Tarix
Amerikalı arxeoloqlardan Lerikdə mühüm tapıntı - FOTOLAR
Lerik rayonunda antik dövrə aid yeni tapıntılar aşkarlanıb
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, araşdırma amerikalı arxeoloqlarla birgə aparılır.
Araşdırma zamanı Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqatlar zamanı e.ə. V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.
Ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli ərazidə artıq altı ildir ki, tədqiqat işlərinin aparıldığını bildirib. O, son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələrinin sıx şəkildə müşahidə olunduğunu söyləyib.
C.Eminlinin sözlərinə görə, qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları var. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...