15 yaşında sevgililərinin sayını itirən, ərinin rəhbəri ilə roman yaşayan MƏŞUM QADIN
Bizi izləyin

Tarix

15 yaşında sevgililərinin sayını itirən, ərinin rəhbəri ilə roman yaşayan MƏŞUM QADIN

Yazıçı Con Evelin Barbara Vilyersi “ölkənin lənəti” adlandırırdı, yepiskop Solsberi isə onu inanılmaz gözəl, təsir imkanlarına malik, tamahkar, ağılsız ancaq zəhmli qadın kimi təsvir edirdi. Boylu-buxunlu, möhtəşəm qaməti, ehtiraslı dodaqları, ağappaq dərisi, şəlaləvari dəbdəbəli saçları, süzgün baxışları ilə o, XVII əsrdə İngiltərənin ən gözəl xanımlarından biri sayılırdı.

Publika.az bir çoxlarının qorxduğu, paxıllıq etdikləri və hətta açıq-aşkar nifrət etdikləri əsrarəngiz Barbara Vilyers haqqında yazını oxuculara təqdim edir.

Барбара Вильерс

Barbara 1640-ci ildə Londonun Vestminster qəsəbəsində anadan olub. Artıq 15 yaşına qədər həyatında bir neçə sevgi romanı yaşayır. 1659-cu ildə atasının təkidi ilə Barbara bir monarxistin oğlu, sakit və təvazökar Rocer Palmerə ərə gedir. Gəlinin "nüfuzuna” bələd olan bəyin valideynləri bu nikahın əleyhinə idilər, buna baxmayaraq, toy mərasimi baş tutur. Cütlük tezliklə Haaqaya yola düşür. O zaman orada sürgün olunmuş kral II Karl yaşayırdı.

Карл II Стюарт - король Англии и Шотландии с 1660 года

Səfər Rocerin öz planı idi. Məqsədi isə krala öz ehtiram və sədaqətini təsdiq etmək, eləcə də taxt-tac uğrunda mübarizədə monarxistlərdən toplanmış lazımi pulu ona çatdırmaq idi. Elə ilk tanışlıqdan bir neçə gün sonra Barbara sürgün olunmuş kralın məşuqəsinə çevrilir. Tarixçilər bir məqamı da xüsusi qeyd edirlər ki, II Karl Londonda taxt-tacı bərpa edəndən sonra ilk gecəni məhz Barbara ilə keçirir.

Барбара Вильерс

O vaxtdan Barbara kralın faktiki olaraq qeyri-rəsmi arvadı olur, ona altı uşaq doğur, beşini II Karl qəbul edir, lakin sonuncunu Barbaranın çoxsaylı məhəbbət macəralarını bildiyindən qəbul etmir.

Роджер Палмер, граф Castlemaine

Ölənə qədər nikahda qalmalarına baxmayaraq, qanuni əri Rocer Palmer heç bir uşağın atası ola bilmir. Əvəzində Limerik şəhərinin baronu və Kaslmeyn şəhərinin qrafı olur.

Барбара Вильерс

Kral II Karl ingilis monarxları içində ən məhəbbət dolu olanı kimi tanınırdı, amma Barbara onun çoxsaylı sevgililəri arasında uzun illər ən sevimlisi olaraq qalır. Kralın yataq otağının kraliçası olaraq, o, özünə hər şeyi rəva bilirdi: çox bahalı zinət əşyaları taxır, pulla kart oynayır. Bu zaman iri məbləğlər uduzmasına baxmayaraq kral onun borclarını ödəyirdi, hətta saraydaxili romanlarına da göz yumurdu. Barbaranın nə kurtizanka reputasiyası, nə təmtərağa ifrat məhəbbəti kralı qətiyyən narahat etmirdi. Barbara kraldan istədiyi hər şeyi ala bilirdi: pulu, mülkü, titulları, sevgini, diqqəti...

Кэтрин из Браганза, королева Англии

1662-ci ildə II Karl Portuqaliya kralının qızı şahzadə Katerina Braqansa ilə evlənir.

Barbaranın xahişi yenə yerə salınmır: o, kralı və Katerinanı razı sala bilir ki, onlarla bir yerdə yaşasın. Hərçənd, Katerina cütlüyün əvvəlki münasibətlərindən yaxşı xəbərdar idi. 1670-ci ildə isə Barbara özü üçün daha bir titul tələb edir və Klivlendin hersoginyası olur.

Герцогиня Кливленд. 1705 год

Təbii ki, Barbara Vilyers epoxasının da sonu gəlib çatır. 1673-cü ildə II Karl qəti olaraq onunla yollarını ayırır və fransız gözəli Luiza de Keruayl ilə evlənir.

Klivlendin hersoginyası isə özündən sonra çoxsaylı nəsillər qoyaraq 69 yaşına qədər dinc yaşayır. Onun II Karldan olan oğullarından biri hətta şahzadə Diananın ata xətti üzrə ulu babası hesab olunur. Eyni zamanda, Böyük Britaniyanın hazırkı şahzadəsi Uilyam da bu məşum qadın Barbaradan gələn nəslin nümayındəsidir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm