Xanımın ətəyinin yuxarı qalxdığını gördü və ELƏ BİR ŞEY ETDİ Kİ... - İNANILMAZ (FOTO)
Bizi izləyin

Tarix

Xanımın ətəyinin yuxarı qalxdığını gördü və ELƏ BİR ŞEY ETDİ Kİ... - İNANILMAZ (FOTO)

Bu gün uçan hava şarlarının yaradıcıları Monqolfye qardaşlarının bu kəşfindən 234 il ötür.

Publika.az bildirir ki, 1783-cü ilin 21 noyabrında Fransa tarixində əlamətdar hadisə baş verir. İki cəsur fransız, Pilatr de Rozye və Markiz Arland dünya tarixində ilk dəfə Monqolfye qardaşlarının uçan şarında 915 metr hündürlüyə qalxırlar. Jozef və Jak-Etyen qardaşlarının bu kəşfinin çox maraqlı tarixi var. Əhvalata görə, bir gün Jozef həyat yoldaşını izləyərkən görür ki, evdəki isti sobanın təzyiqi nticəsində xanımının uzun ətəyi şişib, qalxmağa başlayır. O, bu məntiqdən yola çıxaraq, qardaşı ilə birgə tarixi kəşfini edir.

Monqolfye qardaşları kimyaçı və fizikaçı alimləri cəm edib, işə başlayırlar. Onlar gah şarın materialını, gah ölçüsünü, gah da, yanacağı tərkibini tez-tez dəyişir hansı üsulun daha uğurlu olacağını yoxlayırdılar. Hava kürəsinin ilkin parçası ipək idi, sonra kətan sınaqda keçirildi. Nəhayət, alimlər pambıq parçanın daha uğurlu seçim olduğuna qərar verdilər.

Nəhayət, heyətin zəhməti öz bəhrəsini verdi. 1783-cü ilin iyun ayında 225kq-lıq hava şarının rəsmi uçuşu baş tutdu. Bu böyük hadisəni seyr etmək üçün minlərlə insan həmin əraziyə axışmışdı.

Növbəti səmaya uçuş elə həmin ilin avqust ayında baş tutdu.

Qardaşların uğuru Fransanın Elmlər Akademiyasına da gedib çatdı. Akademiya uçan kürələrin bütün xərcini öz üzərinə götürdü. Bu hadisədən ruhlanan qardaşlar daha da cəsarətlənib, oz ixtiralarını təkmiləşdirməyə qərar verdilər. Onlar kürənin ölçülərini böyüdüb 450 kq-a çatdırdılar.

1783-cü ilin sentyabr ayında qardaşlar Versalda səbətində xoruz, qaz və quzu olan hava şarını səmaya buraxdılar. 500 m hündürlüyədək qalxan kürə birdən cırıldı. Lakin yerə enişi o qədər yüngül başverdi ki, heyvanlar xəsarət almadılar.

Artıq daha da təkmilləşdirilmiş hava kürəsində səmaya qalxmaq növbəsi insan oğlunda idi. Qardaşlar özləri ilk könüllü olmaq istəsələr də, ataları tərəfindən qadağa ilə üzləşdilər. Odur ki, 1783-cü ilin 21 noyabr tarixində paytaxt Parisdə hərbiçilər Pozye və Arland səmaya uçan ilk insan oldular. Cəsur ürəkli hərbçilər düz 25 dəqiqə səmada qaldılar.

Bu hadisə Fransa tarixinə qızıl hərflərlə yazıldı. Ölkənin dörd bir yanında uçan kürələrin suvenirləri satışa çıxarıldı.

Elə həmin il qardaşlar Elmlər Akademiyasına dəvət olunub mükafatlandırıldılar. Bundan sonra Kral XVI Lüdovik qardaşları “Ulduzlara ucalanlar” devizi ilə hazırlanmış ordenlə təltif edir.

Qardaşların kəşfi olan hava şarları, bu gün də Monqolfye adını daşıyır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm