Bizans DƏHŞƏTLƏRİ: ağlasığmaz seksual fantaziyalar, işgəncələr, kastrasiya və... - - FOTOLAR
Bizi izləyin

Tarix

Bizans DƏHŞƏTLƏRİ: ağlasığmaz seksual fantaziyalar, işgəncələr, kastrasiya və... - - FOTOLAR

Şərqi Roma İmperiyası olan Bizans, Qərbi Roma imperiyasının süqutundan (395-ci il) sonra da 1000 il mövcud olub. Bizans tarixdə ən qalmaqallı, əsrarəngiz və hakimiyyət uğrunda amansız döyüşlərin getdiyi imperiya kimi iz qoyub. Bu imperiyada insanlar ən doğma qohumlarına belə güvənmirdilər.

Publika.az Bizansla İmperiyası ilə bağla yazını təqdim edir:

Qətllər və edamlar

Лев V Армянин - император, который сражался до последнего.

Bizanslılar düşünürdülər ki, əbədi hökmdar yoxdur və onu hər an əvəz etmək mümkündür. Odur ki, ən çox qətl qurbanı olanlar da, elə Bizans imperatorları idi. Məsələn İmperator II Konstant hamamda çiməndə sabun köpüyündə boğularaq öldürülüb. III Mixail isə qılınc zərbəsindən qorunmaq istəyərkən hər iki əlini itirib. Nikifor Foka adlı hökmdarın ölümündə isə həyat yoldaşının böyük əməyi keçib. Özünə qarşı təxribatdan şübhələnən imperator adamlarına bütün sarayı ələk-vələk edib, xəyanətkarları tapmağı tapşırır. Bunu eşidən arvadı qatilləri öz yataq otağında gizlədir ki, imperatorun adamları ora girməyə cəsarət etməsinlər. Elə həmin gecə Nikifor Foka arvadının ona qurduğu tələnin qurbanı olur. Qatillər onu öldürüb, tikə-tikə doğrayırlar.

İşgəncələr və kastrasiya

Византийская императрица Ирина.

Bizans imperatorları hesab edirdilər ki, simasında qüsur olan şəxs hakimiyyətə gələ bilməz. Bu səbəbdən də çox vaxt onlar öz rəqiblərinin simasına xətər yetirir, tanınmaz hala salırdılar. Bu siyahıdan olan işgəncələrə rəqibin kor edilməsi, burnunun və dilinin kəsilməsi aid idi. Növbəti illərdə isə bu cəzalar cinsiyyət orqanına zərər yetirmək, kastrasiya ilə əvəz edildi və hətta bu üsul daha humanist sayılırdı. Məsələn, IV İohan Laskarisini doğma anası olan İrina elə onu dünyaya gətirdiyi otaqda gözlərini çıxarmışdı. Nəticədə İohan ömrünün geri qalan 40 ilini puç olmuş hakimiyyət xəyalları ilə yaşamışdı. Uşaq vaxtı kastrasiya olunmuş Vasiliy Lakapin isə öz siyasi gücü sayəsində ölkəni uzun illər saxta imperatorlar vasitəsilə idarə edərək, tarixdə “ boz kardinal” ləqəbi ilə iz qoymuşdu.

Qalmaqallar

Гражданская война.

İmperator sarayında qalmaqallar, sirlər bitib-tükənmirdi. Bütün hadisələr içərisində isə ən maraqlısı qulların hakimiyyət xəyalları idi. Məsələn, Staurakios adlı qul Şahzadə İrinanın ən yaxın tərəfdaşıydı. Hətta oğlunun gözlərini çıxarmaqda ona kömək etmişdi. Onun qardaşı Etois də quları hakimiyyətə qarşı çıxmağa və qardaşını taxta gətirməyə sövq edirdi. Mənbələrə əsasən qardaşların bu cəhdi uğursuzluqla nəticlənmiş və hər ikisi edam edilmişdilər.

Burunsuz imperator

Императоры и революционеры.

Eramızdan əvvəl 695-ci ildə II Yustinianın burnunu və dilini kəsirlər. Sonra isə Krıma sürgün edirlər. Yustinian xəzər torpaqlarına qaçaraq, hakimiyyətə qayıtmaq planlar qurmağa başlayır. Xəzər torpaqlarının yeni hökmdarı onu ödürmək üçün planlar qursa da, hiyləgər Yustinian düşmənlə layiqli mübarizə apararaq Bolqarıstana qaçmağa müvəffəq olur.
Bolqar xanı ilə saziş imzaladıqdan sonra Yustinian kanalizasiya keçidləri ilə Konstantinopola - vətəninə geri dönür. Düşmənlərindən amansızca intiqam alarq taxtını yenidən ələ keçirir və bundan sonra 6 il də imperator olur. Yustinian insanların arasında qızıldan hazırlanmış burun taxaraq, kəkələməsini anlayan tərcüməçi vasitəsi ilə ünsiyyət qurarmış.

Tarixdə ən əzazil hökmdar kimi qalmış Yustinian 6 ildən sonra edam edilərək yandırılır.

Bənövşəyi otaqda doğulanlar

Багрянородные детишки.

Yasəmən və bənövşəyi rənglər Bizansda imperatorların rəngi sayılırdı. Odur ki, bu rənglərdə yalnız imperator ailəsi geyinə bilərdi. Hətta imperator divarları bu rəngdən ibarət olan otaq tikdirmişdi. Bu otaqda dünyaya gələn imperator taxtının varisləri ən yüksək zümrəyə aid idilər. Onlar imperator sarayından kənara çıxmaz, aşağı sinifdən olan insanlarla ünsiyyətdə ola bilməzdilər. Qəribədir ki, Bizans əhalisi bu gənclərə xüsusi sevgi bəsləyir, hətta onlara sitayiş edirdilər.

Seks kölələr

Византийские евнухи.

Mənbələrə görə, həmin dövrdə imperiyaya gətirilən qulların hamısı imperatorların intim ehtiyaclarını ödəməyə məcbur idilər. Bu imperiyanın rəsmi qanunlarına zidd idi, lakin yazılmamış ölkə qanunları seks kölələrin müdafiəsi üçün heç bir addım atmırdı. Sahibinin ağlasğımaz seksual fantaziyalarını gerçəkləşdirməyən kölələrin əzabı 3 qat artırılaraq, amansızca edam olunurdular.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm