• USD 1,7012 0,00% EUR 1,9783 0,00%
    • GBP 2,2065 0,00% RUB 0,0289 0,00%

100 il qabaq dünyaya gələn, Afrikanın nizamını dəyişən LİDER

  • Tarix
  • 18 İyul 2017 11:50
  • 432 Baxış
100 il qabaq dünyaya gələn, Afrikanın nizamını dəyişən LİDER

Tarixdə bugün – 1918-ci il iyulun 18-də Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, Aparteid əleyhinə apardığı mübarizəyə görə, 27 il həbsxanada yatmış, Nobel Sülh Mükafatı laureatı Nelson Mandela dünyaya gəlib.

Publika.az xəbər verir ki, o, For-Xer kollecində oxuyurdu, amma tələbə tətillərində iştirak etdiyinə görə, 1940-ci ildə tədris müəssisəsindən çıxarılıb.

Sonradan o, Vitvatersranda Universitetinə qəbul olur, hüquqşünas kimi oranı bitirdikdən sonra, 1944-ci ildə Nelson Mandela, Afrika Milli Konqresinin gənclərdən ibarət dəstəsinə qoşulur.

Bu təşkilatın sıralarında, insan hüquqları uğrunda mübarizədə Mandela ən aktiv fəallardan biri kimi özünü geniş ictimaiyyətə təqdim edir.

1964-cü ilin qış aylarında ona ömürlük həbs cəzası kəsildi. 1968-69-cu illər arasında, 12 ay ərzində onun anası öldü və ən böyük oğlu yol qəzasında öldürüldü, amma Mandelaya onların dəfn mərasiminə getməyə icazə verilmədi.

Image result for мандела тюрма

1980-ci ildə mühacirətdə olan Tambo Mandelanı azad etmək üçün beynəlxalq kampaniyaya başladı. Dünya birliyi Cənubi Afrikanın Aparteid rejiminə qarşı 1967-ci ildə tətbiq olunan sanksiyaları gücləndirdi. Təzyiqə görə nəticələr əldə olundu və Mandela 1990-cı ildə həbsdən buraxıldı. Cənubi Afrikada yeni, çoxirqli demokratiyanın yaradılmasına başlandı.

1993-cü ilin dekabr ayında Mandelaya Nobel Sülh Mükafatı verildi. Beş ay bundan sonra, Cənubi Afrikanın tarixində ilk dəfə olaraq bütün irqlər demokratik seçkilərdə iştirak etdilər və cənab Mandela prezident seçildi. Onun üzləşdiyi birinci problem - kasıblar üçün mənzillərin qıtlığı idi və xarabalıq şəhərcikləri əsas şəhərləri korlamağa davam edirdi.

Mandela Cənubi Afrika üçün yeni beynəlxalq imic yaradırdı. Bu baxımdan o, ölkənin çoxmillətli şirkətlərini Cənubi Afrikada qalıb, oraya pul buraxmağa razı edə bildi.

1999-cu ildə prezidentlikdən gedəndən sonra onun ictimai çıxışlarının əksəriyyəti onun yaratdığı Mandela Fondu ilə bağlı idi, amma o, dünyanı gəzməyə, liderlərlə görüşməyə və konfranslarda iştirak etməyə davam edirdi.

2013-cü il iyunun 27-də onu süni nəfəs aparatına qoşurlar, eyni ilin dekabrın 5-də isə 95 yaşında Yohannesburqda vəfat edir.

Zaur H.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR