassler qardaşları. Bu iki doğma qardaş idman malları istehsal edən "Puma" və "Adidas" brendlərinin yaradıcıları olublar. Bir-birlərinə inanılmaz dərəcədə nifrət edən qardaşlar ölənə kimi bir-birilə ünsiyyət saxlamayıblar.

2. ABŞ-ın 39-cu prezidenti olan Cimmi Karter elə bir şey edib ki, eşidəndə şok olacaqsız. Bir dəfə o, pencəyini kimyəvi təmizləməyə göndərir. Amma pencəyin cibində nüvə silahının işə salınmasının kodları yazılan kağızı götürməyi unudur. Kodların sonrakı taleyi barədə müxtəlif fərziyyələr yazılır.

3. Britaniya gəmisinin "Popay" ləqəbli böyük ocaqçısı.

4. Saxalində 1969-cu ilin qışı. Qarın hündürlüyünü işıqforlara görə təxmin etmək olar.

5. Bu fotonun IQ səviyyəsi adamı sadəcə dəhşətə gətirir.

6. İki əmioğlu. Rusiyanın sonuncu çarı İkinci Nikolay və İngiltərə kralı Beşinci Qeorq. Nikolayın hakimiyyətdən devrilməsinin qarşısını almaq üçün heç bir addım atmayan Qeorq, hətta doğma əmisi oğlunun ailəsinin İngiltərəyə gəlməsinə də qadağa qoyub.

7. "Əgər Allah mövcuddursa, onda o, mənə bağışlanmaq üçün yalvaracaq" - bu sözlər yəhudi məhbuslar tərəfindən saxlandıqları həbs düşərgəsinin hücrələrinin divarına yazılıb.

8. "Texnologiyalar" ucbatından bir-biri ilə ünsiyyət qurmayan cəmiyyətin bir növü daha. Demək ki, məsələ başqadır.

9. 1954-cü ilin cimərlik geyimləri belə olub. Hazırda isə don adlandırılan bu geyimlər xüsusi məclislərə geyinilir.

10. Məşhur şəkilin tarixçəsi. Jurnalist Eynşteydən ziyalı şəxsiyyəti əks etdirən ciddi baxış istəyir. Və Enşteynin cavabı.

11. 19-cu əsrin ov tüfəngi. Bir atəşlə təxminən 50-ə yaxın su quşunu vurmaq olardı.

12. 100 il əvvəl öskürək əleyhinə siropların tərkibi alkoqol, çətənə, xloroform və morfin sulfatdan ibarət olub.

13. 1937-ci ildə Hitlerin tərəfdarlarının mitinqi. 8 il sonra isə bu insanlar heç vaxt onun ideyalarını dəstəkləmədiklərini deyiblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm