Arvadları başqa kişilərlə gəzən dövlət başçısı: MƏŞUQLARI TAPDI və... - Ağlagəlməz OLAY - (FOTO)
Bizi izləyin

Tarix

Arvadları başqa kişilərlə gəzən dövlət başçısı: MƏŞUQLARI TAPDI və... - Ağlagəlməz OLAY - (FOTO)

I Pyotrun sərt xasiyyətdə olması haqda bilgilər hamıya məlumdur. O, öz düşmənlərinə güzəşt etmirdi, şəxsi rəqiblərilə isə xüsusi amansızlıqla davranırdı. Hər iki arvadı ona xəyanət edir və bu səhvə görə onların sevgililəri xüsusi amansızlıqla həyatları ilə vidalaşmalı olurlar.

Г. Кнеллер. Портрет Петра I, 1697. Фрагмент | Фото: aria-art.ru

Publika.az bildirir ki, I Pyotr edam metodlarının seçilməsində də inanılmaz ixtiraçılıq sərgiləyirdi. Xəyanətə görə tarixdə ən amansız davranılan bu hadisələri oxuculara təqdim edirik.

I Pyotrun ilk arvadı Yevdokiya Lopuxina ilə ailə idilliyası çox davam etmir: çar artıq bir il sonra həyat yoldaşına qarşı marağını itirir, tezliklə isə onu Suzdal şəhərinə - Pokrovski monastırına göndərir. 10 ildən çox Yevdokiya orada tək-tənha yaşayır, amma günlərin birində, Moskvadan mayor Qlebov rəsmi işlərlə əlaqədar Suzdal şəhərinə gəlir. Keçmiş çariçayla da görüşür və daha ötəsi, ona vurularaq başını itirir. Onun hissləri qarşılıqlı olur və sevgi yazışmaları ilə müşayiət edilən bu münasibətlər sonradan bir neçə il görüşlər şəklində davam edir.

П. Гунст. Петр I. Гравюра с работы Г. Кнеллера | Фото: aria-art.ru

Pyotr özü öz arvadını monastıra salır, buna baxmayaraq, yenə də onun vəfasızlığını eşidəndə aşırı qəzəblənir. Axtarış zamanı Qlebovun evində çariçayla olan sevgi məktublarını tapırlar. Gözləri qəzəblə və qısqanclıqla alışıb yanan I Pyotr Stepan Qlebova qarşı dəhşətli işgəncələr planı hazırlayır. O, əvvəlcə işgəncə alətiylə ona 34 qamçı zərbəsi vurulmasını əmr edir, sonra açıq yaralara qızmar kömürlər basırlar, daha sonra isə onu mismarlarla taxtaya mıxlayırlar. Bütün bu işgəncələrə isə mayor mətanətlə dözür, öz günahını etiraf edir və çariçanın günahının olmamasını dilə gətirirdi. Hərçənd onların sevgi əlaqəsi faktlarla sübuta yetirilmişdi.

Первая жена Петра Евдокия Лопухина | Фото: lichnosti.net

Bütün işgəncələrdən sonra Stepan Qlebovu "dövlətə xəyanətə" görə ölümə məhkum edirlər. Hirsi soyumayan çarın əmr etdiyi edam da özlüyündə əzabverici idi: belə ki, adətən cinayətkarları edam alətindən keçirərkən, alətin bıçağı iti olduğundan insan bədənini tez kəsib keçirdi və ölümü çox gəzlətmirdi. Lakin Qlebovun edamında alətə koş bıçaq bağlanılır və bədəni kəsib keçmək xeyli uzanır, beləcə xəyanətkar olduqca əzablı, gec gələn ölümə məruz qalır. Edamı Qızıl Meydanda edirlər ki, hamı bu qorxunc səhnənin şahidi olsun və xəyanətin bədəlinin necə ödənildiyini görsün. Təsəvvür edin, alətin kəsici tərəfi o qədər koş olur ki, Qlebov yalnız ikinci gün vəfat edir. Ona ölümündən əvvəl dualar da edilmədi, çünki ruhanilər çar qəzəbindən qorxurdular. Edamdan sonra bədəni də adi xəndəyə atırlar. Heç bununla da Pyotrun hirsi soyumur və 3 ildən sonra Müqəddəs Sinoda tapşırır ki, Qlebov lənətlənmiş hesab olunsun.

Первая жена Петра Евдокия Лопухина | Фото: lichnosti.net

I Pyotrun ikinci arvadı Yekaterina da ona Villim Mons adlı şəxslə xəyanət edir. Villim Mons Yekaterinanın Pyotrla nikahdan əvvəl olan sevgililərindən birinin qardaşı idi. Həmin vaxt Villim, kifayət qədər nüfuzlu şəxs sayılırdı, sarayda maliyyə və təsərrüfat müdiri, alış-veriş işlərinə rəhbərlik edən şəxs idi. Eyni zamanda bayramları təşkil edir və çariçanı xaricə səfərlərdə müşayiət edirdi. Yekaterinanın reputasiyası qüsursuz deyildi - yazılır ki, o, sərxoşluğa və əxlaqsızlığa həddən artıq meylli olub, buna görə də təəccüblü deyil ki, Mons çox keçmədən onun məşuquna çevrilir.

Неизвестный художник. Портрет Петра I и Екатерины I | Фото: aria-art.ru

Yekaterina və Villim Monsun bütün ehtiyat tədbirlərinə baxmayaraq Pyotr axırda xəyanətdən xəbər tutur. Üstəlik, o fakt da açıldı ki, öz xidməti mövqeyindən istifadə edərək Mons, dəfələrlə rüşvət alırdı. Dindirmə zamanı Mons hər şeyi boynuna alır və öz günahını etiraf edir. 25 oktyabr 1723-cü il tarixli fərmana əsasən dövlət qulluğunda rüşvətxorluğa görə əmlakı müsadirə edilərək, ölüm cəzasına məhkum edilir.

Вторая жена Петра Екатерина I | Фото: diletant.media

Mons edam gecəsi alman dilində məhəbbət şeiri yazaraq çariçaya öz sevgisini bir daha etiraf edir. 1724-cü ilin noyabr ayında hökm yerinə yetirilir. Pyotr Yekaterinanı da edam yerinə gətirir ki, Monsun başının üzülməsini seyr etsin. Ən dəhşətlisi budur ki, Pyotr kəsilmiş başı spirtli bankaya qoyaraq arvadının yataq otağında saxlanılmasını əmr edir...

Вторая жена Петра Екатерина I | Фото: runivers.ru

Yekaterina özü isə möcüzəvi şəkildə Pyotrun qəzəbindən yan keçə bilir. Məsəsə burasındadır ki, əgər Pyotr çariçanı xəyanətə görə suçlasaydı və edam etsəydi, o zaman onun qızlarının əsl atasının kim olması geniş ictimaiyyətdə şübhə yaradacaqdı və bu zaman heç bir avropa şahzadəsi nəsli şübhə altında olan rus çarlığının qızları ilə evlənməyəcəkdi. Buna görə də, Pyotr arvadını öldürmür, hətta onu bağışlayır. 1725-ci ildə çarın ölümündən sonra isə Yekaterina, mütləqiyyətə əsaslanan çariça olur və Monsun işi üzrə həbs olunan bütün məhkumları azadlığa qovuşdurur.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm