• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Əfsanəyə çevrilmiş, tarixin ən gözəl NİŞAN ÜZÜKLƏRİ - FOTOLAR

  • Tarix
  • 20 İyun 2017 11:06
  • 965 Baxış
Əfsanəyə çevrilmiş, tarixin ən gözəl NİŞAN ÜZÜKLƏRİ - FOTOLAR

Bir qadına eşq etiraf etməyin ən gözəl yolu ona nişan üzüyü almaqdır. Çünki bu, ilk görüşdən adı görünən akssesuar əbədi sevgi və sədaqətin rəmzidir. Tarixdə elə nişan üzükləri də var ki, öz sahibəsinin sayəsində bütün dünyada məşhurlaşıb.

Publika.az bu siyahını təqdim edir:

Hürrəm Sultanın üzüyü

Təsadüfi deyil ki, bu siyahıda birinci yeri Hürrəm Sultanın nişan üzüyü tutur. Demək olar ki, bütün dünyanın maraqla izlədiyi “Muhteşem yüzyıl” serialında Sultan Süleyman öz əlləri ilə hazırladığı, Osmanlı dəbi üçün yad olan bu zərif üzüyü əbədi sevginin rəmzi kimi Hürrəm adlandırdığı kölənin barmağına taxır. Mərkəzində böyük zümrüd qaşla bəzədilmiş bu qiymətli əşyanın tarixi haqda bir çox əhvalatlar dolaşır. Lakin əsas odur ki, bu üzüyü filmdə gördükdən sonra zərif cinsin nümayəndələri arasında Hürrəmin üzüyünə qarşı maraq oyanır. Satış saytları bu üzükləri satıb, küllü miqdarda pul qazanırlar. Hətta bir çox xanım bu zinət əşyasını nişan üzüyü kimi almağa başlayırlar.

Jozefinanın nişan üzüyü

1796-cı ildə Napoleon Bonopart yüksək zümrədən olan Jozefinaya sapfir və brilliantla bəzədilmiş üzük bağışlayır. Üzükdəki iki müxtəlif qaş hər iki aşiqi simvolizə edirdi. Bu zinət əşyasını taxan ən son şəxs III Napoleonun həyat yoldaşı Yevgeniya olur. Jozefinanın məşhur üzüyü bu yaxınlarda Parisdə təşkil edilmiş hərracda 950 000 dollara satılmışdı.

Burqundlu Mariyanın nişan üzüyü

XV əsrin sonlarında Mariya bütün Avropada ən varlı şahzadə idi. Atası ona Belçika, Fransa və Niderland da daxil olmaqla büyük miras qoymuşdu.

Hiyləgər Fransa kralı 20 yaşlı Mariyanı 7 yaşlı oğlu ilə evləndirmək istəsə də, varlı gənc qız imtina edir və Avstriyalı Maksimilanla ailə qurur. Maksimilianın hədiyyəsi Mariyanı valeh edir. Üzüyün üzərindəki M hərfi isə bu qəbildən olan zinət əşyaların ilk modeli sayıla bilər. Hazırda Mariyanın nişan üzüyü Vyananın Rəssamlıq muzeyində qorunub, saxlanılır.

II Yelizavetanın nişan üzüyü

1947-ci ildə leytenant Filip Maunbatten gələcək kraliçaya eskizini özünün hazırladığı nişan üzüyü hədiyyə edir. Üzük mərkəzdə 3 karatlıq, kənarlarında isə 5 xırda brilyant qaşlarla bəzədilib. Bu gün kraliçanın rəsmi görüşlərdə üzüyünü yüngülcə çevirməsi, söhbəti bitirmək lazım olduğunu bildirir. Sürətli çevirmək isə artıq Yelizavetanın səbrinin tükəndiyindən xəbər verir.

Elizabet Teylorun nişan üzüyü

Məşhur aktrisa nə az, nə çox 8 dəfə ailəli olub. Bu nikahların ikisi aktyor Riçard Bartonla baş tutub. Riçard ona qiyməti həmin dövrdə 305 000 dollar olan 33 karatlıq brilyant üzük hədiyyə edib. Elizabetin ölümündən sonra bu üzük 8 800 000 dollara satılıb ki, bu da rekord qiymətdir.

Şahzadə Diana və Keyt Middltonun nişan üzüyü

Şahzadə Uilyams Keytə evlilik təklif etmək üçün bu üzüyü həyəcanla düz 3 həftə cibində gəzdirmişdi. Bundan 30 il öncə isə həmin üzüyü Şahzadə Diana kataloqda seçib almışdı. Ona bu zinət əşyasının bir şahzadəyə yaraşmayacağını irad tutsalar da, öz istəyindən dönməyib, əfsanəyə çevrilən üzüyü uzun ilər taxmışdı. Hazırda bu zinət əşyasının sahibəsi Şahzadə Keytdir.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>