İsrailin DƏHŞƏTLİ ÜZÜ: əmiləri ilə evlənən, soyunaraq atası ilə min oyundan çıxan qız - FOTO
Bizi izləyin

Tarix

İsrailin DƏHŞƏTLİ ÜZÜ: əmiləri ilə evlənən, soyunaraq atası ilə min oyundan çıxan qız - FOTO

İrodiada Qədim İsrail dövlətinin (İudeya) çarı Böyük İrodun nəvəsi idi. Çar Böyük İrod qəddarlığı ilə tanınır: məhz onun dövründə günahsız körpələrin qırğını baş vermişdi. Onun nəvəsi İrodiadanın əmri ilə isə İsa peyğəmbərin gəlişinin müjdəçisi, sonradan sədaqətli dostu, Zəkəriyyənin oğlu İoann (Yahya - ərəb.) qətlə yetirilmişdi.

Publika.az bildirir ki, İudey çarı Böyük İrodun xüsusi amansız və qəddar olması ilə yanaşı, tarixçilərə görə, həm də İsrail dövlətinin qurulmasında az əməyi olmayıb. Lakin onun nəvəsi İrodiada haqqında tarix bizə heç bir xoş söz çatdırmadı.

“Müjdəçi” titulu ilə tanınan İoann Zəkəriyyənin və İsa peyğəmbərin anası Məryəmin qohumu Yelizavetanın oğlu idi. O, məsihin dünyaya gəlməsindən bir neçə ay qabaq doğulmuş, sonradan dini təbliğat çıxışlarında onun gəlişinin müjdəsini vermişdi.

Müjdəçi İoann çox tənha, insanlardan təcrid olunmuş ömür sürürdü: çox adi, kobud paltar geyinər və ən sadə yeməklərlə qidalanardı. Təxminən 30 yaşlarında ölkə əhalisinin günahlarından tövbə etmələri üçün təbliğat apararaq İsraili gəzməyə başlayır. O, inlanları İordan çayının suyuna çəkərək saflaşdırırdı və deyirdi ki, bu, onları günahlardan təmizləyəcək: “Mən sizi suya çəkirəm, lakin sizin aranızda elə birisi var ki, onu hələlik heç kəs yaxşı tanımır. O, mənim arxamca gələn, amma məndən öndə dayanandır. Mən onun ayaqqabısının bağını bağlamağa belə layiq deyiləm”.

İsanı görəndə İoann dedi: “Budur, Allahın qurbanı, hansı ki, bütün dünyanın günahını öz üzərinə götürür. Mən məhz onun haqqında sizi müjdələyirdim. İndi onu suya çəkməyə gəlmişəm ki, İsrail üçün aşkar olsun”.

Çox keçmədən İoann İsrailin bütün əhalisi arasında tanındı. O, öz soydaşları arasında daha populyar idi, baxmayaraq ki, yəhudi ənənələrindən fərqli bir nəsnəni təbliğ edirdi. Soydaşları onda daha çox qorxusuzluğu təqdir edirdilər və təbii ki, dünyanın daha yaxşı olmasının təbliğatı əhalinin xoşuna gəlirdi. Məsələ burasındadır ki, İoann həqiqəti hər kəsin, o cümlədən hakimiyyət nümayəndələrinin gözünün içinə deməkdən çəkinmirdi. Bunu sonradan canı bahasına ödəyəcəkdi...

O, ərəfələrdə İsrailin bir hissəsi olan Qalileey və Pereey bölgələrini - harda ki, gələcəkdə amansız hadisələr yaşanacaqdı - Böyük İrodun oğlu İrod Antipa idarə edirdi. Bölgənin qadın idarəçisi isə İrodiada adlı xanım idi. İrodiada İrodun həm də qardaşı qızı idi. Amma uşaqlıqdan hər cür rəzalətə meyllənməyi ilə yanaşı, o vaxtın “İnsest” (ailə üzvləri ilə cinsi əlaqə) qanunlarına məhəl qoymurdu. Lap erkən yaşlarından yüksək mövqe tutmağa can atan bu qadın öz intim tərcihlərini yalnız babasının qurduğu xanədanlıqdan seçirdi.

İlk nikahına öz əmisi İrod Bef ilə girdi. 20 yaşlı İrodiada əmisi İroddan Salomeya adlı qız uşağı dünyaya gətirdi. Belə yaxın qohumlar arasındakı nikah, “insest”dən çəkinən, inanclı yəhudilər üçün əsl üz qarası idi. Lakin ölkə əhalisi bu olaya birtəhər dözdü.

Əmisinin sülalədə irəliləyişinin çox da perspektivli olmadığını zənn edən qadın, bir başqa ailə üzvünə meyil saldı. Arsız qadının növbəti həyat yoldaşı başqa bir əmisi İrod Filipp oldu. Xalqın artıq tükü ürpəşirdi, amma İrodiada xalqın dəyərlərinə hörmət etmir, onun dini, imanı yalnız hakimiyyətə yiyələnmək idi.

Yenə arzular ürəkdə qalır: İrod Filipp hakimiyyətdaxili yüksək məqamlara qalxa bilmir. Daim hakimiyyətə can atan İrodiada məyusluqdan daha da qəddarlaşırdı. Nə etməli? Yenidən həyat yoldaşını dəyişmək lazım idi. Və o, eyni biabırçılığı təkrarlayır: bir başqa əmisi, məhz haqqında danışdığımız, Qalileey və Pereey bölgələrinin hakimi İrod Antipa ilə izdivaca girir. Əlbəttə, İsrailin bu bölgələri Roma imperiyası deyildi, amma mənfur qadın buna qane olmağı da, sadə, zadəgan həyatından üstün tuturdu. Qeyd etmək lazımdır ki, o zaman İrodiada ilə yaxınlaşan İrod Antipa “Nabatey” çarı Aretin qızı ilə evli idi. Aretin qızı həyat yoldaşını mənfur rəqibinə elə-belə təslim etmək istəmirdi. O, atasına şikayət edir və Aret Antipa ilə müharibəyə başlayır. İrod Antipa bu müharibədə məğlub olur. O, müharibədə neçə nəfər öldüyü bilinmir, hər halda İrodiada üçün insan qanı sudan ucuz idi.

Bu arada, İrodiadanın əmisi İrod Antiplə yaxınlaşması xalqın da səbrini tükəndirmişdi. Məlum, qəddarlıq kraliçasından qorxmaları səbəbindən ən ağır günlərə dözməli olurdular. Və alçaq “insest” həvəskarı qadın daha da zülmkarlaşırdı.

Nəhayət, bu zülmə qarşı açıq çıxış edən yeganə adam məhz müjdəçi İoann oldu. Yuxarıda qeyd etdiyimiz kimi, İoann çox tənha, insanlardan təcrid olunmuş ömür sürürdü. Yerli zadəganların parlaq nümayəndələrinə heç oxşamırdı. O, xalqı boğaza yığmış ər və arvadını açıq şəkildə tənqid edirdi.

Əvvəllər İrodiada müjdəçinin dediklərini diqqətə almırdı: “Hansısa, avara, sərgərdan çox şey danışa bilər”, - o, düşünürdü. Amma tezliklə ətrafı ona çatdırır ki, İoann üst-başına, həyat tərzinə baxmayaraq xalq arasında böyük nüfuza malikdir. Və o, başa düşür ki, hansısa yolla onun ağzını yummaq lazımdır. Amma necə? Axı İrod Antipa bunun əleyhinə idi. O, İrodiadaya deyirdi ki, İoann dindar və müdrik adamdır. Bununla yanaşı, o, düşünürdü ki, İoannı öldürsə, xalqın ciddi qəzəbinə düçar ola bilər.

İrodiada yeganə buna nail oldu ki, İoannı Maxeron qalasına həbs etdi. Bu qorxunc məkanı tarıxçılər belə qeydə alır: “Qala sürüşkən, hündür divarlara malik idi və hər dörd tərəfdən uçurumla əhatələnirdi...”.

Şübhəsiz həbs İoann üçün ciddi cəza sayılmırdı və İrodiada bunu başa düşərək onu tamam məhv etmək qərarına gəlir.

Bizim eranın 28-ci ili idi. Gecələrin birində İrod Antipanın sarayında onun doğum günü qeyd olunurdu. İstər qonaqlar, istərsə də saray sakinləri o qədər sərxoş idilər ki, artıq özlərini belə tanımırdılar.

Bugün İrodiadanın başında meyillənən çoxdankı planı işə salmaq lazım idi. O, qızı Salomeyaya tamam soyunaraq publikanın qarşısında rəqs etməyi tapşırır. Bu təklif gözləri işıldayan İrod Antepanın gənc, ögəy qızını paltarsız seyr etməyə imkan yaradırdı. Ananın planına görə (əvvəlcədən planlaşdırıldığı kimi) Salomeya bir az naz etməyə başlayır. Sərxoş İrod Antepa dillənir: “Bu rəqs üçün istədiyin hər şey verməyə hazıram!”. Salomeya plana uyğun davam edir: “Mənə boşqabda müjdəçi İoannın başını gətir”. Çox adamın qarşısında söz verən çar, axmaq qürurundan keçə bilmir və adamlarını İoannın başını gətirmək üçün göndərir. Kəsilmiş başı boşqabın içərisində gətirib qızına təqdim edirlər, o da öz növbəsində anasına verir.

Anası ağlını itirmiş kimi, xüsusi amansızlıqla iynəni boşqabda olan kəsilmiş başın dilinə sancır. Axı, məhz bu dil, bütün çılpaqlığı ilə bu mənfur qadın haqda xalqın sözünü danışmışdı.

Sonra nə oldu? Bir versiyaya görə, Antipa və İrodiada hakimiyyəti itirdilər və eramızın təxminən 40-cı ilində tüfeyli olaraq öldülər. Digər versiyaya görə, yer Zəkəriyyənin oğlunun qatillərinin ayaqları altından aralanır və onları udur.

Salomeyanın ölümü isə olduqca vahiməlidir. Qışda buz çayını keçməyə çalışarkən, yıxılır, iki buz parçası boynuna sıxılaraq başını üzür. Eynilə müjdəçi İoannın başını üzən xəncər kimi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm