8 AVQUST
Bizi izləyin

Tarix

8 AVQUST

1948-ci il. Azərbaycanın tanınmış aktyoru, xalq artisti Rasim Balayev anadan olub. Aktyor ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə tamaşaçıların sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Rasim Balayev “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda da filmlərə çəkilib.

1937-ci il. Çinin paytaxtı Pekin yaponlar tərəfindən ələ keçirilib.

1945-ci il. Fransa, Böyük Britaniya, ABŞ və Sovet İttifaqı nümayəndələri Nürnberq məhkəmələri üçün qanun və prosedurları yaradan London Nizamnaməsini imzalayıblar.

1949-cu il. Strasburqda Avropa Şurasının ilk iclası keçirilib.

2008–ci il. Çinin paytaxtı Pekində XXIX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olub. Avqustun 24-dək davam edən Olimpiadada 205 ölkə təmsil edilib. 302 dəst medal uğrunda 10 min 500 idmançı mübarizə aparıb. Azərbaycan idmançıları Olimpiadada 7 medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm