Tarix
Stalinin xain PLANI ÜZƏ ÇIXDI: torpaqlar ermənilərə veriləcək, İran işğal ediləcək və...
SSRİ-nin ən güclü rəhbəri hesab olunan İosif Stalin
təkcə nasistlərlə apardığı müharibəyə və qələbə çalmasına görə yox,
həm də digər planları ilə də məşhurdur. Xüsusilə onun Türkiyə və
İranı işğal etmək planı tarixin toz basmış səhifələrində həmişə
maraq doğurub.
Publika.az Stalinin Türkiyə və İranı işğal etmək
planlarını və bunun baş tutmamasının səbəblərini təqdim edir:
İrana hücum: 1941-ci ilin 25 avqustunda
nasistlərin SSRİ-yə hücumunun ən dəhşətli vaxtında sovet və
Britaniya qoşunları İranda “Soqlasie (Razılıq) əməliyyatı”na (ing:
Operation Countenance) başladı. Bu əməliyyat İosif Stalinin
təşəbbüsü idi. O, İran şahı Rza Pəhləvinin almanpərəst
əhval-ruhiyyəsindən və nasistlərin İran neftini ələ keçirməsindən
ehtiyat edirdi. Əməliyyat nəticəsində almanlar İrana girə və
istədiklərini ala bilmədilər.
II Dünya müharibəsindən sonra Stalin İranda sovet təsirini
genişləndirməyə çalışırdı. O, İrandan tələb etdi ki, bu ölkənin
şimal hissəsindəki neftin emalında SSRİ-nin iştirakını qəbul etsin.
Yalnız bunun əvəzində sovet qoşunları İrandan çıxa bilərdi.
Razılaşma 1946-cı ildə İran hökuməti tərəfindən imzalandı, SSRİ də
qoşunlarını çıxardı. Lakin İran parlamenti müqaviləni
təsdiqləmədi.
Həmin dövrdə Stalin İranı işğal edərək, Mərkəzi Asiya
respublikalarının tərkibinə qatmağı düşünürdü. Amma sonda “dahi
rəhbər” ABŞ və Böyük Britaniya ilə münasibətləri tamamilə
korlamamaq üçün bu planı həyata keçirmədi.
Türkiyənin parçalanması: II Dünya müharibəsinin
sonunda SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürdü. Sovet
rəhbərliyi Türkiyəni faşist Almaniyası ilə əməkdaşlığa görə
cəzalandırmaq istəyirdi. Lakin planda Türkiyə Sosialist
Respublikasının yaradılması fikri yox idi. Sadəcə olaraq, ölkə
işğal ediləcək və torpaqları Gürcüstan SSR və Ermənistan SSR
arasında bölüşdürüləcəkdi. Bu, ABŞ və Böyük Britaniyanın sərt
etirazına səbəb oldu. Buna görə də 1953-cü ildə Stalinin ölümündən
dərhal sonra sovet rəhbərliyi plandan imtina etdi.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!