“Viktoriya və Abdul” - Kraliça və nökərin sevgi həyatından bəhs edən film
Bizi izləyin

Tarix

“Viktoriya və Abdul” - Kraliça və nökərin sevgi həyatından bəhs edən film

Bütün kinoqurmanların maraqla gözlədiyi “Viktoriya və Abdul Kərim” adlı film artıq çəkilib və payızdan etibarən kinoteatrlara çıxacaq. Filmin reklam çarxı yazının altında yerləşdirilib.

Publika.az filmin ərsəyə gəlməsinə az qalmış, aralarında 45 yaş fərq olan Britaniya kraliçası və hindistanlı nökər arasında hansı münasibətlərin olduğunu qısa da olsa aşağıdakı icmalda bir daha oxucuların diqqətinə çatdırır.

Королева Виктория и ее индийский слуга Абдул Карим, 1893 год. | Фото: en.wikipedia.org.

Məlum olduğu kimi, Britaniya hökmdarları öz şəxsi sirlərini daha pünhan saxlaya bilir, nəinki dünyanın hər hansı məxfi xidmətləri. Lakin bütün gizlilər nə vaxtsa aşkar olur. Kraliça Viktoriyanın dul qaldığı dövrlərdə onun yanında hindistanlı gənc Abdul Kərim var idi. O, kraliçanın ən yaxın adamı ola bilmişdi. Maraqlı digər bir fakta görə, Əlahəzrətin hind nökərilə yazışdığı bütün məktublar Krallıq tərəfindən məhv edilib. Amma 2010-cu ildə Abdul Kərimin itirilmiş gündəliyi üzə çıxdı...

1887-ci ildə taxtda olduğu 50 il münasibətilə kraliça Viktoriyanın şərəfinə Qızıl Yubiley təşkil olunmuşdu. Saraya 50-dən çox kral və kraliçalar dəvət edilmişdi. Qonaq monarxlardan ikisi Hindistandan idi. Əlahəzrətin əmri ilə, hindistanlı qonaqlara məhz hind mənşəli xidmətçilərin qulluq etməsi tapşırılır. Onlardan biri kraliça Viktoriyanı valeh edir və şəxsi köməkçisi qismində nökərin onun yanında qalmasını istəyir.

Слуги-индусы королевской семьи. | Фото: antebellumgallery.blogspot.com.

Abdul Kərim Hindistandan İngiltərəyə 24 yaşında gəlmişdi. Əgər vətənində bu gənc yüksək sosial statusa malik idisə, kral sarayında ona sadəcə iş dalınca qaçan kölə kimi davranırdılar. Dul kraliça yaraşıqlı hindistanlı ilə maraqlanandan sonra, onu özünün urdu dili müəllimi edir. Abdul öz növbəsində, ingilis dilinin intensiv öyrənilməsi ilə məşğul olur. Vaxt keçdikcə, kraliçaya daha da yaxın olur.

Hindistanlı gənc ilə Viktoriyanın belə yaxınlığı saray əhlini qəzəbləndirməyə bilməzdi. Onlar koloritli hindli-müsəlmana çox laqeyd yanaşırdılar. Çoxları düşünürdü ki, kraliça ağlını itirib və ona bu barədə eyham da vururdular. Heç nəyə baxmayaraq, Abdul Kərim Viktoriyaya daha yaxın idi, nəinki onun bütün ətrafı. Üstəlik, kraliça hindlini müxtəlif titullar, qiymətli hədiyyələr, ordenlər, Hindistanda torpaq sahələri ilə təltif edirdi.

Абдул Карим помогает королеве Виктории, 1885 год. | Фото: dailymail.co.uk.

Əminliklə demək olmaz ki, onların münasibətləri sırf sevgi idi ya dostluq. Yalnız o məlumdur ki, bir dəfə Abdul Kərim kraliçanın kotteclərinin birində gecələyir, hansı ki, əvvəllər bura yalnız öz mərhum əri, şahzadə Albert girə bilərdi. Əksər tarixçilər hesab edirlər ki, bu ikili arasında intim münasibətlər olmayıb, amma xüsusi mənəvi əlaqənin olduğu gün kimi aydındır. Abdul şahzadə Albertin vəfatından sonra Viktoriyanın ürəyində yaranan o boşluğu doldura bilmişdi.

Viktoriya vəfat edəndə, Abdula onunla vidalaşmağa icazə verdilər, amma bundan sonra dərhal geriyə - Hindistana sürgün və kraliça ilə aralarında olan bütün məktubları qaytarmasını məcbur etdilər. Saray əhli bütün yazışmaları məhv etdi ki, Britaniya kral ailəsinin reputasiyası korlanmasın.

Королева Виктория и двое слуг-индусов. | Фото: theimperialcourt.tumblr.com.

Yuxarıda qeyd etdiyimiz kimi, payızda "Viktoriya və Abdul Kərim" filmi ekranlarda işıq üzü görəcək. Maraqlıdır, həm ssenari müəlllifi, həm də rejissor kraliça və nökər arasında qeyri-standart dostluq mövzusunu tamaşaçılara necə aşılayıb.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm