Yataqda kişilərlə min oyundan çıxan, istədiyi hər bir şəxslə sevişən MƏŞHUR ARVADLARI - - FOTOLAR
Bizi izləyin

Tarix

Yataqda kişilərlə min oyundan çıxan, istədiyi hər bir şəxslə sevişən MƏŞHUR ARVADLARI - - FOTOLAR

Oskar Uayld deyir ki, Qadınları anlamaq yox, sevmək lazımdır. Yazıçı özü homoseksual olsa da, belə görününr ki, qadınları əks cinsin nümayəndələri arasında ən yaxşı tanıyanlardan olub. Onun fikirlərində həqiqətin payı böyükdür, axı tarixdə iz qoyan xanımların çoxu öz iti zəkası ilə deyil, gözəlliyi ilə məşhurluq qazanıb.

Publika.az tarixin ən cazibədar və sevilən məşuqələrinin siyahısını toplayıb.

Valeriya Messalina

Valeriya tarixin ən əxlaqsız qadını sayılır. O, Roma imperatoru Klavdinin həyat yoldaşı olmasına baxmayaraq, imperiyanın ən ucuz qadını kmi tanınır. Eramızın I əsrində yaşamış Messalina gecələr Romanın əxlaqsız yuvalarına gedib, orada fahişə kimi fəaliyyət göstərirdi. Şəhərin bütün yaraşıqlı gənclərinın yolu Valeriyanın yatağından keçirdi. Uzun müddət imperator ərindən əxlaqsızlığını gizlədən Valeriya daha dəhşətli addm atır. O, taxtı devirib, öz gənc məşuqunu hakimiyyətə gətirmək istəyir. Tezliklə onun planı alt-üst olur. Məşuqunu və özünü dar ağacından asırlar. Valeriya edam ediləndə cəmi 28 yaşı var idi, və artıq əlacsız cinsi xəstəliyə yoluxmuşdu. Odur ki, bəlkə də bu ölüm Valeriya Messalina üçün ən xeyirlisi olub.

Kleopatra

Kleopatra tarixin ən müdrik məşuqəsi kimi tanınır. Mənbələrə əsasən, Kleopatra filmlərdə təsvir olunduğu kimi gözəl olmayıb. Həmçinin bu qadın qədim dünya tarixinin ən qalmaqallı qadını kimi də, tanınır. Dövrünün qüdrətli hökmdarları Kleopatra uğrunda savaşırdılar. Aşiqləri ilə 1 gecə Kleopatra üçün bahalı daş-qaşlar, yığıb-yığışdıra bilməyəcəyi zənginlik gətirirdi. Lakin o, bununla kifayətlənmir, yeni sevgililərın axtarışına çıxırdı. Hər bir kişi onu, öz qüdrəti, sevgisi, döyüş məharəti ilə cəlb etməyə çalışırdı. Ən əsası isə onun məşuqlarının ən böyük istəyi Kleopatranın yatağında səhərə sağ çıxıb, Misirin hökmdarı olmağı arzulayırdılar. Kleopatra isə yataq siyahısında olan kişiləri bir-bir edam etdirirdi. Qədim Misiri araşdıran tarixçilər Kleopatranın həyatına dair maraqlı faktların üstünü açırlar. Kleopatra yataqda bütün yeniliklərə, yeni fantaziyalara açıq idi, bəlkə də məhz bu amil, sonunda ölüm olduğunu bilsələr belə, kişiləri cəlb edirdi. Qədim yunanlar hökmdar qadına müxtəlif erotik ləqəblər verirdilər. Mənbələrdən bəlli olur ki, Kleopatra yataq macəralarından əlavə öz dərin zəkası ilə də, məşhur idi. Sezarı da, bu üstün cəhəti ilə özünə cəlb etmişdi.

Frina

Qədim Yunanıstanda hetera adlanan yüngüləxlaqlı qadınlar içində ən məşhuru Frinadır. Frina həmin dövrün rəssam və heykəltaraşları üçün tez-tez soyunar, və model rolunu oynayardı. Gözəlliyi dillərə dastan olan bu qadın, soyunmaqdan xüsusi həzz almırdı. Hətta rəssamlar onun portretini çəkəndə üzünü əlləri ilə bağlayardı. Deyilənə görə, “utancaq” Frina öz müştərilərini də qranlıq otaqda qəbul edərdi. Frina həmin dövrün siyasi xadimləri tərəfdən ölüm cəzasına məhkum olunur. Rəvayətə görə, onu bütün şəhər əhalisinin gözü qarşısında dar ağacına aparırlar. İnsanlar isə Frinanın geyimini dartıb, cırırlar. Heteranın çılpaq və qüsursuz bədənini görən şəhər əhalisi və hökmdralar onu edam etməkdən imtina edirlər. Onlar düşünürlər ki, belə gözəl vücudun ruhu da özü kimi gözəldir.

Afinalı Tais

Bu cəsarətli heteranı tarixdə məşhurlaşdıran əsas fakt Makedoniyalı İsgəndərin ona aşiq olması idi. Tais fahişə olmağına baxmayaraq, hətta böyük sərkərdə üçün əlçatmaz qadın idi. İsgəndər onunla keçirəcəyi bir gecə qarşılığında Taisə böyük zənginlik vəd etsə də, cəsarətli qız imtina etmişdi. Tais misir hökmdarı I Ptolomeyə ərə getmişdi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm