• USD 1,7002 0,00% EUR 1,9941 -0,65%
    • GBP 2,2440 -0,21% RUB 0,0287 +0,70%

Qardaşının sevgilisi Leninə necə XƏYANƏT ETDİ? - Ulyanovun yarının ÇİRKLİ OYUNLARI - FOTO

  • Tarix
  • 17 İyul 2017 12:00
  • 1 918 Baxış
Qardaşının sevgilisi Leninə necə XƏYANƏT ETDİ? - Ulyanovun yarının ÇİRKLİ OYUNLARI - FOTO

1917-ci ilin may ayında keçmiş məhbus Fanni həyatının ən böyük məhəbbətinə rast gəlir. Növbəti ilin yayında isə, sevgilisinin qardaşına atəş açır. Bu tarixlər arasında gənc həkimlə terrorçu qızın böyük və alovlu məhəbbət macərası yaranır.

Publika.az bildirir ki, sovet dövründə dövlət rəhbərləri və məmurlarının ailəsinin həyatında baş verənlər xalqdan gizli saxlanırdı. Məmur ailələri özlərinə qadağalar qoyur, zümrələrinə yaraşmayan insanları çox sevsələr belə, uzaq durmağa çalışırdılar. Bu isə hər zaman mümkün olmurdu.

Romantik Yevpatoriyada azad sevgi

Hələ inqilabdan öncə idi. Gənc və yaraşıqlı həkim Dmitri İliç Ulyanov (Vladimir İliç Leninin kişik qardaşı) Krım adasında işləməyə yollanır. Yevpatoriya adlı keçmiş məhbusların müalicə olunduğu sanatoriyada həkim kimi çalışmağa başlayır.

28 yaşlı Fanni Kaplan da, bu sanatoriyada idi. 10 illik həbs həyatından sonra gənc qadın görmə qailiyyətini itirmiş, sağlamlığında bir çox problemlər yaranmışdı. Fanni inqilaba cəhd edən azadfikirli gənclərin yaratdığı qruplaşmanın fəal üzvü olmuşdu. O, bir sıra dövlət məmuruna qarşı sui-qəsddə günahlandırılaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərabı və cazibədar qadınları sevən gənc həkim bu ehtiraslı qızı əldən vermək istəmirdi. Fanninin müasirləri onun haqda danışarkən şax qamətini və zərif üz cizgilərini vurğulayırdılar: “O, küçədə gedəndə, 1000 qadının içindən də, seçilir. Qadınlı, kişili hər kəs onun gözəlliyinə tamaşa edir”.

10 il məhbus həyatından sonra gənc inqilabçı qadın da, kişi sevgisinə və qayğısına susamışdı. Gözləri də çox zəiflədiyindən küçədə gəzərkən dəstəyə ehtiyac duyurdu. Odur ki, Fanni yaraşıqlı həkimin təklifinə biganə qala bilməzdi.

Ulyanov xaraktercə mülayim, mərhəmətli və əyləncəni sevən insan idi. O, əsl həkim idi. Xəstələr təmənnasız yardım edir, onları sağlamlıqlarna qovuşdurmaq üçün əlindən gələni əsirgəmirdi.

Gənc həkim tez-tez Fannini bahalı restoranlara, teatr tamaşalarına, səyahətlərə aparır, onun əhvalını qaldırmaq üçün hər şey edirdi.

Bəzən isə, cütlük dostları ilə birgə çimərliklərə gedib, çılpaq çimirdilər.

Ehtiraslı həkimin qayğısı və Krımın şəfalı havası Fannini tezliklə əvvəlki sağlamlığına qovuşdurdu.

Onlar bütün zamanlarını birgə keçirdirdilər. Hər gün bir-birindən gözəl donlar geyinib, hərbi formalı həkimin yanında gəzən Fanniyə bütün qadınlar həsəd aparırdılar.

Krımın ən məşhur və gözəl cütlüyü ailə qurmağa hazırlaşırdı. Taleyin və “eser”lərin onlara qurduğu tələdən hələ xəbərsiz idilər.

İnqilaba diz çökən məhəbbət

Fanni Kaplan hələ həbsdə olduğu müddətdə inqilaba hazırlaşan “eser”lərlə tanış olur və onların düşüncələrinin əsirinə çevrilir. Eserlə bolşevikləri özlərinə nəinki rəqib görür, Fannini bu ailədən uzaq tutmaq üçün əllərindən gələni edirdilər. Onlar öz məsləkdaşlarını puç ailə qurmaq xəyallarından daşındırmağa çalışırdılar.

Günlərin bir günü Fanni öz gələcək həyat yoldaşını atıb, partiya yoldaşları ilə birgə Krımı tərk edir. Həkim Ulyanov sevdiyi qadının qardaşına qarşı sui-qəsd hazırladığından xəbərsiz idi.

Leninə qarşı sui-qəsd

Tarixi mənbələrə görə, Kaplan ləqəbli Fanni zəhərli güllə ilə doldurulmuş silah tapıb Vladimir Ulyanovu öldürmək üçün Moskvaya yollanır.

Fanni Vladimir İliç Leninə sui-qəsddə təqsirli bilinərək, 1918-ci ilin 30 avqust tarixində həbs edilir. Onu həbsdə bir neçə həftə sorğuya çəkib, işgəncələrə məruz qoyurlar. Qadın bu işdə tək olduğunu söyləyib, partiya yoldaşlarını ələ vermir.

Fanni məhkəmə qərarı olmadan edam edilir. Onun cəsədi lazımsız əşya kimi zibilliyə atılır. Bu hadisədən sonra cinayət işi ilə bağlı bütün sənədlər məhv edilir.

Bu hadisədən məyus olan gənc həkim Moskvaya geri dönür və ömrünün sonunadək Fannini unutmur.

Zəhərli gülləyə tuş gələn Vladimir İliç ömrünün geri qalan 6 ilini yataq xəstəsi olaraq başa vurur. O, epilepsiya, yaddaşsızlıq, alzeymer diaqnozları ilə 1924-cü ildə dünyasını dəyişir.

Bu gün Yevpatoriyada Dmitri Ulyanovun adını daşıyan küçə və onun şərəfinə ucaldılmış abidə var. Hərbçi həkim və onun qardaşını öldürməkdə günahlandırılan terrorçu qadının sevgi hekayəsi isə dillər əzbəridir.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>