2-3-cü əsrlərə aid insan cəsədləri tapıldı: "Yanğından qaçırlarmış..." - FOTOLAR
Bizi izləyin

Tarix

2-3-cü əsrlərə aid insan cəsədləri tapıldı: "Yanğından qaçırlarmış..." - FOTOLAR

İtaliyanın paytaxtı Romada metro inşaatı zamanı aşkarlanan qalıqlar dünya mediasında geniş müzakirələr səbəb olub.

Publika.az xəbər verir ki, metro qazıntıları zamanı miladi təqviminə gör,ə ikinci və ya üçüncü əsrə aid olduğu ehtimal olunan yanmış insan cəsədlərinin qalıqları tapılıb.

İtaliya mətbuatında yer alan "Mini Pompey" başlıqlı yazıya görə, Roma metrosunda xəzinə də tapılıb.

Qazıntılar şəhər mərkəzində Kolezey ilə Karakalla hamamları yaxınlığındakı Amea Aradam küçəsində aparılıb. Yerin 9 metr dərinliyində aşkarlanan taxta mebellər, mozaikalar və itə aid olduğu düşünülən qalıqlar Arxeoloji Mərkəzə verilib.

Ərazidə qazəntı işləri dayandırılıb. Arxeoloqların verdiyi ilkin məlumatlara görə, ərazi e.ə 79-cu ildə Neapol şəhəri yaxınlığındakı Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olan antik Pompey şəhərini xatırladır. Tapıntılar arasındakı skeletlər o dövrdə sözügedən yanğından qaçmağa çalışarkən düşüb qalan insanlara və ya heyvanlara məxsusdur. Qalıqlar tədqiq edildikdən sonra dəqiq məlumat vermək mümkün olacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm